Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba prezident Volodimir Zelenskinin diplomatik işçilərin ölkədən çıxışını qadağan edən fərmanından sonra Ukraynadan qaçmaq məcburiyyətində qaldığını açıqlayıb.
Avropa.info-nun məlumatına görə, Kuleba bu barədə “Corriere della Sera” nəşrinə verdiyi müsahibəsində danışıb. O, heç vaxt ölkədən belə şəraitdə və “gizli şəkildə” ayrılacağını gözləmədiyini vurğulayıb. Kuleba bildirib ki, ona qarşı belə sərt tədbirlər görülüb, çünki o, Zelenskinin antikorrupsiya orqanlarının işinə senzura tətbiq etmək planını açıq şəkildə tənqid etmişdi.
Sabiq nazir ölkədən çıxış qadağının qüvvəyə minməsindən bir neçə saat əvvəl uçuşunu həyata keçirib. O, ABŞ və Avropa universitetlərində müəllimlik etdiyi üçün ölkədən çıxışın qadağan olunmasının onun üçün ciddi təhlükə yaratdığını qeyd edib.





























