F.Köcərli adina Respublika Uşaq Kitabxanasında“Kitab klubu” rubrikasının növbəti kitab icmalı baş tutub
Avropa.info xəbər verir ki, 22 aprel 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasında “Yeniyetmə və keçid” layihəsi çərçivəsində “Kitab klubu” rubrikasının növbəti kitab icmalı keçirilib.
Tədbirdə 172 nömrəli tam orta məktəbin şagirdləri iştirak edib. Əvvəlcə iştirakçılar kitabxananın strukturu, fəaliyyət istiqamətləri və zəngin ədəbiyyat fondu ilə ətraflı şəkildə tanış edilib.
İcmalda şagirdlərə həm yerli, həm də xarici müəlliflərin əsərləri təqdim olunmuşdur. Yazıçı Reyhan Yusifqızının “Dostum Mimi” kitabı ilə yanaşı, dünya ədəbiyyatının tanınmış nümunələri – Eleanor Porterin “Sadəcə David”, Laymn Frenk Baumun “Oz ölkəsinin qəribə sehrbazı” və Oskar Vayldın “Xoşbəxt şahzadə” əsərləri haqqında ətraflı məlumat verilib, bu əsərlərin mövzu, ideya və tərbiyəvi əhəmiyyəti şərh olunub.
Belə tədbirlər uşaqların mütaliəyə marağının artırılması, düşüncə və təxəyyül dünyalarının zənginləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.