Rusiya prezidenti Vladimir Putin bəzi Qərb ölkələrinin Ukraynaya hərbi qüvvə göndərmək planlarını sərt şəkildə tənqid edib.
Avropa.info-nun məlumatına görə, Putin bildirib ki, “Ukraynaya yerləşdiriləcək hərbi kontingent qanuni hədəf olacaq”. “Əgər sülh sazişi varsa, Ukraynada hərbi qüvvə yerləşdirməyin heç bir mənası yoxdur”, – deyə o bildirib.
Putin Ukrayna ilə mümkün danışıqlara da toxunub: “Ukrayna ilə zirvə görüşünə hazırıq, buyursunlar Moskvaya gəlsinlər. Bu görüş üçün ən yaxşı yer elə Moskva olar”.
ABŞ-ın keçmiş prezidenti Donald Trampla hələ danışmadığını qeyd edən Putin, “Trampla hələlik danışmamışıq, amma dialoqa açığıq,” – deyə bildirib.
Putin həmçinin vurğulayıb ki, “Ukraynanın NATO-ya üzv olması mümkün deyil”.
Bununla yanaşı, Ukraynanın Avropa İttifaqına potensial üzvlüyünün isə onun qanuni hüququ olduğunu qeyd edib.