“Qalatasaray”ın gənc ulduzu Barış Alper Yılmaz həm yaşıl meydanlarda, həm də virtual futbol dünyasında adından söz etdirməyə davam edir.
Avropa.info-nun Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, 25 yaşlı milli futbolçu məşhur futbol oyunu FC 26-da “fiziki güc” göstəricisinə görə 90 xal toplayaraq bu kateqoriyada dünyanın ən güclü ikinci futbolçusu seçilib. Siyahıya 91 xalla isveçli hücumçu Viktor Gyökeres başçılıq edir.
Barış Alper Yılmaz real mövsümdə də təsirli performansı ilə diqqət çəkir. O, “Qalatasaray” forması ilə bu mövsüm çıxış etdiyi 2 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Həm meydanda göstərdiyi əzmkarlıq, həm də video oyunlardakı yüksək dəyərləndirmə Barış Alperi Türkiyə futbolunun parlayan simalarından birinə çevirir.





























