02 - 02 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Təhsil

“Ümumi dilçilik mühazirələri” tələbələrin ixtiyarına verilir

Sentyabr 16, 2025
Təhsil
A A

Dil haqqında elm – ümumi dilçilik – çoxəsrlik yol keçmiş, bu yolboyu böyük məktəblər və görkəmli alimlər öz izlərini qoymuşdur: Qədim Mesopotamiya və Misirdə yazı ilə bağlı ilkin təsəvvürlər, Çində nitqin fəlsəfi mahiyyəti barədə düşüncələr, Paninidən başlayan hind qrammatika ənənəsi, Qədim Yunanıstanda fəlsəfə və ritorika müzakirələri, orta əsrlər ərəb-müsəlman-türk dilçiliyi, Por-Royal rasionalizmi, Avropada müqayisəli-tarixi metodun doğuluşu, Humboldtun dil fəlsəfəsi, Sössürün struktur konsepsiyası, XX əsrin strukturalizm məktəbləri, N.Xomskinin generativ nəzəriyyəsi və nəhayət, müasir multidisiplinar yanaşmalar… Hər biri dil adlı sirli kainatın müxtəlif qatlarını işıqlandırmışdır.

Bu işıq dalğaları yalnız nəzəriyyədə qalmamış, monoqrafiyalarda, dərsliklərdə, müntəxəbatlarda sistemləşdirilmişdir. Dilçilik laboratoriyalarda deyil, həm də auditoriyalarda – müəllimin səsində, lövhədəki izahda, tələbə qeydlərində yaşamışdır. Hər yeni kitab, hər yeni kurs minillik elmi yaddaşın bugünkü nəfəsi olmuşdur.

Azərbaycanda da bu ümumbəşəri ənənənin davamı formalaşmışdır. B.Çobanzadədən başlayaraq N.Məmmədov, A.Qurbanov, A.Axundov, A.Babayev, Z.Verdiyeva, F.Ağayeva, M.Adilov, Ə.Rəcəbli, N.Cəfərov və başqalarının dərslikləri bu yolun Azərbaycan dilçiliyindəki ifadəsidir. Onlar həm dünya nəzəriyyələrinin sistemli təqdimatını, həm də milli elmi düşüncəmizi zənginləşdirmişdir. Bu gün həmin ənənəni gənc tədqiqatçı Qismət Cəfərov davam etdirir: onun “Ümumi dilçilik mühazirələri” tələbələrin ixtiyarına verilir. Müəllif bundan əvvəl də “Ümumi dilçilik müntəxəbatı”, “Ümumi dilçilik etüdləri”, “Ümumi dilçilik oçerkləri” (şərikli) kitablarını yazmışdır.

Bu fikirlər filologiya elmləri doktoru professor İlham Tahirovun “Dilçiliyimizin sabahına gənc nəfəs” yazısında yer alıb. AZƏRTAC yazını təqdim edir.

Adətən belə dərslikləri təcrübəli və daha yaşlı alimlər yazır. Lakin bəzən elm üçün gərəkli olan yeni nəfəs məhz gəncliyin cəsarətində tapılır. Qismət Cəfərovun təşəbbüsü də göstərir ki, Azərbaycan dilçilik elminin sabahı üçün ümidverici qüvvələr yetişməkdədir. Onun sözügedən mühazirələr kitabı, əslində, qədimdən gələn elmi dalğaların Azərbaycan auditoriyasındakı yeni əks-sədası sayıla bilər. Bu da göstərir ki, dilçilik təkcə elm deyil, həm də ənənədir; təkcə nəzəriyyə deyil, həm də nəsildən-nəslə ötürülən mənəvi mirasdır.

“Ümumi dilçilik mühazirələri” müəllifin həm elmi araşdırmalarına, həm də BDU-da apardığı mühazirələrə əsaslanır. Kitabın strukturu ardıcıllığı ilə seçilir: dilçiliyin predmeti, tarixi, metodları, dilin mahiyyəti, ekstralinqvistika, interdisiplinar yanaşmalar – hamısı bir-birini tamamlayan zəncirin halqalarıdır. Kitab müəllifi tələbəyə yalnız faktları təqdim etmir, müqayisə etməyə, nəticə çıxarmağa da yönləndirir.

Kitabın girişində müəllif deyir: “Dilçiliyin, yəni dil haqqındakı elmin üstünlüyü odur ki, o, öz baxışlarını tənzimləyə bilir; hətta yanlış nəzəriyyələr müəyyən bir dövrdən sonra maraqlı nəticələr verə, redaktə oluna bilir. Bu mənada dilçilikdə tam səhv nəzəriyyə yoxdur”. Bu fikir yalnız elmi tezis deyil, həm də gənc bir tədqiqatçının nəzəriyyələrin dialoquna verdiyi dəyərin göstəricisidir.

Müəllifin izahında dilçilik tarixi sadəcə faktların xronologiyası kimi yox, poetik-metaforik bir yol kimi təqdim olunur: qədimdən gələn işıqlar birləşərək müasir dilçiliyin bilik səmasında yeni şəfəq yaradır. Burada Panini qrammatikası ilə Xomskinin generativ nəzəriyyəsi arasında qurulan əlaqə də diqqətəlayiqdir – gənc müəllif yalnız tarixi ardıcıllığı izləmək deyil, müasir nəzəriyyələrin köklərini göstərmək istəyir.

Əsərin güclü cəhətlərindən biri mürəkkəb nəzəriyyələrin sadə, aydın və bəzən poetik izahıdır. Məsələn, Sössürün “dil və nitq” konsepsiyası belə şərh olunur: “Nitq fəaliyyəti, əslində, dil + nitq deməkdir. Dil ona görə lazımdır ki, nitq anlaşılan olsun, nitq isə ona görə lazımdır ki, dil təşəkkül tapsın”. Bu izah mürəkkəb nəzəriyyəni bədii bir metaforaya çevirir.

Kitabda ənənə ilə yeniliyin dialoqu aydın görünür. Yuxarıda adları çəkilmiş Azərbaycan dilçilərinin ümumi dilçiliyə aid dərslikləri dilçiliyimizin bu sahəsinin elmi təməlini təşkil edir. Qismət Cəfərovun kitabı (və adlarını çəkdiyimiz digər tədqiqatları) isə bu təməl üzərinə qoyulmuş yeni daş, gənc bir filoloqun elmi mozaikaya əlavə etdiyi yeni rəngdir. Klassik dərsliklər əsasən sistemi bütöv təqdim edirdisə, Qismət Cəfərovun işində müəllifin şəxsi müşahidə və təhlilləri də öz yerini tutur. Bu isə dərsliyi təkcə tədris vəsaiti deyil, həm də müasir dilçilik tədqiqatlarına töhfə kimi dəyərləndirməyə imkan verir. “Ümumi dilçilik mühazirələri” həm də elmi tədqiqatlar yolunun başlanğıcında olan bir gənc filoloqun öz səsini eşitdirmək cəhdi də sayıla bilər. Və bu səs, zənnimizcə, artıq eşidilməkdədir – həm tələbə auditoriyasında, həm də ümumən Azərbaycan elmi mühitində.

Əsərin dili canlı, üslubu səmimidir. İzahlar həm akademik, həm də maarifləndiriçi səciyyəsi ilə seçilir. Müəllifin təhkiyə dilinin diqqətçəkici cəhətlərindən biri tələbələrlə birbaşa ünsiyyət və müraciət formalarından istifadə etməsidir: “əziz tələbələr”, “tələbə dostlar”, “İndi sizə elə bir məktəb haqqında danışacağam ki…”, “Bir az da Sössürün müqayisələrindən danışaq”. Bu cür müəllif təhkiyəsi oxucunu passiv müşahidəçidən fəal iştirakçıya çevirir. Bu xüsusiyyət kitabı həm tələbə üçün “dərs otağında işıq”, həm də elmi ictimaiyyət üçün “gənc bir nəfəsin sorağı”na çevirir.

Əminliklə demək olar ki, Qismət Cəfərovun bu əsəri Azərbaycan dilçilik elminin davamlı inkişafına verilən dəyərli töhfədir. Kitab həm müəllifin gələcək fəaliyyətinə stimul olacaq, həm də tələbələr üçün mürəkkəb elmi yolları asanlaşdıran bələdçi rolunu oynayacaq.

Gənc bir filoloqun açdığı bu cığırın sonunda geniş elmi üfüqlər boylanır; o üfüqə doğru atılan hər addım isə günbəgün daha da möhkəmlənir

Əvvəlki Yazı

Təyyarədə çirkli corablara bənzəyən qəribə qoxu: Fəlakət bundan sonra oldu

Növbəti Yazı

Netanyahunun bəyanatına SƏRT REAKSİYA: “İsrail bölgədə ən böyük terrorçu dövlətdir”

XƏBƏR LENTİ

“Zal qızı Zalxa” tamaşasının premyerası alqışlarla qarşılandı – FOTOLAR

“Zal qızı Zalxa” tamaşasının premyerası alqışlarla qarşılandı – FOTOLAR

01 Fevral 2026 / 17:04
13
Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

01 Fevral 2026 / 16:54
20
Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

30 Yanvar 2026 / 18:44
4
Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

30 Yanvar 2026 / 18:26
4
İranın təhdid ritorikası: Azərbaycan niyə ön plandadır? – ŞƏRH

İranın təhdid ritorikası: Azərbaycan niyə ön plandadır? – ŞƏRH

30 Yanvar 2026 / 18:23
6
Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat alacaq

Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat alacaq

30 Yanvar 2026 / 17:46
5
Prezident səfiri geri çağırdı – FOTO

Prezident sərəncam imzaladı – Bu gənclər mükafatlandırıldı – ADLAR

30 Yanvar 2026 / 16:29
4
Azərbaycan dünyada idman ölkəsi kimi tanınmaqdadır

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqləndi

30 Yanvar 2026 / 16:26
3
“Qarabağ”ın rəqibi müəyyənləşdi

“Qarabağ”ın rəqibi müəyyənləşdi

30 Yanvar 2026 / 15:25
3
Onlara pulsuz mənzil veriləcək – Sadəcə bu sənədlər lazımdır

Bu il Bakıda mənzillərin qiyməti bahalaşacaq? – AÇIQLAMA

30 Yanvar 2026 / 15:12
4
“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

30 Yanvar 2026 / 14:16
4
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

30 Yanvar 2026 / 14:04
6
Nəsimi Nəbizadənin qaçdığı Reabilitasiya Mərkəzinin rəhbəri TUTULDU – YENİLƏNİB

Nəsimi Nəbizadənin qaçdığı Reabilitasiya Mərkəzinin rəhbəri TUTULDU – YENİLƏNİB

30 Yanvar 2026 / 12:55
1
Konstitusiya Məhkəməsi pensiya stajı ilə bağlı QƏRAR VERDİ

Konstitusiya Məhkəməsi pensiya stajı ilə bağlı QƏRAR VERDİ

30 Yanvar 2026 / 11:58
4
Kitab Bağışlama Günü münasibətilə “Bir kitapb, bir sevgi” adlı kitab bağışlama aksiyasına start verilir

Kitab Bağışlama Günü münasibətilə “Bir kitapb, bir sevgi” adlı kitab bağışlama aksiyasına start verilir

28 Yanvar 2026 / 14:51
39
Qubadlı rayonunun icra başçısının ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi – FOTOLAR

Qubadlı rayonunun icra başçısının ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi – FOTOLAR

27 Yanvar 2026 / 19:31
9
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!

Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!

27 Yanvar 2026 / 19:21
6
“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

26 Yanvar 2026 / 17:39
4
“Yeni Üfüq”: gənclər üçün bərabər imkanlar və dayanıqlı gələcək

“Yeni Üfüq”: gənclər üçün bərabər imkanlar və dayanıqlı gələcək

24 Yanvar 2026 / 14:17
49
“Qanla Yazılan Tarix: 20 Yanvar”

“Qanla Yazılan Tarix: 20 Yanvar”

17 Yanvar 2026 / 20:51
43
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

16 Yanvar 2026 / 19:11
9
Ehtiram Mehtiyev: “Prezident İlham Əliyev bu müzakirələrdə qalib lider, regional təhlükəsizliyin təminatçısıdir”

Vaxt gələcək Ermənistan hökuməti Azərbaycan xalqından üzr istəyəcək – Ehtiram Mehtiyev

16 Yanvar 2026 / 16:57
144
Təhsil, yaddaş və şəxsiyyət: Fazil Abasquluzadə nümunəsində Şurnuxu məktəbi

Təhsil, yaddaş və şəxsiyyət: Fazil Abasquluzadə nümunəsində Şurnuxu məktəbi

16 Yanvar 2026 / 16:00
55
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib – FOTO

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib – FOTO

15 Yanvar 2026 / 20:15
8
Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

13 Yanvar 2026 / 21:06
12
“Uğurlarımızla 2026-ya” Mükafatları təqdim edildi

“Uğurlarımızla 2026-ya” Mükafatları təqdim edildi

13 Yanvar 2026 / 20:38
42
Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib- Fotolar

Kitab və oxu mövzusunda maarifləndirici görüş keçirilib- Fotolar

12 Yanvar 2026 / 22:36
35
Bütöv Azərbaycan Ocaqları İrandakı etirazlarla bağlı müraciət yaydı

Bütöv Azərbaycan Ocaqları “İranda xalq üsyanı və Güney Azərbaycan” mövzusunda dəyirmi masa keçirib

11 Yanvar 2026 / 20:37
38
Bütöv Azərbaycan Ocaqları İrandakı etirazlarla bağlı müraciət yaydı

Bütöv Azərbaycan Ocaqları İrandakı etirazlarla bağlı müraciət yaydı

08 Yanvar 2026 / 17:22
34
Qalib xalq və müasir azərbaycanlı kimliyi

Qalib xalq və müasir azərbaycanlı kimliyi

06 Yanvar 2026 / 16:08
9
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.