19 - 02 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Sumqayıtda Mir Məhəmməd Mir Sədi oğlunun 80 illik yubileyi qeyd olunub – FOTO

Fevral 19, 2026
Cəmiyyət
A A

Qubadlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhəri 28 May Mədəniyyət evində tanınmış həkim, xeyriyyəçi, şair Mir Məhəmməd Mir Sədi oğlunun 80 illik yubileyinə həsr olunmuş “Nurla yazılmış bir ömür” adlı tədbir keçirilib.

Avropa.info xəbər verir ki, tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Millət vəkilləri Tahir Mirkişili, Ceyhun Məmmədov, hüquq-mühafizə orqanları, RİH-in məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, həkimlər, yazıçılar, şairlər, Mir Məhəmməd Mir Sədi oğlunun yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Mir Məhəmməd Mir Sədi oğlunun və Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov tədbirdə çıxış edərək qeyd edib ki, istedadlı həkim, xeyriyyəçi, şair və mənəvi kamilliyi ilə tanınan Mir Məhəmməd Mir Sədi oğlunun 80 illik yubileyi ilə əlaqədar onu ehtiramla yad etmək, həyat yoluna nəzər salmaq böyük bir mənəvi borcdur. O, ömrünü insanlara şəfa verməyə, sözlə könüllərə işıq salmağa və xeyirxah əməllərlə yadda qalmağa həsr etmiş nadir şəxsiyyətlərdən biri kimi xatırlanır.

Həkim kimi fəaliyyəti onun həyatının ən parlaq səhifələrindən biri olmuşdur. O, tibb sahəsini yalnız peşə kimi deyil, bir xidmət, bir ibadət kimi qəbul edirdi. Onun üçün xəstə yalnız müalicə olunmalı bir insan deyil, qayğıya və ümidə ehtiyacı olan bir can idi. Şəfqəti, səbrli yanaşması və yüksək peşəkarlığı sayəsində yüzlərlə insanın həyatında silinməz iz qoymuş, saysız ailələrə sevinc bəxş etmişdir. İnsanlar onu yalnız həkim kimi deyil, həm də dərd ortağı, məsləhətçi və mənəvi dayaq kimi xatırlayırlar.

Tədbirdə çıxış edən Seyid Mir Paşa ağa ocağının ləyaqətli davamçısı İkram Ziyadov, Milli Məclisin deputatı Tahir Mirkişili, TƏBİB-in Tibbi təhsil və innovasiyalar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Rusiyada yaşayan iş adamı, diplomat, yazışı, tərcüməçi Zahid Şahsuvarov, həkimlər Asif Kalbalıyev, İbrahim İsmayılov, İsmayıl Quliyev və oğlu Mir Sədi Mirlər Mir Məhəmməd Mir Sədi oğlunun həyatından, xidimətlərindən söz açaraq öz xatirələrini bölüşüblər.
Tədbirdə qiraətçilərin, tanınmış musiqiçilərin ifasında şeirlər, muğam parçaları səsləndirilib.

Qeyd edək ki, Mir Məhəmməd Mir Sədi oğlu 1946-cı il fevral ayının 18-də Qubadlı rayonunun Mirlər kəndində, Şeyx Mir Sədi ağa ocağında dünyaya göz açıb. Körpə ikən anasını itirmiş, iki yaşında isə atasını üçüncü dəfə həbs etmişlər. Mir Məhəmməd Mir Sədi oğlunu rayonun Çərəli kəndindəki yaxın qohumları Şahsuvar baba və Züleyxa nənə müvəqqəti himayəyə götürüb, əzizləyib saxlamışlar.

Mir Sədi Ağa həbsdən qayıdandan sonra sevimli oğlunu evinə gətirmiş və onun tərbiyəsi ilə özü məşğul olmuşdur. O, 1962-ci ildə Dondarlı kənd orta məktəbini bitirmiş, elə həmin ildə Azərbaycan Tibb Institutuna qəbul olmuşdur. 1968-ci ildə institutun müalicə-profilaktika fakultəsini bitirmişdir.

Bir müddət Çardaxlı və Xocahan kəndlərindəki tibb müəssisələrinə başçılıq etdikdən sonra Qubadlı rayon Mərkəzi xəstəxanasında həkim kimi fəaliyyətini davam etdirmişdir. Mir Məhəmməd ağa gözəl həkim, kəramətli seyid kimi hamının hörmətini qazanmışdır. Həmişə onun amalı xalqına xidmət etmək, xeyirxah işlər görmək və qurub yaratmaq olmuşdur. Mir Məhəmməd ağa da atası Mir Sədi Ağa kimi həmişə elinə-obasına sadiq qalmış, onların bütün problemlərinin həllində yaxından iştirak etmişdir.

1982- il may ayının 15-i avtomobil qəzasına düşərək faciəli şəkildə dünyasını dəyişib. Mir Məhəmməd Mir Sədi oğlu həm də yüksək əxlaqı, təvazökarlığı və insanlara olan hörməti ilə seçilib. Onunla ünsiyyətdə olan hər kəs səmimiyyətini, müdrikliyini və daxili nurunu hiss edərdi. O, nəsillərə örnək ola biləcək bir həyat yolu keçmiş, həm peşəsi, həm də şəxsiyyəti ilə cəmiyyətə dəyər qatmışdır. Onun 80 illik yubileyini yad edərkən, əslində bir ömrün xatirəsini deyil, bir məktəbi, bir mənəvi irsi xatırlayırıq. Onun həyatı insanlara xidmətin, yaxşılığın və mənəvi zənginliyin ən gözəl nümunələrindən biri kimi yadda qalır.

Belə şəxsiyyətlər fiziki olaraq aramızda olmasalar da, əməlləri və xatirələri ilə daim yaşayırlar. Ruhu şad, xatirəsi əziz və unudulmaz olsun. Onun ömür yolu gələcək nəsillərə daim xeyirxahlıq, mərhəmət və insan sevgisi aşılayan bir nur kimi qalacaq.

Allah rəhmət eləsin!









Əvvəlki Yazı

“Ana dilim – kimliyim, qürurum!” adlı tədbir keçirilib-Fotolar

XƏBƏR LENTİ

Sumqayıtda Mir Məhəmməd Mir Sədi oğlunun 80 illik yubileyi qeyd olunub – FOTO

Sumqayıtda Mir Məhəmməd Mir Sədi oğlunun 80 illik yubileyi qeyd olunub – FOTO

19 Fevral 2026 / 12:39
10
“Ana dilim – kimliyim, qürurum!” adlı tədbir keçirilib-Fotolar

“Ana dilim – kimliyim, qürurum!” adlı tədbir keçirilib-Fotolar

19 Fevral 2026 / 12:36
20
Bakı-Belqrad: Strateji tərəfdaşlığın yeni mərhələsi

Bakı-Belqrad: Strateji tərəfdaşlığın yeni mərhələsi

16 Fevral 2026 / 17:20
6
“Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi

“Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi

14 Fevral 2026 / 13:45
4
XIX əsr Qarabağ ədəbi mühiti haqqında monoqrafiya yayımlandı

XIX əsr Qarabağ ədəbi mühiti haqqında monoqrafiya yayımlandı

12 Fevral 2026 / 13:40
4
“Qərbi Azərbaycanda erməni vəhşiliyi: sənədlərin dili ilə” adlı yeni layihəyə start verildi

“Qərbi Azərbaycanda erməni vəhşiliyi: sənədlərin dili ilə” adlı yeni layihəyə start verildi

12 Fevral 2026 / 13:36
8
Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib-Fotolar

Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib-Fotolar

11 Fevral 2026 / 16:46
54
54 və 318 nömrəli məktəbin şagirdləri Respublika Uşaq Kitabxanasında olublar-Fotolar

54 və 318 nömrəli məktəbin şagirdləri Respublika Uşaq Kitabxanasında olublar-Fotolar

11 Fevral 2026 / 16:41
47
“9-cu mərtəbə” adlı kitabın təqdimatı keçirilib-Fotolar

“9-cu mərtəbə” adlı kitabın təqdimatı keçirilib-Fotolar

10 Fevral 2026 / 21:14
67
“Nar”ın tərəfdaşlığı ilə “GəncVİZYON” ideyatonu uğurla başa çatıb

“Nar”ın tərəfdaşlığı ilə “GəncVİZYON” ideyatonu uğurla başa çatıb

09 Fevral 2026 / 17:27
4
Azərbaycan və Qaraqalpaq teatrları arasında əməkdaşlıq memorandumu imzalandı – FOTOLAR

Azərbaycan və Qaraqalpaq teatrları arasında əməkdaşlıq memorandumu imzalandı – FOTOLAR

09 Fevral 2026 / 13:27
3
Bakı və Sumqayıtda dilimizin qorunmasına yönəlmiş yeni layihəyə start verildi

Bakı və Sumqayıtda dilimizin qorunmasına yönəlmiş yeni layihəyə start verildi

09 Fevral 2026 / 12:57
12
“Bütöv Azərbaycanda Gənclik” sərgisi – Gənclərin yaradıcılıq gücü bir arada

“Bütöv Azərbaycanda Gənclik” sərgisi – Gənclərin yaradıcılıq gücü bir arada

07 Fevral 2026 / 13:02
55
Naxçıvanın muxtariyyət statusu ilə bağlı mülahizələr

Naxçıvanın muxtariyyət statusu ilə bağlı mülahizələr

06 Fevral 2026 / 15:53
180
Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!

Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!

06 Fevral 2026 / 11:46
7
Tarixi ədalətin bərpası prezident İlham Əliyevin qətiyyətli mövqeyi və siyasəti nəticəsində mümkün oldu

Tarixi ədalətin bərpası prezident İlham Əliyevin qətiyyətli mövqeyi və siyasəti nəticəsində mümkün oldu

05 Fevral 2026 / 23:04
148
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir – Gənclərin nəzərinə

İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir – Gənclərin nəzərinə

03 Fevral 2026 / 14:06
9
Respublika Uşaq Kitabxanasında  “Sağlam Gənclik – Güclü Gələcək” adlı tədbir keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında “Sağlam Gənclik – Güclü Gələcək” adlı tədbir keçirilib-Fotolar

02 Fevral 2026 / 20:20
99
“Zal qızı Zalxa” tamaşasının premyerası alqışlarla qarşılandı – FOTOLAR

“Zal qızı Zalxa” tamaşasının premyerası alqışlarla qarşılandı – FOTOLAR

01 Fevral 2026 / 17:04
19
Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

01 Fevral 2026 / 16:54
32
Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

30 Yanvar 2026 / 18:44
8
Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

30 Yanvar 2026 / 18:26
8
İranın təhdid ritorikası: Azərbaycan niyə ön plandadır? – ŞƏRH

İranın təhdid ritorikası: Azərbaycan niyə ön plandadır? – ŞƏRH

30 Yanvar 2026 / 18:23
7
Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat alacaq

Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat alacaq

30 Yanvar 2026 / 17:46
14
Prezident səfiri geri çağırdı – FOTO

Prezident sərəncam imzaladı – Bu gənclər mükafatlandırıldı – ADLAR

30 Yanvar 2026 / 16:29
7
Azərbaycan dünyada idman ölkəsi kimi tanınmaqdadır

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqləndi

30 Yanvar 2026 / 16:26
5
“Qarabağ”ın rəqibi müəyyənləşdi

“Qarabağ”ın rəqibi müəyyənləşdi

30 Yanvar 2026 / 15:25
6
Onlara pulsuz mənzil veriləcək – Sadəcə bu sənədlər lazımdır

Bu il Bakıda mənzillərin qiyməti bahalaşacaq? – AÇIQLAMA

30 Yanvar 2026 / 15:12
7
“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

30 Yanvar 2026 / 14:16
4
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

30 Yanvar 2026 / 14:04
6
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.