İrəliləyiş var və müsbət qüvvələr üstünlük təşkil edir.
Avropa.info xəbər verir ki, bunu Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri və Rusiya prezidentinin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun Vladimir Putinlə görüşünü şərh edərkən deyib.
O, görüşün son dərəcə məhsuldar keçdiyini vurğulayıb.
Qeyd edək ki, ötən gün Putin Uitkoffu qəbul edib. Görüş 3 saat davam edib.