Estoniyanın Moskvadakı müvəqqəti işlər vəkili Marek Yuxtëqi Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona cavab tədbiri olaraq Estoniya səfirliyinin əməkdaşının ölkədən çıxarılması barədə məlumat verilib.
Avropa.info xəbər verir ki, bu barədə Rusiya XİN-in saytında yayımlanan məlumatda deyilir.
“4 sentyabr tarixində Estoniya Respublikasının Rusiyadakı müvəqqəti işlər vəkili Marek Yuxtëqi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Estoniya diplomatik missiyasının rəhbərinə, 13 avqust tarixində Rusiya Federasiyasının Tallindəki səfirliyinin diplomatının heç bir əsas olmadan “arzuolunmaz şəxs” elan edilməsinə görə qəti etiraz bildirilib”, – deyə məlumatda qeyd olunur.
Rusiya XİN-in açıqlamasında vurğulanır ki, qarşılıqlılıq prinsipi əsasında Estoniya səfirliyinin diplomatik əməkdaşı Rusiyadan çıxarılır.