“1 Avqust Respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Latın qrafikalı Azərbaycan əlifbasına keçid, eləcə də dilimizin rəsmi dövlət dili kimi möhkəmləndirilməsi və beynəlxalq aləmdə tanıdılması məhz Ulu Öndərin adı ilə bağlıdır.
Avropa.info xəbər verir ki, bu münasibətlə F.Köçərli adına Respublika Uşaq Kitabxanasında tematik sərgi təşkil edilib. Sərgidə Azərbaycan dili, onun tarixi, inkişaf mərhələləri və əlifbamızla bağlı müxtəlif nəşrlər, ədəbi nümunələr nümayiş etdirilib.
Sərginin təşkilində əsas məqsəd dövlət dilimiz olan Azərbaycan dilinin əhəmiyyətini uşaq və yeniyetmələrə aşılamaq, həmçinin bu mövzu üzrə kitabxana fondunda mövcud olan nəşrlərlə oxucuları tanış etməkdir