Ayasofya məscidinin içərisində xalçanın yanmasına səbəb olan kitabı yandıran şübhəli polisin vasvası işi sayəsində evində yaxalanıb. Yanğın törədən şəxs məhkəmə tərəfindən həbs edilib. Yanğına cəhdin yeni görüntüləri də ortaya çıxıb.
Avropa.info xəbər verir ki, İstanbul Polis İdarəsinin sosial media hesabından verilən açıqlamada iyulun 11-də saat 23:50 radələrində Ayasofya Ulu Məscidinin içərisində kitabları yandıraraq xalçanın yanmasına səbəb olan şübhəli MG-nin müəyyən edilərək nəzarətə alındığı bildirilib.
Açıqlamada qeyd olunub ki, şübhəli iyulun 13-də öz prosedurlarına uyğun olaraq sövq edildiyi məhkəmə orqanları tərəfindən həbs edilib.
Müəyyən edilib ki, şübhəli şəxs əvvəllər də 5 dəfə Ruhi və Əsəb Xəstəlikləri Xəstəxanasına yerləşdirilib.
Yandırma cəhdi kameralara düşüb
Bu vaxt təhlükəsizlik kamerası məscidin içərisindəki kitabı yandıran şübhəlinin görüntülərini çəkib. Görüntülərdə şübhəlinin yandırdığı kitabı tərk etdiyi divarın yaxınlığında xalçanın alışması və şübhəlinin hadisə yerini tərk etməsi görünür.