15 - 02 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

İranın təhdid ritorikası: Azərbaycan niyə ön plandadır? – ŞƏRH

Yanvar 30, 2026
Manşet, Siyasət
A A

Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçı ilə telefon danışığında Azərbaycanın hava məkanı və ya ərazisinin İrana qarşı hərbi əməliyyatlar aparılması üçün istifadə edilməyəcəyini bildirdi. Rəsmi Bakının Tehrana bunu izah etməsi zərurəti İranda ortaya atılan iddialardan qaynaqlanır.

Avropa.info ERAmedia.az-a istinadən xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, İran beynəlxalq müstəvidə təzyiq dalğası ilə üzləşəndə Tehranda müəyyən dairələrin – mühafizəkar qanada bağlı ekspert və media resurslarının Azərbaycanı hədəfə alması ənənəsi mövcuddur.

O qeyd edib ki, bu ittihamlar/iddialar adətən iki məqsədə xidmət edir:

“1. Güneyli soydaşlarımız arasında Azərbaycanın “düşmən obrazını” formalaşdırmaq;

2. Diqqəti İran rejiminin üzə çıxan zəifliklərindən yayındırmaq;
İran ətrafında mühasirənin daralması və hərbi müdaxilə ssenarisinin aktuallaşması fonunda Azərbaycana qarşı ittihamlar – İsrailə dəstək verilməsi, mümkün müharibədə platforma olması kimi ənənəvi iddialar – yenidən gündəmə gəlib, lakin bu dəfə daha açıq təhdidlərlə. Daha öncə “Bakı Tehrana hücumda iştirak edir” iddiaları əsas tezis kimi istifadə olunurdusa, bu dəfə Azərbaycanı hədəfə almaqdan bəhs olunur, xüsusilə enerji infrastrukturlarının vurulması çağırışları edilir. Bakıya qarşı ittiham/iddia kampaniyasının hədə mərhələsinə keçidi 12 günlük müharibədən sonra genişlənib”.

Ekspert vurğulayıb ki, enerji infrastrukturunun vurulması tezisi də Azərbaycana düşmən mövqeyi ilə tanınan iranlı ekspert Əhməd Kazeminin dili ilə gündəmə gətirildi:

“- “Azərbaycan 12 günlük müharibədə İrana hücumda iştirak edib”;

– “İsrailə “neft satan” Azərbaycanın enerji strukturları qanuni hədəfdir”;

– “Azərbaycanın enerji infrastrukturunu vurmaq Hörmüz boğazını bağlamaqdan daha effektivdir” və s;

Kazeminin tezisləri İranın müxtəlif “ekspertləri” və media orqanları tərəfindən yenidən təkrarlanır, həmçinin, “Azərbaycan 12 günlük müharibədə olduğu kimi, yenə İsrail üçün platforma olacaq” formasında inkişaf etdirilir”.

A.Nərimanlı bildirib ki, bu iddialar/ittihamlar xüsusilə İsrailin xarici işlər naziri Gideon Saarın Bakıya səfəri fonunda gündəmə gəldi, halbuki, eyni ərəfədə İran XİN rəhbərinin müavini Vahid Cəlalzadə də Azərbaycana səfər etdi və israilli nazirdən fərqli olaraq, təhdid dolu xəbərdarlıq səsləndirdi:

“Cəlalzadənin Bakıda verdiyi bəyanatlara reaksiya verilməsə də, İran səfirliyinin Saarın səfəri haqda dedikləri Tehranın “təhdid dili”ni işə saldığının nümunələrindən biri hesab oluna bilər.

İttiham/iddialar indiyə qədər daha çox İran ictimai rəyinə hesablanırdısa, mövcud situasiyada məqsəd fərqli görünür: ritorikanın praktiki müstəvidə tətbiqi imkanları məhdud olsa da, Azərbaycanın enerji infrastrukturunun hədəf kimi göstərilməsi ilə həm Avropanın enerji təhlükəsizliyini, həm neft-qaz sektorunda xarici investorların təmsil etdikləri ölkələri təhdid edir, həm də region ölkələrinə “müharibənin arealı yayıla bilər” mesajını verirlər; bununla ABŞ-ın mümkün hərbi müdaxiləsinə qarşı “məcburi əks-mövqe”ni genişləndirməyə, Vaşinqtonun qərarına kənar təsirləri artırmağa çalışırlar;

Bu kontekstdə rəsmi Bakının Tehrana verdiyi “Azərbaycan platforma olmayacaq” mesajı İranda ortaya atılan iddialardan və təhdidlərdən imtina edilməsi ilə bağlı xəbərdarlıq, eyni zamanda, qonşuluq prinsiplərinə sadiqliyini nümayiş etdirməkdir. Bunu Pezeşkianın komandasına izah etmək mümkündür, lakin mühafizəkar qanadın Azərbaycana qarşı ənənəvi ritorikasını dəyişmək çətin görünür”.

Əvvəlki Yazı

Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat alacaq

Növbəti Yazı

Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

XƏBƏR LENTİ

“Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi

“Nar”ın dəstəyi ilə Jestdili.az-ın beynəlxalq inkişaf mərhələsinə start verildi

14 Fevral 2026 / 13:45
4
XIX əsr Qarabağ ədəbi mühiti haqqında monoqrafiya yayımlandı

XIX əsr Qarabağ ədəbi mühiti haqqında monoqrafiya yayımlandı

12 Fevral 2026 / 13:40
4
“Qərbi Azərbaycanda erməni vəhşiliyi: sənədlərin dili ilə” adlı yeni layihəyə start verildi

“Qərbi Azərbaycanda erməni vəhşiliyi: sənədlərin dili ilə” adlı yeni layihəyə start verildi

12 Fevral 2026 / 13:36
8
Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib-Fotolar

Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib-Fotolar

11 Fevral 2026 / 16:46
53
54 və 318 nömrəli məktəbin şagirdləri Respublika Uşaq Kitabxanasında olublar-Fotolar

54 və 318 nömrəli məktəbin şagirdləri Respublika Uşaq Kitabxanasında olublar-Fotolar

11 Fevral 2026 / 16:41
47
“9-cu mərtəbə” adlı kitabın təqdimatı keçirilib-Fotolar

“9-cu mərtəbə” adlı kitabın təqdimatı keçirilib-Fotolar

10 Fevral 2026 / 21:14
66
“Nar”ın tərəfdaşlığı ilə “GəncVİZYON” ideyatonu uğurla başa çatıb

“Nar”ın tərəfdaşlığı ilə “GəncVİZYON” ideyatonu uğurla başa çatıb

09 Fevral 2026 / 17:27
4
Azərbaycan və Qaraqalpaq teatrları arasında əməkdaşlıq memorandumu imzalandı – FOTOLAR

Azərbaycan və Qaraqalpaq teatrları arasında əməkdaşlıq memorandumu imzalandı – FOTOLAR

09 Fevral 2026 / 13:27
3
Bakı və Sumqayıtda dilimizin qorunmasına yönəlmiş yeni layihəyə start verildi

Bakı və Sumqayıtda dilimizin qorunmasına yönəlmiş yeni layihəyə start verildi

09 Fevral 2026 / 12:57
12
“Bütöv Azərbaycanda Gənclik” sərgisi – Gənclərin yaradıcılıq gücü bir arada

“Bütöv Azərbaycanda Gənclik” sərgisi – Gənclərin yaradıcılıq gücü bir arada

07 Fevral 2026 / 13:02
55
Naxçıvanın muxtariyyət statusu ilə bağlı mülahizələr

Naxçıvanın muxtariyyət statusu ilə bağlı mülahizələr

06 Fevral 2026 / 15:53
177
Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!

Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!

06 Fevral 2026 / 11:46
7
Tarixi ədalətin bərpası prezident İlham Əliyevin qətiyyətli mövqeyi və siyasəti nəticəsində mümkün oldu

Tarixi ədalətin bərpası prezident İlham Əliyevin qətiyyətli mövqeyi və siyasəti nəticəsində mümkün oldu

05 Fevral 2026 / 23:04
138
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir – Gənclərin nəzərinə

İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir – Gənclərin nəzərinə

03 Fevral 2026 / 14:06
9
Respublika Uşaq Kitabxanasında  “Sağlam Gənclik – Güclü Gələcək” adlı tədbir keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında “Sağlam Gənclik – Güclü Gələcək” adlı tədbir keçirilib-Fotolar

02 Fevral 2026 / 20:20
99
“Zal qızı Zalxa” tamaşasının premyerası alqışlarla qarşılandı – FOTOLAR

“Zal qızı Zalxa” tamaşasının premyerası alqışlarla qarşılandı – FOTOLAR

01 Fevral 2026 / 17:04
18
Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

01 Fevral 2026 / 16:54
32
Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

30 Yanvar 2026 / 18:44
7
Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

30 Yanvar 2026 / 18:26
7
İranın təhdid ritorikası: Azərbaycan niyə ön plandadır? – ŞƏRH

İranın təhdid ritorikası: Azərbaycan niyə ön plandadır? – ŞƏRH

30 Yanvar 2026 / 18:23
7
Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat alacaq

Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat alacaq

30 Yanvar 2026 / 17:46
12
Prezident səfiri geri çağırdı – FOTO

Prezident sərəncam imzaladı – Bu gənclər mükafatlandırıldı – ADLAR

30 Yanvar 2026 / 16:29
7
Azərbaycan dünyada idman ölkəsi kimi tanınmaqdadır

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqləndi

30 Yanvar 2026 / 16:26
3
“Qarabağ”ın rəqibi müəyyənləşdi

“Qarabağ”ın rəqibi müəyyənləşdi

30 Yanvar 2026 / 15:25
3
Onlara pulsuz mənzil veriləcək – Sadəcə bu sənədlər lazımdır

Bu il Bakıda mənzillərin qiyməti bahalaşacaq? – AÇIQLAMA

30 Yanvar 2026 / 15:12
7
“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

30 Yanvar 2026 / 14:16
4
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

30 Yanvar 2026 / 14:04
6
Nəsimi Nəbizadənin qaçdığı Reabilitasiya Mərkəzinin rəhbəri TUTULDU – YENİLƏNİB

Nəsimi Nəbizadənin qaçdığı Reabilitasiya Mərkəzinin rəhbəri TUTULDU – YENİLƏNİB

30 Yanvar 2026 / 12:55
3
Konstitusiya Məhkəməsi pensiya stajı ilə bağlı QƏRAR VERDİ

Konstitusiya Məhkəməsi pensiya stajı ilə bağlı QƏRAR VERDİ

30 Yanvar 2026 / 11:58
5
Kitab Bağışlama Günü münasibətilə “Bir kitapb, bir sevgi” adlı kitab bağışlama aksiyasına start verilir

Kitab Bağışlama Günü münasibətilə “Bir kitapb, bir sevgi” adlı kitab bağışlama aksiyasına start verilir

28 Yanvar 2026 / 14:51
39
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.