Cəfər Cabbarlı adına Gənclər Kitabxanasında görkəmli bəstəkarı, xalq artisti, professor Əşrəf Abbasovun 105 illik yubileyi münasibətlə virtual kitab sərgisi hazırlanıb
Avropa.info xəbər verir ki, bu il Üzeyir məktəbinin yetirməsi, Xalq artisti, professor, görkəmli bəstəkar Əşrəf Abbasovun anadan olmasının 105 illik yubileyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında bəstəkarın həyat və yaradıcılığından bəhs edən virtual kitab sərgisi hazırlanıb. Virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/esref-abbasov-105 yerləşdirilib.
Materialda görkəmli bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafında olan danılmaz xidmətləri, bəstələdiyi müsiqi əsərləri, Azərbaycan musiqi mədəniyyətində uşaqlar üçün yazılan ilk böyük səhnə əsəri “Qaraca qız” baletinin müəllifi olması qeyd edilir. Virtual kitab sərgisində zəngin yaradıcılığa malik Əşrəf Abbasovun müəllifi olduğu mahnı və romanslar, skripka, violonçel, fortepiano, nəfəsli alətlər, kamera ansamblı, xalq çalğı alətləri orkestri, habelə xor üçün bəstələdiyi əsərlər haqqında məlumat verilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə Xalq artisti Əşrəf Abbasovun həyatı, yaradıcılığı, elmi fəaliyyəti haqqında kitablar, müxtəlif janrlı not-musiqi əsərləri, filmlər və tamaşalar üçün bəstələdiyi not məcmuələri, onun haqqında dövri mətbuatda çap olunan məqalələrdən nümunələr nümayiş olunur.