05 - 08 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

“Azərbaycanda iranəsilli məhbuslarla pis rəftar edilməsi ilə bağlı səsləndirdiyi ittihamlar tamamilə əsassız”-Samir Əsədli

Avqust 5, 2025
Cəmiyyət
A A

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqainin guya Azərbaycanda iranəsilli məhbuslarla pis rəftar edilməsi ilə bağlı səsləndirdiyi ittihamlar tamamilə əsassız, qərəzli və təxribat xarakterlidir.

Avropa.info xəbər verir ki, bu sözləri Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib.

“Hazırda Azərbaycanın penitensiar müəssisələrində İran vətəndaşı olan məhkumlar saxlanılır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, onların böyük əksəriyyəti narkotik vasitələrin qanunsuz dövriyyəsi, sərhəd pozuntuları ilə bağlı məsuliyyətə cəlb olunublar. İranın onların saxlanma şəraiti və göstərilən münasibətlə bağlı iradları gülüncdür. Çünki bu şəxslərə göstərilən rəftar, yaradılan humanitar şərait və hüquqi təminatlar İran həbsxanalarındakı qeyri-insani davranışlarla heç bir baxımdan müqayisə oluna bilməz. Bunun təsdiqi kimi həmin şəxslərin bir qisminin azadlığa çıxdıqdan sonra Azərbaycanın həbsxanalarında şəffaf və humanist münasibətə şahid olduqları haqda açıqlamalarına diqqət yetirmək kifayətdir.

Münasibət o qədər humanistdir ki, hətta İranın Azərbaycandakı səfirliyi bu məhkumlara mütəmadi olaraq sovqat göndərir və bu proses tərəfimizdən də müşahidə olunub. Bundan əlavə, əksər cəzaçəkmə müəssisələrində iranlı məhkumlara əlavə imkanlar dini ayinlərin icrası üçün məscidlər, ayrıca yemək hazırlama şəraiti və digər məişət üstünlükləri yaradılıb”, – o bildirib.

VHP funksioneri ölkəmizdə həbs həyatı yaşayan İran vətəndaşları ilə bağlı bir məqama da toxunub:

“Əslində, Azərbaycan tərəfinin deyəcək və sərt mövqe ortaya qoymağa haqqı çatan nüanslar var. İran bəzən xüsusi agentura şəbəkəsinin üzvlərinə qəsdən Azərbaycanda məhbus statusu qazandırır və bu insani münasibətdən sui-istifadə edərək həmin məhbuslar vasitəsilə Azərbaycanda dini-siyasi təbliğat işləri görür. Bu şəxslərin cəzaçəkmə müəssisələrində ideoloji təsir formalaşdırmağa çalışdığı haqda kifayət qədər faktlar var. Məlumata görə, bəzən məhkumların hansı müəssisəyə yerləşdiriləcəyi belə əvvəlcədən planlaşdırılır. Bu isə göstərir ki, söhbət sistemli şəkildə qurulmuş məkrli fəaliyyətlərdən gedir. Bu, təkcə hüquqi məsələ deyil, eyni zamanda Azərbaycanın suverenliyinə və daxili sabitliyinə qarşı yönəlmiş təhlükəli yanaşmadır”.

S.Əsədli həmçinin vurğulayıb ki, əslində İran rejimi ilk növbədə öz daxilində baş verən dəhşətli işgəncələrə və insan hüquqlarının kobud şəkildə pozulmasına cavab verməlidir:

“Xüsusilə ETTELAAT-ın nəzarətində olan zindanlarda həyata keçirilən vəhşiliklər beynəlxalq hesabatlarda açıq şəkildə sənədləşdirilib. İşgəncənin rəsmi siyasətə çevrildiyi bir ölkənin başqa dövlətlərə insan hüquqları ilə bağlı ittiham irəli sürməsi ikiüzlülükdür. Azərbaycanı qaralamağa cəhd edən bu açıqlama əslində İranın Azərbaycandakı təxribatçı planlarının iflasa uğramasının nəticəsidir. Ölkəmizdə dini radikalizmin yayılmasına qarşı sərt və prinsipial mövqe göstərildiyi üçün bu kimi qərəzli bəyanatlar vasitəsilə əvəz çıxmağa çalışırlar. Azərbaycana qarşı ittihamlar isə nə hüquqi, nə də mənəvi əsas daşıyır”.

Əvvəlki Yazı

ABŞ gələn bəzi ziyarətçilər üçün 15.000 dollara qədər viza depoziti tələb edəcək

Növbəti Yazı

BMT məruzəçisi: Heç kim təəccüblənməməlidir, İsrail Qəzzanı aclığa məhkum edib

XƏBƏR LENTİ

Türkiyənin Sivas vilayətində fəhlə mikroavtobusu uçurumdan aşıb: 3 nəfər ölüb, 18 nəfər yaralanıb

Türkiyənin Sivas vilayətində fəhlə mikroavtobusu uçurumdan aşıb: 3 nəfər ölüb, 18 nəfər yaralanıb

05 Avqust 2025 / 10:09
43
İranda 5,4 bal gücündə zəlzələ baş verib

İranda 5,4 bal gücündə zəlzələ baş verib

05 Avqust 2025 / 10:03
39
Meksikanın Quanaxuato əyalətində 32 nəfərin cəsədi tapılıb

Meksikanın Quanaxuato əyalətində 32 nəfərin cəsədi tapılıb

05 Avqust 2025 / 9:24
35
Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vuruldu

UEFA Çempionlar Liqası: “Qarabağ” “Şkendiya” ilə üz-üzə

05 Avqust 2025 / 8:33
58
BMT məruzəçisi: Heç kim təəccüblənməməlidir, İsrail Qəzzanı aclığa məhkum edib

BMT məruzəçisi: Heç kim təəccüblənməməlidir, İsrail Qəzzanı aclığa məhkum edib

05 Avqust 2025 / 8:29
34
“Azərbaycanda iranəsilli məhbuslarla pis rəftar edilməsi ilə bağlı səsləndirdiyi ittihamlar tamamilə əsassız”-Samir Əsədli

“Azərbaycanda iranəsilli məhbuslarla pis rəftar edilməsi ilə bağlı səsləndirdiyi ittihamlar tamamilə əsassız”-Samir Əsədli

05 Avqust 2025 / 8:23
59
ABŞ gələn bəzi ziyarətçilər üçün 15.000 dollara qədər viza depoziti tələb edəcək

ABŞ gələn bəzi ziyarətçilər üçün 15.000 dollara qədər viza depoziti tələb edəcək

05 Avqust 2025 / 8:13
28
Londonda 12 min smartfon daşıyan yük maşını oğurlanıb

Londonda 12 min smartfon daşıyan yük maşını oğurlanıb

05 Avqust 2025 / 8:02
43
Rusiyanın şərqində 8,8 bal gücündə zəlzələ baş verib

Rusiyanın Kamçatkada vilayətində daha bir güclü zəlzələ baş verib – YENİLƏNİB

05 Avqust 2025 / 7:56
39
Bu gün Azərbaycan Hərbi Dəniz Donanması Günüdür

Bu gün Azərbaycan Hərbi Dəniz Donanması Günüdür

05 Avqust 2025 / 7:49
57
 İsrail ordusu İordan çayının qərb sahilindəki Nablus şəhərində iki xəstəxananı mühasirəyə alıb

Ruslar Pokrovsk rayonu ətrafında Müdafiə Qüvvələri ilə açıq döyüşdən yayınırlar-Maksim Bakulin

05 Avqust 2025 / 7:41
43
Britaniya kiçik qayıqla gələn qaçqınları Fransaya geri göndərməyə başlayır

Britaniya kiçik qayıqla gələn qaçqınları Fransaya geri göndərməyə başlayır

05 Avqust 2025 / 7:36
34
Aşan yük maşını alovlandi sürücü isə yanaraq öldü

Aşan yük maşını alovlandi sürücü isə yanaraq öldü

05 Avqust 2025 / 7:32
37
Sahibə Qafarova Türkmənistanda forumda iştirak edib-FOTOLAR

Sahibə Qafarova Türkmənistanda forumda iştirak edib-FOTOLAR

04 Avqust 2025 / 16:26
6
İsrail iyul ayında İordan çayının qərb sahilində fələstinlilərə qarşı 1821 hücum həyata keçirib

İsrail iyul ayında İordan çayının qərb sahilində fələstinlilərə qarşı 1821 hücum həyata keçirib

04 Avqust 2025 / 14:44
25
Avstraliyanin şərqinə rekord miqdarda qar yağdı – VİDEO

Avstraliyanin şərqinə rekord miqdarda qar yağdı – VİDEO

04 Avqust 2025 / 11:03
25
Cənubi Koreya gərginliyi azaltmaq üçün Şimali Koreya sərhədindəki səsgücləndiriciləri yığışdırıb

Cənubi Koreya gərginliyi azaltmaq üçün Şimali Koreya sərhədindəki səsgücləndiriciləri yığışdırıb

04 Avqust 2025 / 10:54
45
Rubio: Tramp Rusiya-Ukrayna sülh danışıqlarında irəliləyişin olmamasından məyus olub

Tramp:ABŞ-ın 2 nüvə sualtı qayığı artıq regiondadır

04 Avqust 2025 / 9:47
30
Yeni Zelandiyada 2 yaşlı uşağı çamadanında gəzdirən qadın həbs edilib

Yeni Zelandiyada 2 yaşlı uşağı çamadanında gəzdirən qadın həbs edilib

04 Avqust 2025 / 9:42
33
Trampin xüsusi nümayəndəsi Rusiyaya səfər edəcək

Trampin xüsusi nümayəndəsi Rusiyaya səfər edəcək

04 Avqust 2025 / 9:04
34
İddialara görə, Tramp Putinin Ukraynaya hücum edəcəyi təqdirdə Moskvanı bombalayacağı ilə hədələyib

“Tramp indi öz təhlükəsizliyini gücləndirmək üçün Ukraynaya kömək etməyə məcburdur”-Oleksey Getman

04 Avqust 2025 / 8:58
39
Livanın Baş Naziri Salam: Beyrut limanında baş verən partlayışda ədalət hələ də təmin olunmayıb

Livanın Baş Naziri Salam: Beyrut limanında baş verən partlayışda ədalət hələ də təmin olunmayıb

04 Avqust 2025 / 8:43
39
HƏMAS: Netanyahu məhbusları acından öldürməyə çalışır

HƏMAS: Netanyahu məhbusları acından öldürməyə çalışır

04 Avqust 2025 / 8:12
47
Yəmən sahillərində miqrant qayığı batıb: 55 ölü

Yəmən sahillərində miqrant qayığı batıb: 55 ölü

04 Avqust 2025 / 8:07
54
Gədəbəydə ağır yol-nəqliyyat hadisəsi -ölənlər var

Gədəbəydə ağır yol-nəqliyyat hadisəsi -ölənlər var

03 Avqust 2025 / 20:17
5
Pakistan və İran 12 sənəd imzaladi

Pakistan və İran 12 sənəd imzaladi

03 Avqust 2025 / 20:14
2
Bakıda 20 yaşlı qadın itkin düşüb

Bakıda 20 yaşlı qadın itkin düşüb

03 Avqust 2025 / 17:15
16
ABŞ-ın Kaliforniya ştatında baş verən meşə yanğınında 12 min hektardan çox ərazi yanıb

ABŞ-ın Kaliforniya ştatında baş verən meşə yanğınında 12 min hektardan çox ərazi yanıb

03 Avqust 2025 / 17:10
10
“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir

“Bakcell” və “Uber” tərəfdaşlığı genişlənir

03 Avqust 2025 / 15:08
20
Messi 11-ci dəqiqədə meydandan çıxdı

Messi 11-ci dəqiqədə meydandan çıxdı

03 Avqust 2025 / 9:30
31
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.