Uşaq Hüquqları Günü münasibətilə maarifləndirici tədbirlər keçirilib
20 noyabr 2025 –ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları tərəfindən Ümumdünya Uşaq Hüquqları Günü münasibətilə maarifləndirici tədbirlər həyata keçirilib.
Avropa.info xəbər verir ki, İlk olaraq, 188 nömrəli məktəbin şagirdləri kitabxanaya ekskursiya ediblər. Ekskursiya zamanı uşaqlara Ümumdünya Uşaq Hüquqları Günü haqqında geniş məlumat verilib, onların hüquqlarının qorunması və düzgün şəkildə dərk edilməsi ilə bağlı kitabların icmalı keçirilib. Şagirdlərlə mövzu ilə bağlı müzakirələr aparılıb. Onlar öz fikirlərini bölüşüb, maraqlı suallar verərək fəal iştirak ediblər.
Eyni zamanda kitabxananın əməkdaşları Eduprime Akademiya uşaq bağçasında 3–4 yaşlı uşaqlar üçün nağıl saatı təşkil ediblər. Tədbirdə 3D kitablar və səsli kitablar səsləndirilib, balacaların yaşına uyğun maarifləndirici nağıllar təqdim olunub. Uşaqlar üçün həm əyləncəli, həm də öyrədici bir mühit yaradılıb və onlar gün ərzində xoş anlar yaşayıblar.
Keçirilən tədbirlər uşaqlara Uşaq Hüquqları Günü haqqında biliklərin aşılanması və maariflənmələrinə töhfə verməklə yanaşı, kitabxana ilə məktəbəqədər müəssisələr arasında əməkdaşlığın daha da güclənməsinə imkan yaratmaqdır.































