Moldovada Rusiya telekanallarının yayımı ilə məşğul olan “HaiTv” internet saytının fəaliyyəti bloklanıb.
Avropa.info NewsMaker-ə istinadən xəbər verir ki, bu barədə Moldova hökumətinin sözçüsü Daniel Vode bildirib.
Onun sözlərinə görə, qərar Teleradio Şurası da daxil olmaqla, sorğular əsasında qəbul edilib:
“Milli maraqları qorumaq üçün sıx koordinasiya, vahid fəaliyyət və peşəkarlıq lazımdır. Konkret misal: “HaiTV” Moldovada bloklanıb”.
Daniel Vode qeyd edib ki, son günlər yüzlərlə ölkə sakini “Viber” vasitəsilə bu proqramı yükləmək və ya vebsayta daxil olmaq üçün dəvət alıb.
“Teleradio Şurası da daxil olmaqla, bildirişlərdən sonra səlahiyyətli orqanlar onun bloklanmasına dair rəsmi göstərişlər verdilər. Bu proqram Moldovada Rusiya və Belarusda qadağan edilmiş, artıq hərbi təbliğat və informasiya təhlükəsizliyinə təhdidlər üçün bloklanmış media məzmununu yayımlayır”, deyə Vode əlavə edib.