Bütün dovrlərdə ictimaiyyətin diqqətinə düşmək ucun, ictimaiyyətin sevdiyi, hörmət etdiyi şəxsiyyətlərə ləkə vuran cılız insanlar olub.
Bu gün Əlisa Nicatin Azərbaycanin Dahi Şəxsiyyəti olan Səməd Vurğuna ləkə vurması yolverilməzdir.
Bunu Avropa.info-ya açıqlamasında Milli Cəphə Partiyasinin (MCP) Qazax Təşkilatının Sədri, Siyası şərhçi İlham Musayev deyib
Onun sözlərinə görə Əlisa Nicat müsahibələrinin birində deyir ki, SSRİ Elmlər Akademiyasında 200 erməni akademik, 100 gürcü akademik olub, amma orada bir nəfər də azərbaycanlı olmayıb…
Bilmirəm bu “faktı” o, haradan götürüb. Gerçəklikdə isə həmin akademiyanın 300-dən bir qədər artıq üzvü olub. Belə çıxır ki, orada erməni və gürcüdən başqa digər xalqların nümayəndəsi olmayıb… Təbii ki, bu, uydurma bir söhbətdir. Bizdən iki nəfəri mən şəxsən tanıyırdım ki, oranın müxbir üzvü idi: Həsən Abdullayev və Midhət Abbasov. Elə erməni və gürcülər də təxminən bu qədər idi. Əlisa bəy, danışanda ehtiyatlı ol. Xalqımızı və elmimizi aşağılama.
Səməd Vurğunun müraciət etdiyi mövzular məlumdur. O, tarixə də müraciət edib, beynəlxalq hadisələrə də, keçmişə də, gələcəyə də. Təbii ki, onun əsərlərində yaşadığı dövr və mühitin problemləri də əks olunub. Bəli, o, partiyanı da vəsf edib, sovet cəmiyyətini də. Kim bunları inkar edə bilər..? Amma gəlin özümüzə sual edək: öz müasirləri arasında bədii- poetik dili Vurğun qədər zəngın olan şairlərimiz çoxdurmu? Və yenə sual edək: xalqımızın öz sənətkarına bu sonsuz sevgisinin mənbəyi… səbəbi nədəndir?
Özünüz də görürsünüz ki, şair haqqında hərcayı danışanlar, ona daş atanlar, dil uzadanlar daim təpki və təhqirlə qarşılanır…. Hərçənd mən heç bir təhqirə bəraət vermirəm…
Hələ orasını da demirəm ki, böyük şair öz əsərlərindən başqa, ədəbiyyata iki parlaq istedad da bəxş edib: Vaqif və Yusif