23 - 12 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Mədəniyyət

“Zəfər sənə yaraşır, Azərbaycan!” adlı rəsm sərgisi Zəfər Gününə həsr olunaraq keçirilib

Noyabr 8, 2025
Mədəniyyət
A A

Gəncliyə Yardım Fondu, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə 8 Noyabr Zəfər Gününə həsr olunmuş “Zəfər sənə yaraşır, Azərbaycan!” adlı rəsm sərgisi Gəncliyə Yardım Fondunun H. Z. Tağıyev adına konfrans zalında keçirilib. Layihənin rəhbəri Aygün Əzizovadır.

Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşının səsləndirilməsi ilə başlayıb. Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Beynəlxalq Qalereyanın rəhbəri Elnurə İsgəndərova çıxışında 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin 5 illiyinin böyük qürurla qeyd edildiyini bildirib. O, Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun şücaəti sayəsində torpaqların işğaldan azad edildiyini qeyd edib. İsgəndərova azad edilmiş bölgələrdə həyata keçirilən bərpa və yenidənqurma işlərinin Azərbaycanın güc və iradəsinin göstəricisi olduğunu vurğulayıb. Şəhidlərin fədakarlığının heç zaman unudulmayacağını diqqətə çatdırıb.

Gəncliyə Yardım Fondunun rəhbəri Ahmet Tecim çıxışında şəhidliyin ən ali zirvə olduğunu bildirib. O, bu gün ölkədə təhlükəsiz və rahat həyatın, torpaqların azad edilməsinin Prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində mümkün olduğunu deyib. “Dəmir Yumruq” əməliyyatının Azərbaycan Ordusunun gücünü və türk insanının cəsarətini göstərdiyini vurğulayan Ahmet Tecim şəhidlərə rəhmət, qazilərə şəfa, şəhid ailələrinə səbr diləyib.

Sərgidə RM ART Studionun rəhbəri, Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi Rəsmiyyə Mahmudova, Şuşa Musiqili Dram Teatrının quruluşçu rəssamı və FA ART Studionun rəhbəri Fatma Əliyeva, RF ART Studionun rəhbəri Fidan Rüstəmzadə, İnci Akademiyasının rəhbəri İnci Məstəliyeva, Lider Tədris Mərkəzinin rəhbəri Ülviyyə İskəndərova, Şatu Sənət Evinin rəhbəri Turan İlham və tələbələri, rəssamlar Nərminə Uluxanova, Leyla Orucova, Firdovsi Hacıyev, Nurəddin Məmmədov, Aygün Qürbətova, Nərgiz Verdiyeva, Səadət Nərmin Hacıyeva, Hüseynli Pərvanə, ADPU-nun müəllimi və rəssam Səmayə Rzayeva, “Gənc İstedadlar” liseyinin təsviri incəsənət müəllimi Təranə Əhmədova iştirak ediblər.

Bədii hissədə Lider rəqs qrupunun “Şuşanın dağları” və “Gözün aydın, Qarabağ” rəqsləri təqdim olunub. Balaca istedadlı ifaçılar Məsumə Nəcəfzadə “Ey Vətən”, Sevgi Seyfullayeva isə “Qarabağ Azərbaycandır” mahnıları ilə çıxış ediblər.

Tədbirin sonunda iştirakçılara diplomlar təqdim olunub, xatirə fotoları çəkilib.

Aygün Oqtay
Fotolar Ayazındır

Əvvəlki Yazı

Şuşanın azad olunmasından beş il ötür

Növbəti Yazı

“Nar” zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd etdi – Fotolar

XƏBƏR LENTİ

Bakcell-in innovasiya tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutub

Bakcell-in innovasiya tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutub

23 Dekabr 2025 / 16:24
3
“Nar” və “Netty” ilin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdılar

“Nar” və “Netty” ilin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdılar

23 Dekabr 2025 / 16:11
3
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır

Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır

22 Dekabr 2025 / 17:23
5
Respublika Gənclər Kitabxanasında profesor Mahirə Hüseynovanın 65 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb

Respublika Gənclər Kitabxanasında profesor Mahirə Hüseynovanın 65 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb

19 Dekabr 2025 / 22:16
37
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!

Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!

19 Dekabr 2025 / 17:15
5
“Qardaşlığımız Əbədidir” – Azərbaycan  və KKTC-ni birləşdirən rənglər

“Qardaşlığımız Əbədidir” – Azərbaycan və KKTC-ni birləşdirən rənglər

18 Dekabr 2025 / 19:41
154
“Nar” lotereyasında böyük finala az qaldı – “Li L9 Ultra” avtomobili səni gözləyir

“Nar” lotereyasında böyük finala az qaldı – “Li L9 Ultra” avtomobili səni gözləyir

18 Dekabr 2025 / 15:39
6
QHT Koalisiyasının təşəbbüsü ilə səhiyyə müəssisələrində insan alveri qurbanlarının erkən aşkarlanması gündəmə gətirilib

QHT Koalisiyasının təşəbbüsü ilə səhiyyə müəssisələrində insan alveri qurbanlarının erkən aşkarlanması gündəmə gətirilib

18 Dekabr 2025 / 13:07
5
“Bakcell” “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu

“Bakcell” “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu

17 Dekabr 2025 / 18:53
8
Respublika Gənclər Kitabxanasında “Osman Sarıvəlli – 120” adlı biblioqrafik vəsait istifadəçilərə təqdim edilib

Respublika Gənclər Kitabxanasında “Osman Sarıvəlli – 120” adlı biblioqrafik vəsait istifadəçilərə təqdim edilib

16 Dekabr 2025 / 18:24
33
“Nar” Gəncə şəhərində növbəti regional mağazasını təqdim etdi!

“Nar” Gəncə şəhərində növbəti regional mağazasını təqdim etdi!

16 Dekabr 2025 / 17:18
6
Ermənistana  qarşı ərazi iddiasında deyilik,  amma o torpaqlar bizi istəyir – Deputat

Ermənistana qarşı ərazi iddiasında deyilik, amma o torpaqlar bizi istəyir – Deputat

16 Dekabr 2025 / 17:04
10
“Bakcell” texnoblogerlər üçün “Media Tech” təlimini həyata keçirdi

“Bakcell” texnoblogerlər üçün “Media Tech” təlimini həyata keçirdi

16 Dekabr 2025 / 16:21
7
Kosmik hüquq və təhlükəsizlik: Azərbaycan qlobal səhnədə məsuliyyətli aktor kimi çıxış edir

Kosmik hüquq və təhlükəsizlik: Azərbaycan qlobal səhnədə məsuliyyətli aktor kimi çıxış edir

16 Dekabr 2025 / 12:29
50
Şans paketi əldə et və Bakcell-dən “Porsche Cayenne” qazan!

Şans paketi əldə et və Bakcell-dən “Porsche Cayenne” qazan!

15 Dekabr 2025 / 18:25
6
“ÖNCƏ VƏTƏN” layihəsində: Mən ŞƏHİD olacağam, ana… – FOTOLAR

“ÖNCƏ VƏTƏN” layihəsində: Mən ŞƏHİD olacağam, ana… – FOTOLAR

15 Dekabr 2025 / 11:20
52
Respublika Gənclər Kitabxanasında Dünya Türk Dili Ailəsi Günü münasibətilə virtual kitab sərgisi hazırlanıb

Respublika Gənclər Kitabxanasında Dünya Türk Dili Ailəsi Günü münasibətilə virtual kitab sərgisi hazırlanıb

15 Dekabr 2025 / 11:12
33
Respublika Gənclər Kitabxanasında Xalq artisti Rəşid Behbudovun xatirəsi anılıb

Respublika Gənclər Kitabxanasında Xalq artisti Rəşid Behbudovun xatirəsi anılıb

15 Dekabr 2025 / 11:10
29
Onun bizə miras qoyduğu idealları yaşatmağı özümüzə şərəf bilirik – Deputat

Onun bizə miras qoyduğu idealları yaşatmağı özümüzə şərəf bilirik – Deputat

13 Dekabr 2025 / 18:28
11
Müasir Azərbaycan dövlətçiliyinin uğurlarının banisi

Respublika Gənclər Kitabxanasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən silsilə materiallar hazırlanıb

12 Dekabr 2025 / 20:07
47
Müasir Azərbaycan dövlətçiliyinin uğurlarının banisi

Müasir Azərbaycan dövlətçiliyinin uğurlarının banisi

12 Dekabr 2025 / 10:58
6
Azərbaycan xalginin taleyində həlledici rol oynamis əlamətdar günlər məhz Heydər Əliyevin adi ilə baglidir

Xilaskarlıq missiyası və dövlətçilik ideyalarının möhkəmləndirilməsi

12 Dekabr 2025 / 10:53
19
“Nar”ın “Çoox Şanslı” lotereyasında 7-ci avtomobil uduldu

“Nar”ın “Çoox Şanslı” lotereyasında 7-ci avtomobil uduldu

11 Dekabr 2025 / 17:12
8
Respublika Gənclər Kitabxanasında Zemfira Məhərrəmlinin yubileyi münasibətilə elektron məlumat baza hazırlanıb

Respublika Gənclər Kitabxanasında Zemfira Məhərrəmlinin yubileyi münasibətilə elektron məlumat baza hazırlanıb

11 Dekabr 2025 / 16:01
25
Paşinyanın təyyarəsinə Moskva hava limanında enişinə icazə verilmədi

Paşinyanın təyyarəsinə Moskva hava limanında enişinə icazə verilmədi

11 Dekabr 2025 / 12:01
7
“Bakcell” lotereyasının final sürprizi – “Porsche Cayenne” qalibi ola bilərsən!

“Bakcell” lotereyasının final sürprizi – “Porsche Cayenne” qalibi ola bilərsən!

11 Dekabr 2025 / 11:55
9
Gənclər Kitabxanasında Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

Gənclər Kitabxanasında Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb

10 Dekabr 2025 / 12:28
32
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir

Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir

09 Dekabr 2025 / 13:51
11
“Qış Nağılı” sərgisi: Həmrəyliyin və sənətin vəhdəti

“Qış Nağılı” sərgisi: Həmrəyliyin və sənətin vəhdəti

09 Dekabr 2025 / 12:00
11
“Nar”ın “Çoox Şanslı” lotereyasında 6-cı avtomobil sahibini tapdı

“Nar”ın “Çoox Şanslı” lotereyasında 6-cı avtomobil sahibini tapdı

08 Dekabr 2025 / 13:43
5
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.