Gədəbəydə avtomobil aşıb, ölənlər və yaralananlar var.
Avropa.info-nun məlumatına görə, hadisə rayonun Şahdağ kəndində qeydə alınıb.
Avtomobilin aşması nəticəsində 2 nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Gədəbəydə yol qəzasında ölənlərin və yaralıların kimliyi məlum olub.
“KİA” markalı avtomobilin dərəyə aşması nəticəsində Tapdıqov Asəf və Azadə Məmmədova hadisə yerində aldıqları xəsarətdən dünyasını dəyişiblər.
Ağır yol-nəqliyyat hadisəsi zamanı Məmmədov Vüsal, Məmmədov Renat və Məmmədov Amil müxtəlif dərəcəli bədən xəsarətləri alıblar və xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.