ABŞ hərbi bazasında iki prezident təyyarəsinin yanaşı görüntüsü həm diqqətçəkici, həm də nadir hadisədir.
Avropa.info xəbər verir ki, xəbər verir ki, bu barədə CNN-in jurnalisti Pit Muntean yazır.
Jurnalist qeyd edir ki, Rusiya Prezidenti Vladimir Putin bu gün Rusiya prezident donanmasının əsas təyyarəsi olan, xüsusi təchiz olunmuş “İlyuşin İl-96”dan enib. Prezident Donald Tramp isə dörd mühərrikli, geniş gövdəli, “Air Force One” kimi tanınan “Boeing 747” təyyarəsi ilə Putindən bir qədər əvvəl gəlib.
Hər iki təyyarə dörd mühərrikli və enli gövdəlidir, lakin Rusiya təyyarəsi texniki baxımdan daha yeni dizayna malikdir.
Rus təyyarəsinin Elmendorf-Riçardson birgə bazasına enişi zamanı aviauçuş izləyiciləri və həvəskarları fəallıq göstəriblər.
“FlightAware” saytına əsasən, Putin Rusiyanın Maqadan hava limanından “Special Flight Detachment Rossiya 539” reysi ilə uçub və uçuş təxminən dörd saat çəkib.