Yeni Zelandiyada avtobusla gəzinti zamanı çamadanında iki yaşlı qız tapılan qadın həbs edilib.
Avropa.info xəbər verir ki, Milli mətbuatda yer alan xəbərlərə görə, polisin açıqlamasında hadisənin bir sərnişinin baqaj bölməsinə daxil olmaq istəməsi ilə üzə çıxdığı bildirilib.
Polisin verdiyi məlumata görə, avtobus sürücüsü çamadanın hərəkət etdiyini görüb və bu barədə səlahiyyətlilərə məlumat verib. Açıqlamada, “Sürücü çamadanı açanda içərisində 2 yaşlı qız uşağı görüb” əlavə edilib.
Açıqlamada uşağın tapıldığı zaman həddindən artıq istidən tərləməsi, ciddi fiziki xəsarət aşkar edilmədiyi qeyd edilib.
Saxlanılan 27 yaşlı qadın “pis rəftar və səhlənkarlıq” ittihamı ilə mühakimə olunacaq.
Qadınla uşaq arasındakı münasibət açıqlanmayıb.