Beynəlxalq Qalereyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş layihə rəhbəri Aygün Əzizovanın olduğu master-klass təşkil olunub.
Avropa.info xəbər verir ki, master-klasda müxtəlif yaş qrupundan olan rəssamlar iştirak ediblər.
Master-klası giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova rəssamları salamlayıb günün əhəmiyyəti haqqında məlumat verib uğurlar arzulayıb.
Rəssam, terapevt həkim Səadət Cəfərova master-klasların xüsusilə bütün yaş qruplarında olan rəssamlara pisxaloji cəhətdən kömək etdiyini bildirib.
Rəssam, vokalist Aynur Yunusovanın möhtəşəm ifası iştirakçıların alqışları ilə qarşılanıb.
Rəssamlar abidə fiqurları üzərində rəngkarlıq texnikasını tətbiq ediblər.
Sonda iştirakçılara diplomlar təqdim olunub, xatirə fotoları çəkilib.
Aygün Oqtay
Fotolar Ayazındır