ABŞ prezidenti Donald Tramp həftəsonundan əvvəl ABŞ Federal Ehtiyat Sisteminin (FED) Rəhbərlər Şurasından ayrılacaq Adriana Kuqlerin əvəzlənməsi ilə bağlı qərar verəcəyini bildirib.
Avropa.info xəbər verir ki, Tramp Ağ Evdə imzalanma mərasimindən sonra mətbuatın suallarını cavablandırıb.
FED-in idarə heyətindəki boş yer üçün namizədi seçib-seçmədiyi ilə bağlı suala Tramp “həftəsonundan əvvəl qərar verəcəm” deyib.
Sözügedən vəzifə üçün bir neçə namizədinin olduğunu ifadə edən Tramp, FED sədrini də qiymətləndirdiklərini və hazırda namizədlərin sayının 4-ə endirildiyini qeyd edib.
Tramp FED sədri vəzifəsi üçün nəzərdə tutduğu adlar arasında FED İdarə Heyətinin keçmiş üzvü Kevin Warsh və Ağ Evin Milli İqtisadi Şurasının direktoru Kevin Hassett və digər iki şəxsin olduğunu təkrarladı.
FED-in ötən həftə verdiyi açıqlamada İdarə Heyətinin üzvü Kuqlerin avqustun 8-dən etibarən vəzifəsindən ayrılacağı açıqlanıb.
Açıqlamada, 13 sentyabr 2023-cü ildən FED Rəhbərlər Şurasının üzvü vəzifəsini icra edən Kuqlerin istefa məktubunu ABŞ prezidenti Trampa təqdim etdiyi bildirilib .
Trump , Kuglerin FED sədri Jerome Powell ilə faiz dərəcələri ilə bağlı fikir ayrılığına düşdüyünü iddia etdi .