İsrail ordusu ilə Fələstin torpaqlarını ələ keçirən israillilər iyul ayında işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı 1821 hücum həyata keçirib.
Avropa.info xəbər verir ki, Məsələ ilə bağlı son məlumatlar Fələstin Azadlıq Təşkilatına (FAT) bağlı Ayrılıq Divarı (Utanc Divarı) və Yəhudi Məskənləri ilə Mübarizə Şurasının bəyanatında paylaşılıb.
Açıqlamada iyul ayında işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı 1821 hücumun təşkil edildiyi, bunun 1355-in İsrail əsgərləri, 466-nın isə Fələstin torpaqlarını qəsb edən israillilər tərəfindən həyata keçirildiyi vurğulanıb.
Silahlı basqınlar, birbaşa edamlar, torpaqların zəbt edilməsi, yol blokadaları və məcburi köçkünlərin daxil olduğu bu hücumlarda 4 fələstinlinin öldürüldüyü bildirilib .
Bildirilib ki, İsrail hakimiyyəti iyul ayında 31 hektar ərazini ələ keçirib və 3 yaşayış məntəqəsinin ətrafında “təhlükəsizlik zonası” yaradılması iddiası ilə 5 hərbi əmr verib.
Həmin dövrdə 75 söküntü aparılıb, ümumilikdə 71 yaşayış evi (60 yaşayış və 11 boş), 22 kənd təsərrüfatı obyekti və 26 ticarət obyekti sökülüb.
Həmçinin 2023-cü il oktyabrın 7-dən bəri 33 bədəvi icmasının məcburi köçkün edildiyi bildirilib.
Digər tərəfdən Yəhudi Məskənləri Mübarizə Şurasının sədri Müeyyid Şaban, hücumlar səbəbilə Yerixo və Beytləhmdəki iki bədəvi icmasının köç etmək məcburiyyətində qaldığını, ümumilikdə 267 nəfər olmaqla 50 ailənin bu vəziyyətdən təsirləndiyini bildirib.
Fələstin rəsmiləri, İsrailin Qəzzada soyqırımı həyata keçirərkən işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdəki pozuntularını eyni vaxtda artırdığını və oktyabrın 202-dən bu yana bu hücumlarda ən azı 1013 fələstinlinin öldürüldüyünü, təxminən 7000 nəfərin yaralandığını və 18500-dən çoxunun həbs edildiyini qeyd edib.