13:56
Son günlər medianın əsas gündəmi Ramiz Mehdiyevin cinayət işi və onun ətrafında baş verən hadisələrdir.
Dünən media Ramiz Mehdiyevlə əlaqəli olan daha iki şəxsin adını açıqladı. Söhbət AXCP sədri Əli Kərimli və müxalifət düşərgəsində yer alan keçmiş deputat Gültəkin Hacıbəylidən gedir.
Oxu24.com-un özəl mənbədən əldə etdiyi məlumata görə, Ramiz Mehdiyev ətrafında baş verən hadisələrdən sonra Gültəkin Hacıbəyli ölkədən qaçıb. Mənbənin verdiyi məlumata görə, o, Türkiyəyə gedib. O, da qeyd olunub ki, Gültəkin Hacıbəyli Ramiz Mehdiyevin həbsi xəbəri yayılarkən,gecə ilə tələm-tələsik Bakını tərk edib.
***
Milli Şuranın üzvü Gültəkin Hacıbəyli ölkədən qaçması ilə bağlı mediada yayılan xəbərləri təkzib edib.
Avropa.info xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
Xatırladaq ki, bundan öncə Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevlə işbirliyinin ortaya çıxması səbəbindən ölkədən qaçdığı haqda məlumat yayılmışdı.
 
			 
                                
 
                                 
                                




























