19 sentyabr 2025-ci il tarixində F, Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Azərbaycanın tarixi Qələbəsinin 5 illik yubileyinə həsr olunmuş “Zəfər və Qürur Yolunun Tarixi” adlı Elektron Məlumat Bazasının təqdimatı keçirilib. Tədbir Bakı Dövlət Universitetinin “Zəfər Tarixi” lektoriyasında İnformasiya və sənəd menecmenti fakültəsinin professor-müəllim heyəti və tələbələrinin iştirakı ilə baş tutub.
Avropa.info xəbər verir ki,tədbir Vətən müharibəsi şəhidlərinin müqəddəs xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Ardınca fakültə dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlı, dosent Nadir İsmayılov, dosent Knyaz Aslan, eləcə də fakültənin gənc tədqiqatçıları çıxış edərək layihənin həm elmi, həm də mənəvi baxımdan əhəmiyyətini vurğulayıblar.
Natiqlər 44 günlük Vətən müharibəsinin əsas mərhələləri, Azərbaycan Ordusunun qəhrəmanlıq dolu əməliyyatları, işğaldan azad edilən şəhər, qəsəbə və kəndlər barədə ətraflı məlumat veriblər. Təqdimat çərçivəsində kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Zəfər və Qürur Yolunun Tarixi” elektron məlumat bazası haqqında geniş təqdimat nümayiş etdirilib. Məlumat bazası 10 əsas bölməni əhatə edir:
Təqdimat zamanı 44 günlük Vətən müharibəsinin gedişi, Azərbaycanın rəşadətli Ordusunun qazandığı tarixi Qələbə və azad edilən şəhər, qəsəbə və kəndlər barədə məlumatlar diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan Ordusunun 2020-ci ildə apardığı qəhrəmanlıq dolu əməliyyatlar nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad olunub. Müzəffər ordumuzun qəhrəmanlığı və Ali Baş Komandan cənab ilham Əlivevin uzaqgörənliyi, güclü siyasəti nəticəsində 44 gün davam edən Vətən müharibəsi 10 noyabr 2020-ci il tarixinda Ermənistanın məğlubiyyəti ilə başa çatdı və bu Azərbaycanın şanlı Zəfəri ilə nəticələndi.
Kitabxananın əməkdaşları tərəfindən hazırlanan elektron məlumat bazası 10 bölmədən ibarətdir. “Ana səhifə”, “Rəsmi sənədlər”, “İşğaldan azad olunmuş torpaqlarımız”, “44 günlük Vətən müharibəsində həlak olmuş şəhidlərimiz”, “Kitablar”, “Məqalələr”, “Əbədi yaddaş”, “Vətən müharibəsi iştirakçılarına təsis edilmiş orden və medallar”, həmçinin foto və videoqalerya yer alır. Məlumat bazasının əsas məqsədi Zəfər tarixinin faktlar, sənədlər, foto və video materiallar vasitəsilə gənc nəslə düzgün şəkildə çatdırılması, eləcə də müasir informasiya resurslarından istifadə imkanlarının artırılmasıdır. Tədbirin sonunda iştirakçılar məlumat bazasının gənclərdə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynadığını bildirərək layihənin dəyərini yüksək qiymətləndiriblər.































