07 - 01 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Qalib xalq və müasir azərbaycanlı kimliyi

Yanvar 6, 2026
Siyasət
A A

Qloballaşma, informasiya axınlarının intensivləşməsi və beynəlxalq siyasi transformasiyaların dərinləşdiyi müasir dövrdə milli kimlik anlayışı yeni məzmun qazanır. Bu kontekstdə “müasir anlamda azərbaycanlı olmaq” anlayışı təkcə etnik mənsubiyyət, dil və mədəniyyət göstəriciləri ilə məhdudlaşmır. Eyni zamanda müstəqil dövlətçilik təfəkkürü, hüquqi və siyasi məsuliyyət, milli maraqlara sədaqət və qlobal dünyada rəqabətqabiliyyətli vətəndaş modeli ilə səciyyələnir. Azərbaycanlı kimliyi bu gün tarixi yaddaş, çağdaş inkişaf strategiyası və gələcək vizyonun sintezindən formalaşan kompleks bir anlayış kimi çıxış edir.

Qlobal miqyasda müşahidə olunur ki, milli kimliyi dərindən anlayan və onu dövlət siyasətinin mərkəzində saxlayan dövlətlər iqtisadi, siyasi və mədəni baxımdan daha sürətlə inkişaf edir, beynəlxalq mövqelərini möhkəmləndirirlər. Bu reallıq müasir azərbaycanlı kimliyinin strateji əhəmiyyətini bir daha ortaya qoyur: milli kimliyi şüurlu şəkildə dərk edən və ona uyğun hərəkət edən vətəndaş yalnız dövlətin daxili stabilliyinə deyil, həm də onun beynəlxalq nüfuzuna, geosiyasi mövqeyinə və regional liderliyinə töhfə verir.
Bu baxımdan müasir azərbaycanlı kimliyi yalnız fərdi və milli identifikasiya anlayışı deyil, həm də milli dövlətçilik strategiyasının aktiv iştirakçısı, qlobal çağırışlara cavab verən və dövlətin inkişafını təmin edən dinamik və strateji vətəndaş modeli kimi təqdim olunur. Milli kimliyi dərk etmək, onun tarixi, mədəni və siyasi əsaslarını qiymətləndirmək və müasir çağırışlarla uzlaşdırmaq Azərbaycanın davamlı inkişafı və güclü beynəlxalq mövqeyinin təmin olunması üçün zəruri şərtdir.

Tarixi-siyasi təkamül

Azərbaycanlı kimliyi tarixi baxımdan müxtəlif sivilizasiyaların kəsişməsində formalaşaraq çoxqatlı mədəni, dini və sosial məzmun qazanmışdır. Azərbaycanın yerləşdiyi geosiyasi məkan qədim dövrlərdən etibarən Şərq və Qərb arasında təbii körpü funksiyası daşımış, bu isə cəmiyyətin dünyagörüşündə açıqlıq, adaptasiya qabiliyyəti və mədəni sintez meyillərini gücləndirmişdir. Məhz bu tarixi-coğrafi reallıq azərbaycanlı kimliyinin monolit olmasa da, daxili bütövlüyə malik bir struktur kimi formalaşmasına zəmin yaratmışdır.

Antik dövrdə Atropatena və Qafqaz Albaniyası kimi dövlətlərin mövcudluğu Azərbaycan ərazisində erkən siyasi təşkilatlanmanın və dövlətçilik təfəkkürünün möhkəm əsaslara söykəndiyini göstərir. Bu dövlətlər əraziyə bağlılıq, siyasi hakimiyyət anlayışı və kollektiv idarəçilik mədəniyyətinin ilkin formalarının yaranmasına xidmət etmişdir. Orta əsrlərdə Şirvanşahlar, Eldənizlər və Səfəvilər dövlətləri bu ənənələri davam etdirərək azərbaycanlı kimliyinin siyasi və mədəni konturlarını daha da dəqiqləşdirmişdir. Xüsusilə Səfəvilər dövründə Azərbaycan türkcəsinin dövlət dili səviyyəsinə yüksəlməsi milli kimliyin dil, hakimiyyət və siyasi legitimliklə vəhdət təşkil etdiyini nümayiş etdirmişdir.

“Milli kimlik” anlayışının struktural əsasları prizmasından yanaşdıqda aydın olur ki, Azərbaycan tarixində bu anlayışın dövlətçilik təfəkkürü səviyyəsində konseptuallaşdırılması məhz Səfəvilər dövründə baş vermişdir. Səfəvi siyasi idarəçiliyinin ideoloji nüvəsində formalaşmış milli kimlik siyasəti milli dövlətçilik düşüncəsi ilə üzvi şəkildə bağlı olmuş və bu baxımdan müasir Azərbaycan dövlətçiliyinin ideoloji təməlləri ilə səsləşmişdir. Məhz bu səbəbdən azərbaycanlı kimliyinin müasir tarixi başlanğıcını səfəvi siyasi-fəlsəfi təfəkküründə axtarmaq elmi baxımdan əsaslıdır. Bu kontekst müasir dövrdə müşahidə olunan antisəfəvi yanaşmaların da mahiyyətini aydınlaşdırır. Bu tip hücumların əsas məqsədi Səfəvilər irsindən daha çox həmin irsin daşıdığı tarixi milli kimlik potensialını zəiflətmək cəhdləri ilə bağlıdır. Çünki hər bir xalqın davamlı inkişafı onun tarixi-milli enerjini nə dərəcədə aktivləşdirə bilməsi ilə birbaşa əlaqəlidir və tarixi təcrübə milli inkişafın ideoloji dayaq nöqtəsini təşkil edir.

Ulu Öndər Heydər Əliyevin milli-tarixi irsə verdiyi xüsusi əhəmiyyət də məhz bu yanaşmadan qaynaqlanırdı. O, Azərbaycan Səfəvilər dövlətini milli kimliyin dövlətçilik səviyyəsində gerçəkləşdirildiyi fundamental siyasi təcrübə kimi qiymətləndirirdi. Bu baxımdan Şah İsmayıl Xətainin Azərbaycan siyasi tarixində milli kimliyin simvolu kimi təqdim olunması və onun heykəlinin Prezident İlham Əliyev tərəfindən siyasi varislik kontekstində təsdiqlənməsi ideoloji ardıcıllığın ifadəsidir.

Şah İsmayıl Xətainin tarixi missiyası yalnız dövlət quruculuğu ilə məhdudlaşmırdı. Onun ana dilində yaratdığı poeziya milli kimliyin ideoloji alətinə çevrilmiş, “milli dil – milli ədəbiyyat – milli dövlət” triadası səviyyəsində konseptual məna qazanmışdır. Bu yanaşma Azərbaycan insanının milli ruhunu oyadan və onu vahid siyasi iradə ətrafında birləşdirən ideoloji vasitə rolunu oynamışdır. Beləliklə, Azərbaycan Səfəvilər dövləti öz tarixi mahiyyəti etibarilə müasir azərbaycanlı kimliyinin ideoloji və siyasi potensialını formalaşdıran əsas mərhələ kimi çıxış edir. Heydər Əliyevin bu irsə yanaşması da məhz milli kimliyin tarixi davamlılığı və dövlətçilik təfəkkürünün strateji əsasları kontekstində olmuşdur ki, bu yanaşma müasir “qalib xalq” və “müasir azərbaycanlı kimliyi” konsepsiyasının dərin tarixi köklərə söykəndiyini aydın şəkildə ortaya qoyur.

Qeyd edək ki, Şərq mənəvi dəyərləri ilə Qərb rasional düşüncə sisteminin tarixi sintezi də azərbaycanlı kimliyinə xüsusi ideoloji balans qazandırmışdır. İslam sivilizasiyasının etik və mənəvi prinsipləri ilə Avropa hüquqi və idarəçilik modellərinin qarşılıqlı təsiri cəmiyyətin inkişafında tolerantlıq, multikulturalizm və sosial harmoniyanı əsas davranış norması kimi formalaşdırmışdır. Müxtəlif dini və etnik icmaların tarixən birgəyaşayış təcrübəsi azərbaycanlı kimliyinin inklüziv və açıq xarakter daşıdığını təsdiqləyən fundamental göstərici kimi çıxış edir.

XIX əsrdə Azərbaycanın Rusiya imperiyasının tərkibinə daxil edilməsi milli kimliyin yeni tarixi mərhələyə keçidini şərtləndirmişdir. Bu dövrdə maarifçilik ideyalarının yayılması, milli ziyalı təbəqəsinin formalaşması və anadilli mətbuatın meydana çıxması azərbaycanlı kimliyinin modern əsaslar üzərində yenidən düşünülməsinə səbəb olmuşdur. Maarifçi ziyalıların fəaliyyəti nəticəsində azərbaycanlı anlayışı təkcə etnik mənsubiyyət kimi deyil, eyni zamanda ictimai məsuliyyət və milli özünüdərk kateqoriyası kimi dərk edilməyə başlanmışdır.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması azərbaycanlı kimliyinin siyasi subyektliyinin ən yüksək ifadə forması olmuşdur. Şərqdə ilk parlamentli respublika kimi AXC vətəndaş bərabərliyi, hüquqi dövlət quruculuğu və milli suverenlik prinsiplərini azərbaycanlı kimliyinin əsas atributlarına çevirmişdir. Bu mərhələdə azərbaycanlı olmaq hüquqi status, siyasi iştirak və dövlət qarşısında məsuliyyət anlayışları ilə birbaşa əlaqələndirilmişdir.

Sovet dövründə milli kimlik ideoloji çərçivələrlə məhdudlaşdırılsa da, dil, ədəbiyyat və mədəniyyət vasitəsilə yaşadılmış, tarixi yaddaşın qorunması təmin edilmişdir. Rəsmi ideoloji model ilə yanaşı, milli özünüdərk prosesi gizli və davamlı xarakter almış, bu isə müstəqillik mərhələsi üçün sosial və mənəvi zəmin formalaşdırmışdır.

XX əsrin sonlarında dövlət müstəqilliyinin bərpası azərbaycanlı kimliyinin tarixi-siyasi təkamülündə keyfiyyətcə yeni mərhələ yaratmışdır. Bu mərhələdə milli kimlik mədəni irs elementi olmaqla yanaşı, müstəqil dövlətçilik ideologiyasının əsas dayağına çevrilmişdir. Azərbaycanlı anlayışı suverenlik, ərazi bütövlüyü, hüquqi dövlət quruculuğu və milli maraqların müdafiəsi prinsipləri ilə üzvi şəkildə əlaqələndirilmişdir. Nəticə etibarilə azərbaycanlı olmaq milli dövlətin taleyinə ortaq məsuliyyət daşımaq, tarixi ədalət ideyasına sədaqət nümayiş etdirmək və müasir dünyada milli maraqları qorumağa qadir siyasi və intellektual potensiala malik olmaq kimi kompleks məzmun kəsb etmişdir.

Heydər Əliyev və azərbaycanlı kimliyinin dövlətçilik konsepsiyası

Müasir azərbaycanlı kimliyinin ideoloji, siyasi və institusional əsaslarının formalaşmasında Ümummilli Lider Heydər Əliyevin rolu fundamental və sistemyaradıcı xarakter daşıyır. Onun siyasi fəaliyyətində azərbaycanlı anlayışı yalnız tarixi-etnik mənsubiyyət kontekstində deyil, müasir dövlət quruculuğunun ideoloji dayağı, hüquqi subyekti və strateji resursu kimi dəyərləndirilmişdir. Heydər Əliyev milli kimliyi emosional-romantik çərçivədən çıxararaq rasional düşüncə, hüquqi legitimlik və uzunmüddətli dövlətçilik strategiyası müstəvisinə daşımışdır.

Heydər Əliyev deyirdi: “Milli ideologiya olmadan dövlət qurmaq mümkün deyil. Bizim milli ideologiyamız azərbaycançılıqdır və bu ideologiya müstəqil dövlətimizin möhkəm təməlidir”.

Bu cəhətdən Heydər Əliyevin çıxış və proqram xarakterli bəyanatlarının analizi göstərir ki, o, azərbaycançılığı statik ideoloji doktrina kimi deyil, tarixi davamlılıq və müasir inkişafı uzlaşdıran dinamik konsepsiya kimi təqdim etmişdir. Onun yanaşmasına görə, azərbaycanlı kimliyi keçmişin mirası olmaqla yanaşı, müstəqil dövlətin gələcəyini formalaşdıran əsas intellektual və mənəvi resursdur. Bu baxımdan azərbaycançılıq ideologiyası milli yaddaşın qorunması ilə yanaşı, müasir dünyaya inteqrasiya üçün konseptual çərçivə rolunu oynamışdır.

Heydər Əliyev deyirdi: “Biz tariximizə söykənərək gələcəyimizi qurmalıyıq. Azərbaycançılıq keçmişlə gələcək arasında ideoloji körpüdür”. Ulu Öndər bu mənada müxtəlif dövrlərdə etdiyi çıxışlarında milli kimliyin yalnız mədəni atributlar toplusu kimi yox, dövlət qarşısında məsuliyyət daşıyan vətəndaşlıq şüuru kimi dərk edilməsinin vacibliyini xüsusi vurğulamışdır. Onun fikirlərində azərbaycanlı olmaq dövlət müstəqilliyinə sadiqlik, hüquqi normalara hörmət, ictimai nizamın qorunması və milli maraqların müdafiəsində fəal mövqe tutmaqla birbaşa əlaqələndirilmişdir. Bu yanaşma milli kimliyi passiv identifikasiya formasından çıxararaq aktiv siyasi mövqeyə çevirmişdir.

Heydər Əliyev belə hesab edirdi ki, Azərbaycan Respublikasının vətəndaşı olmaq təkcə hüquq deyil, eyni zamanda dövlət qarşısında böyük məsuliyyətdir.

Bu cəhətdən Ulu Öndərin ideoloji xəttində azərbaycançılıq aşağıdakı əsas prinsiplər üzərində qurulmuşdur:

* milli-mənəvi dəyərlərin qorunması ilə yanaşı, dünyəvi dövlət modelinin möhkəmləndirilməsi;
* tarixi irsə sədaqətlə yanaşı, müasir siyasi və iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi;
* milli həmrəyliyin gücləndirilməsi ilə yanaşı, bütün vətəndaşların hüquq bərabərliyinin təmin edilməsi;
* etnik və dini müxtəlifliyin qorunması ilə yanaşı, vahid siyasi millət anlayışının formalaşdırılması.

Heydər Əliyev bəyan etmişdir ki, Azərbaycan çoxmillətli dövlətdir və bu, bizim sərvətimizdir. Hamımızı birləşdirən vahid anlayış azərbaycançılıqdır.

Bu prinsiplər Ulu Öndərin həm sovet dövründə milli-mədəni identikliyin qorunması istiqamətində apardığı siyasətdə, həm də müstəqillik mərhələsində dövlət quruculuğu proseslərində ardıcıl şəkildə müşahidə olunur. Xüsusilə müstəqillik illərində etdiyi çıxışlarda o, azərbaycanlı kimliyini müstəqil dövlətin ideoloji dayağı kimi təqdim etmiş, milli birliyin və daxili sabitliyin məhz bu konsepsiya üzərində təmin oluna biləcəyini əsaslandırmışdır.

Heydər Əliyev Azərbaycan xalqı qarşısında belə bir vəzifə qoymuşdur: “Müstəqilliyimizi qorumağın yeganə yolu milli birliyimizi möhkəmləndirməkdir”.

Ulu Öndərin dövlətçilik təcrübəsində azərbaycanlı kimliyi hüquqi dövlət və güclü institutlar anlayışı ilə üzvi şəkildə əlaqələndirilmişdir. Onun siyasi irsində milli kimlik populist ritorika vasitəsi kimi deyil, konstitusion dəyərlər, qanunun aliliyi və idarəetmə məsuliyyəti ilə möhkəmləndirilmiş ideoloji sistem kimi formalaşdırılmışdır. Bu yanaşma azərbaycanlı anlayışını yalnız mənəvi identifikasiya kateqoriyası olmaqla yanaşı, dövlət qarşısında öhdəlik daşıyan hüquqi subyekt səviyyəsinə yüksəltmişdir.

Heydər Əliyevin siyasi-ideoloji baxışlarına görə, “Hüquqi dövlət qurmaq üçün hər bir vətəndaş qanuna hörmət etməyi özünün daxili ehtiyacı hesab etməlidir”.

Bir araşdırmaçı ziyalı baxımından qiymətləndirdikdə, Heydər Əliyevin əsas tarixi nailiyyətlərindən biri azərbaycanlı kimliyini etnik dar çərçivədən çıxararaq siyasi millət konsepsiyasına transformasiya etməsi olmuşdur. Onun çıxış və fəaliyyətlərində azərbaycanlı olmaq dövlətə sədaqət, siyasi məsuliyyət, hüquqi şüur və milli maraqlar naminə fədakarlıq kimi kateqoriyalarla eyniləşdirilmişdir. Bu konsepsiya müasir Azərbaycan dövlətçiliyinin ideoloji təməlini təşkil etmiş və sonrakı dövrdə ölkənin inkişaf strategiyalarının formalaşmasında həlledici rol oynamışdır.

Heydər Əliyev Azərbaycan xalqına və bütün dünyaya xitabən bəyan etmişdir: “Mən fəxr edirəm ki, azərbaycanlıyam və hesab edirəm ki, hər bir azərbaycanlı bu hissi yaşamalıdır”.

İlham Əliyev dövründə “Qürurlu azərbaycanlı”modelinin formalaşması

Prezident İlham Əliyevin siyasi fəaliyyəti Heydər Əliyev tərəfindən formalaşdırılmış dövlətçilik məktəbinin ideoloji və institusional əsasları üzərində inkişaf edən müasir mərhələ kimi qiymətləndirilə bilər. Bu çərçivədə milli kimlik anlayışı tarixi yaddaşa söykənən, lakin müasir qlobal reallıqlara uyğun şəkildə yenilənən vətəndaş modeli kimi təqdim olunur. İlham Əliyevin rəhbərliyi dövründə azərbaycanlı olmaq yalnız mənəvi-mədəni mənsubiyyət deyil, eyni zamanda dövlətə bağlılıq, hüquqi məsuliyyət və qlobal miqyasda milli maraqları təmsil etmək bacarığı ilə xarakterizə olunan kompleks kimlik formasına çevrilmişdir.

Bu mərhələdə müasir azərbaycanlı modeli güclü dövlətçilik şüuru əsasında formalaşdırılır. Prezident İlham Əliyevin siyasi diskursunda dövlətin gücü və vətəndaşın qüruru qarşılıqlı asılılıq prinsipi üzərində qurulur. Dövlətin beynəlxalq mövqeyinin möhkəmlənməsi və iqtisadi-siyasi sabitliyin təmin olunması azərbaycanlı kimliyində özünəinam, milli qürur və məsuliyyət hissini gücləndirən əsas amillər kimi çıxış edir. Bu yanaşma milli kimliyi passiv identifikasiya səviyyəsindən çıxararaq fəal vətəndaşlıq mövqeyinə yüksəldir.

İlham Əliyevə görə, “Biz elə bir dövlət qurmuşuq ki, hər bir Azərbaycan vətəndaşı onunla fəxr edə bilər”.
Müasir azərbaycanlı modelinin mühüm komponentlərindən biri milli maraqların beynəlxalq müstəvidə müdafiə olunması bacarığıdır. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan qlobal enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutları və regional sabitlik məsələlərində fəal aktora çevrilmişdir. Bu proseslər azərbaycanlı kimliyini regional çərçivədən çıxararaq qlobal məsuliyyət daşıyan vətəndaş modelinə transformasiya etmişdir. Azərbaycanlı olmaq bu kontekstdə dövlətin geosiyasi rolunu dərk etmək və onu beynəlxalq platformalarda ləyaqətlə təmsil etmək anlamı qazanmışdır.

İlham Əliyev belə hesab edir ki, Azərbaycan bu gün beynəlxalq aləmdə söz sahibi olan ölkələrdən biridir.
Texnoloji və intellektual inkişaf müasir azərbaycanlı modelinin ayrılmaz hissəsi kimi çıxış edir. Prezident İlham Əliyevin siyasətində insan kapitalının gücləndirilməsi, təhsilin və innovasiyanın prioritetləşdirilməsi milli kimliyin müasir məzmunla zənginləşdirilməsinə xidmət edir. Bu yanaşma azərbaycanlı anlayışını yalnız tarixi keçmişlə bağlılıq üzərində deyil, gələcəyə yönəlmiş bilik və bacarıqlar üzərində formalaşdırır. Beləliklə, müasir azərbaycanlı rəqabətədavamlı, çevik və qlobal çağırışlara hazır vətəndaş kimi dəyərləndirilir.

Xüsusilə Vətən müharibəsindən sonra formalaşan yeni reallıqlar müasir azərbaycanlı kimliyinə keyfiyyətcə yeni məzmun qazandırmışdır. Qələbə faktoru milli kimlik anlayışını qalib xalq psixologiyası, tarixi ədalətin bərpası və milli ləyaqət hissi ilə zənginləşdirmişdir. Bu mərhələdə azərbaycanlı olmaq təkcə mənsubiyyət deyil, eyni zamanda əldə edilmiş qələbənin qorunması, sülhün təmin olunması və postmüharibə quruculuq proseslərində fəal iştirak etmək kimi tarixi məsuliyyəti də ifadə edir.

İlham Əliyev bəyan etmişdir: “Biz qalib xalqıq və bu qələbəni qorumaq hər birimizin borcudur”.
Fəxrlə deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə formalaşan müasir və qürurlu azərbaycanlı modeli milli dövlətçiliyin güclənməsi, beynəlxalq mövqelərin möhkəmlənməsi və cəmiyyətin intellektual potensialının artması ilə paralel inkişaf etmişdir. Bu model tarixi yaddaşla müasir inkişaf arasında tarazlıq yaradan, milli qüruru məsuliyyətlə uzlaşdıran və gələcək nəsillərə davamlı dövlətçilik düşüncəsi ötürən konseptual vətəndaş tipini ifadə edir.

Qlobal dünyada azərbaycanlı olmağın yeni parametrləri

Müasir milli kimlik nəzəriyyələrində “qalib xalq” anlayışı yalnız hərbi və ya siyasi uğurun nəticəsi kimi deyil; kollektiv şüurun transformasiyasını müəyyən edən fundamental ideoloji mərhələ kimi qiymətləndirilir. Qalib xalq statusu milli kimliyə psixoloji üstünlük, tarixi legitimlik və strateji özünəinam qazandırmaqla yanaşı, cəmiyyətin dövlətlə münasibətlərində yeni məsuliyyət və davranış modellərinin formalaşmasına səbəb olur. Bu baxımdan anlayış müasir milli kimliyin keyfiyyətcə yeni mərhələyə keçidinin göstəricisi kimi çıxış edir.

Qalib xalq fenomeninin əsas xüsusiyyəti milli kimliyin müdafiə mövqeyindən çıxaraq təşəbbüskar və qurucu mərhələyə qədəm qoymasıdır. Qələbə faktoru kollektiv yaddaşda travmatik məğlubiyyət sindromunu neytrallaşdırır, onun yerini milli ləyaqət, özünəinam və gələcəyə yönəlik strateji düşüncə tutur. Bu transformasiya nəticəsində milli kimlik emosional reaksiya formasından çıxaraq rasional vəməqsədyönlü sosial davranış sisteminə çevrilir.

Müasir milli kimlik kontekstində qalib xalq anlayışı qürur hissini əks etdirməklə yanaşı, həm də etik və siyasi məsuliyyət komponentlərini özündə ehtiva edir. Qalib xalq olmaq beynəlxalq hüquq normalarına uyğun davranış, regional sabitliyə töhfə vermək və əldə edilmiş nəticələri davamlı sülh və inkişaf platformasına çevirmək öhdəliyini gündəmə gətirir. Bu yanaşma milli kimliyi destruktiv revanşizmə deyil, konstruktiv dövlətçilik təfəkkürünə yönləndirir.

Azərbaycan modeli kontekstində müasir azərbaycanlı dövlətin strateji prioritetlərini (enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutlarının qorunması, regional sabitlik və mədəni diplomatiya) fəal şəkildə dəstəkləyən vətəndaş kimi formalaşır. Beləliklə, milli kimlik yalnız tarixi və mədəni atributlarla deyil, həm də real dövlətçilik və qlobal məsuliyyətlə tamamlanmış olur. Qalib xalq anlayışının müasir milli kimliyə təsiri sosial strukturların və vətəndaş davranış modellərinin yenilənməsində də özünü göstərir. Qələbə vətəndaşın dövlətə münasibətində məsuliyyət hissini gücləndirir, ictimai həmrəyliyi möhkəmləndirir və milli məqsədlər ətrafında konsolidasiyanı təmin edir. Bu mərhələdə milli kimlik yalnız kollektiv emosiyanın ifadəsi deyil, sosial intizam, hüquqi şüur və ictimai iştirak forması kimi çıxış edir.

Nəzəri baxımdan qalib xalq və müasir milli kimlik arasında qarşılıqlı asılılıq mövcuddur. Qələbə milli kimliyin legitimliyini gücləndirir. Güclənmiş milli kimlik isə nailiyyətlərin davamlı siyasi və sosial nəticələrə çevrilməsini təmin edir. Bu qarşılıqlı dinamika milli kimliyi statik anlayışdan çıxararaq, davamlı inkişaf və özünüyeniləmə potensialına malik ideoloji konstruksiyaya çevirir. Ərazilərin bərpası, sosial-iqtisadi reinteqrasiya və mədəni irsin dirçəldilməsi milli kimliyi yaradıcı və inkişafyönlü məzmunla zənginləşdirir. Bu proses müasir milli kimliyin gələcək nəsillərə ötürülən yalnız tarixi yaddaş deyil, həm də davamlı inkişaf və dövlətçilik məsuliyyəti kimi formalaşmasını təmin edir.

Belə nəticəyə gəlmək olar ki, “qalib xalq” anlayışı Azərbaycan modeli prizmasında müasir milli kimliyin formalaşmasında psixoloji, siyasi və ideoloji baxımdan həlledici rol oynayır. Bu anlayış milli qüruru məsuliyyətlə, tarixi ədaləti hüquqi davranışla, kollektiv özünəinamı isə uzunmüddətli inkişaf strategiyası ilə uzlaşdıran konseptual çərçivə yaradır. Beləliklə, qalib xalq statusu müasir milli kimliyin nəticəsi olmaqla kifayətlənmir, eyni zamanda onun davamlı inkişafını təmin edən əsas ideoloji və praktik resursu kimi çıxış edir. Beləliklə, müasir azərbaycanlı olmaq tarixi yaddaş, milli-mənəvi dəyərlər və dövlətçilik şüurunun sintezini ifadə edir. Bu anlayış yalnız etnik mənsubiyyətlə məhdudlaşmır, siyasi məsuliyyət, hüquqi şüur, milli maraqlara sədaqət və qlobal arenada fəal vətəndaş mövqeyi kimi əsas komponentləri birləşdirir.

Heydər Əliyevin formalaşdırdığı milli ideoloji təməl və İlham Əliyevin onu çağdaş çağırışlara uyğun inkişaf etdirməsi nəticəsində azərbaycanlı kimliyi statik anlayışdan çıxaraq strateji və dinamik milli konsepsiyaya çevrilmişdir. Bu gün azərbaycanlı olmaq güclü dövlətə mənsub olmaqla yanaşı, həm də dövlətin gələcəyini formalaşdıran, onun regional və qlobal mövqeyini gücləndirən aktiv subyekt olmaq deməkdir.

Müasir azərbaycanlı modeli həm milli kimliyin qorunmasını, həm də ölkənin beynəlxalq nüfuzunun artırılmasını, strateji tərəfdaşlıqların yaradılmasını və qlobal proseslərdə fəal iştirakını təmin edir. Bu yanaşma gələcək nəsilləri inkişaf, dövlətçilik məsuliyyəti və yeni uğurlara çağıran ideoloji və praktik çərçivə rolunu oynayır. Məhz bu konseptual çərçivədə Qərbi Azərbaycana qayıdış ideyası müasir azərbaycanlı kimliyinin tarixi-siyasi bütövlüyünü tamamlayan fundamental istiqamət kimi meydana çıxır; bu ideya kollektiv yaddaşın bərpası ilə yanaşı, milli kimliyin zorla qoparılmış tarixi-coğrafi qatının hüquqi, siyasi və diplomatik müstəvidə yenidən milli şüura inteqrasiyasını ifadə edir. Qərbi Azərbaycana qayıdış müasir azərbaycanlı modelində emosional çağırışdan daha çox beynəlxalq hüquqa əsaslanan uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsi kimi dərk olunur və qalib xalq statusu, hüquqi şüur və tarixi məsuliyyət anlayışları ilə uzlaşaraq gələcək nəsillər üçün inkişaf, milli davamlılıq və yeni tarixi nailiyyətlərə yönəlmiş vahid ideoloji xətt formalaşdırır.

Bununla yanaşı, müasir azərbaycanlı kimliyinin inkişafında türk dünyası ilə əlaqələr strateji əhəmiyyət kəsb edir. Azərbaycanlı kimliyi yalnız daxili milli inkişaf çərçivəsində deyil, türk dövlətləri ilə mədəni, siyasi və iqtisadi əməkdaşlıq müstəvisində də özünü təsdiqləyir. Bu əlaqələr türk dünyasının ortaq tarixi kökləri, dil və mədəni irs üzərində qurularaq müasir dövlətçilik və regional liderlik imkanlarını genişləndirir. Türk dövlətləri ilə sıx inteqrasiya azərbaycanlı kimliyinə həm qlobal miqyasda nüfuz, həm də müstəqil dövlətin strateji mövqeyinin gücləndirilməsi imkanını təqdim edir və milli kimliyin yalnız tarixi yaddaşla deyil, eyni zamanda geniş türk məkanda fəal siyasi və mədəni iştirakla da tamamlandığını göstərir. Bu yanaşma gələcək nəsillər üçün həm milli birliyi, həm də türk dünyası ilə ortaq inkişaf perspektivlərini təmin edən ideoloji və praktik çərçivə yaradır. Bütün bu ideoloji, siyasi və mədəni koordinatlar kontekstində formalaşan müasir azərbaycanlı kimliyi gələcək nəsillər üçün möhkəm mənəvi-siyasi dayaqlar yaradır.

Tarixi yaddaşa söykənən, hüquqi şüur və dövlətçilik məsuliyyəti ilə tamamlanan bu kimlik modeli yeni nəsillərdə milli özünüdərkin daha da dərinləşəcəyinə, azərbaycanlı kimliyinin regional və qlobal miqyasda güclənərək davamlı inkişaf xətti üzrə möhkəmlənəcəyinə əsaslı inam formalaşdırır. Bu inam tarixi keçmişin qorunması ilə məhdudlaşmır, həm də milli gələcəyin məqsədyönlü şəkildə qurulmasına xidmət edən strateji dövlətçilik düşüncəsinin nəsildən-nəslə ötürüləcəyini təsdiqləyir.

Sadiq Qurbanov,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Əvvəlki Yazı

“Nar” lotereyasında həyəcan artır – 10-cu avtomobil səni gözləyir

XƏBƏR LENTİ

Qalib xalq və müasir azərbaycanlı kimliyi

Qalib xalq və müasir azərbaycanlı kimliyi

06 Yanvar 2026 / 16:08
7
“Nar” lotereyasında həyəcan artır – 10-cu avtomobil səni gözləyir

“Nar” lotereyasında həyəcan artır – 10-cu avtomobil səni gözləyir

30 Dekabr 2025 / 9:42
4
Respublika Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov – 95” adlı elektron baza yaradılıb

Respublika Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov – 95” adlı elektron baza yaradılıb

29 Dekabr 2025 / 19:25
26
Prezident Kitabxanasında Mirzə Qədim İrəvani yaradıcılığı müzakirə olunub – FOTO

Prezident Kitabxanasında Mirzə Qədim İrəvani yaradıcılığı müzakirə olunub – FOTO

28 Dekabr 2025 / 17:37
44
Lotereyanın şanslı qalibi “Zeekr 001”-in açarını təhvil aldı!

Lotereyanın şanslı qalibi “Zeekr 001”-in açarını təhvil aldı!

26 Dekabr 2025 / 16:36
6
Rəşad Nuri Güntəkinin “Dəyirman” romanı yenidən nəşr olundu – FOTO

Vaqif Sultanlının “İnsan dənizi” romanı yenidən yayınlandı – FOTO

25 Dekabr 2025 / 21:58
4
“Qələmin səsi, Qəlbin nəğməsi Bəxtiyar Vahabzadə – 100” adlı veblioqrafiya virtual istifadəçilərə təqdim edilib

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb

25 Dekabr 2025 / 13:31
39
Gənclər Kitabxanasında akademik Nailə Vəlixanlının 85 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb

Gənclər Kitabxanasında akademik Nailə Vəlixanlının 85 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb

25 Dekabr 2025 / 13:23
33
Qalib dövlətin lideri: İlham Əliyev və Azərbaycanın gələcək strategiyası

Qalib dövlətin lideri: İlham Əliyev və Azərbaycanın gələcək strategiyası

24 Dekabr 2025 / 20:46
26
Respublika Gənclər Kitabxanasında “Xalq yazıçısı Yusif Səmədoğlu – 90” adlı elektron məlumat bazası yaradılıb

Respublika Gənclər Kitabxanasında “Xalq yazıçısı Yusif Səmədoğlu – 90” adlı elektron məlumat bazası yaradılıb

24 Dekabr 2025 / 18:37
45
Respublika Uşaq Kitabxanasının 60 illik yubileyi qeyd olunub-Fotolar

Respublika Uşaq Kitabxanasının 60 illik yubileyi qeyd olunub-Fotolar

24 Dekabr 2025 / 18:30
26
Prezident İlham Əliyev İƏT-in Xankəndi Zirvə görüşündən sosial şəbəkədə paylaşım edib – VİDEO

Tarix yazan LİDER

24 Dekabr 2025 / 10:18
34
Bakcell-in innovasiya tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutub

Bakcell-in innovasiya tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutub

23 Dekabr 2025 / 16:24
9
“Nar” və “Netty” ilin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdılar

“Nar” və “Netty” ilin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdılar

23 Dekabr 2025 / 16:11
4
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır

Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır

22 Dekabr 2025 / 17:23
5
Respublika Gənclər Kitabxanasında profesor Mahirə Hüseynovanın 65 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb

Respublika Gənclər Kitabxanasında profesor Mahirə Hüseynovanın 65 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb

19 Dekabr 2025 / 22:16
39
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!

Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!

19 Dekabr 2025 / 17:15
5
“Qardaşlığımız Əbədidir” – Azərbaycan  və KKTC-ni birləşdirən rənglər

“Qardaşlığımız Əbədidir” – Azərbaycan və KKTC-ni birləşdirən rənglər

18 Dekabr 2025 / 19:41
159
“Nar” lotereyasında böyük finala az qaldı – “Li L9 Ultra” avtomobili səni gözləyir

“Nar” lotereyasında böyük finala az qaldı – “Li L9 Ultra” avtomobili səni gözləyir

18 Dekabr 2025 / 15:39
6
QHT Koalisiyasının təşəbbüsü ilə səhiyyə müəssisələrində insan alveri qurbanlarının erkən aşkarlanması gündəmə gətirilib

QHT Koalisiyasının təşəbbüsü ilə səhiyyə müəssisələrində insan alveri qurbanlarının erkən aşkarlanması gündəmə gətirilib

18 Dekabr 2025 / 13:07
8
“Bakcell” “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu

“Bakcell” “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu

17 Dekabr 2025 / 18:53
8
Respublika Gənclər Kitabxanasında “Osman Sarıvəlli – 120” adlı biblioqrafik vəsait istifadəçilərə təqdim edilib

Respublika Gənclər Kitabxanasında “Osman Sarıvəlli – 120” adlı biblioqrafik vəsait istifadəçilərə təqdim edilib

16 Dekabr 2025 / 18:24
33
“Nar” Gəncə şəhərində növbəti regional mağazasını təqdim etdi!

“Nar” Gəncə şəhərində növbəti regional mağazasını təqdim etdi!

16 Dekabr 2025 / 17:18
6
Ermənistana  qarşı ərazi iddiasında deyilik,  amma o torpaqlar bizi istəyir – Deputat

Ermənistana qarşı ərazi iddiasında deyilik, amma o torpaqlar bizi istəyir – Deputat

16 Dekabr 2025 / 17:04
10
“Bakcell” texnoblogerlər üçün “Media Tech” təlimini həyata keçirdi

“Bakcell” texnoblogerlər üçün “Media Tech” təlimini həyata keçirdi

16 Dekabr 2025 / 16:21
8
Kosmik hüquq və təhlükəsizlik: Azərbaycan qlobal səhnədə məsuliyyətli aktor kimi çıxış edir

Kosmik hüquq və təhlükəsizlik: Azərbaycan qlobal səhnədə məsuliyyətli aktor kimi çıxış edir

16 Dekabr 2025 / 12:29
51
Şans paketi əldə et və Bakcell-dən “Porsche Cayenne” qazan!

Şans paketi əldə et və Bakcell-dən “Porsche Cayenne” qazan!

15 Dekabr 2025 / 18:25
7
“ÖNCƏ VƏTƏN” layihəsində: Mən ŞƏHİD olacağam, ana… – FOTOLAR

“ÖNCƏ VƏTƏN” layihəsində: Mən ŞƏHİD olacağam, ana… – FOTOLAR

15 Dekabr 2025 / 11:20
52
Respublika Gənclər Kitabxanasında Dünya Türk Dili Ailəsi Günü münasibətilə virtual kitab sərgisi hazırlanıb

Respublika Gənclər Kitabxanasında Dünya Türk Dili Ailəsi Günü münasibətilə virtual kitab sərgisi hazırlanıb

15 Dekabr 2025 / 11:12
34
Respublika Gənclər Kitabxanasında Xalq artisti Rəşid Behbudovun xatirəsi anılıb

Respublika Gənclər Kitabxanasında Xalq artisti Rəşid Behbudovun xatirəsi anılıb

15 Dekabr 2025 / 11:10
29
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.