İzmir şəhərində baş vermiş silahlı insidentlə bağlı saxlanılanların sayı artaraq 9 nəfərə çatıb.
Avropa.info-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, həbs olunanlardan biri İran vətəndaşıdır.
Xatırladaq ki, hadisə 16 yaşlı gəncin tüfənglə polis əməkdaşlarına atəş açması nəticəsində baş verib. Nəticədə iki polis əməkdaşı həyatını itirib, daha iki asayiş keşikçisi isə yaralanıb.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.





























