Bu il Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti, professor Tofiq bakıxanovun 95 illik yubileyi tamam olur.
Avropa.info xəbər verir ki, bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Xalq artisti Tofiq Bakıxanov – 95” adlı elektron baza yaradılıb.
Elektron bazada bəstəkarın həyat və fəaliyyəti haqqında məlumat, bir sıra görkəmli şəxslərin onun haqqında söylədiyi dəyərli fikirlər, rəsmi sənədlərin tam mətni yer alır.
Həmçinin görkəmli bəstəkarın layiq görüldüyü orden, mükafat və fəxri adlarla yanaşı, müəllifi olduğu əsərlərin Azərbaycan və rus dilində siyahısı da təqdim edilir. Bazada “Tofiq Bakıxanovun həyat amalı” və “Xan nəslinin sənətkar səsi: Tofiq Bakıxanov-95” kimi məqalələrin tam mətni ilə yanaşı, müəllifi olduğu, redaktə və tərtib etdiyi, “Ön söz” yazdığı və onun haqqında qələmə alınan kitab və məqalələrin siyahısı da yer alır.
Kitabxana əməkdaşlarının hazırladığı elektron bazada “İzomateriallar”, “Filmoqrafiya”, “Foto və video qalereya” kimi bölmələr də sərgilənib.
Elektron baza ilə kitabxananın rəsmi saytında https://ryl.az/melumat-bazalari/Tofiq_Bakixanov_el_melumat_bazasi/index.html tanış olmaq mümkündür.






























