İsrail Təhlükəsizlik Kabineti, Soyqırım prezidenti Netahyahunun Qəzzanın işğalı ilə bağlı təklifini təsdiqləyib.
Avropa.info xəbər verir ki, İsrail Təhlükəsizlik Kabineti soyqırımın memarı Baş nazir Netanyahunun Qəzza şəhərini işğal etmək planını təsdiqləyib.
Yerli mənbələrin məlumatına görə, işğalçı İsrail ordusu Qəzza zolağında bütün “Qəzza şəhəri”ni işğal etməyə hazırlaşır.
ABŞ mərkəzli “Axios” xəbər saytının xəbərinə görə, İsrail rəsmisi ordunun hazırladığı hücumun yalnız Qəzza şəhərini əhatə edəcəyini, qaçqın düşərgələrinə və ya digər ərazilərə yayılmayacağını bildirib.
Rəsminin sözlərinə görə, məqsəd oktyabrın 7-dək Qəzza şəhərindən bütün mülki əhalinin zorla çıxarılması və onları mərkəzi bölgə və ətraf rayonlardakı qaçqın düşərgələrinə yönəltməkdir.Bunun ardınca şəhərdə qalan HƏMAS üzvlərinə qarşı qurudan hücum başlanacaq və şəhər tamamilə mühasirəyə alınacaq.
“Nəzarət” termininə “işğal”dan daha çox üstünlük verildi
İsrailin aparıcı qəzetlərindən olan Yediot Aharonotun xəbərinə görə, Təhlükəsizlik Kabinetinin iclasında qanuni məsuliyyətlərə görə qəsdən “işğal” sözündən yayınılıb. Əvəzində “nəzarət” termininə üstünlük verildi.
“Niyyətimiz Qəzzanı işğal etməkdir, lakin biz rəsmi sənədlərdə və bəyanatlarda hüquqi səbəblərə görə “nəzarət” ifadəsindən istifadə edirik”, – İsrailin yüksək rütbəli rəsmisi Yediot Aharonot-a bildirib.
Qəzetin yazdığına görə, bu seçim beynəlxalq hüquqa görə işğal olunmuş ərazilərdə mülki şəxslər qarşısında birbaşa məsuliyyətdən yayınmaq üçün edilib.
İsrail Təhlükəsizlik Kabineti dünən axşam saatlarında bütün Qəzza zolağının işğalını müzakirə etmək üçün iclas keçirib.
Netanyahu Nazirlər Kabinetinin iclasından əvvəl Fox News-a verdiyi müsahibədə “bütün Qəzzaya nəzarəti ələ keçirməyi hədəflədiklərini” deyib.





























