Adanada meşə yanğını törətdiklərinə görə həbs edilən 3 nəfərin həbs olunmasının pilotsuz təyyarə görüntüləri ortaya çıxıb. Bayraktar TB2 tərəfindən lentə alınan görüntülər TRT News tərəfindən əldə edilib.
Avropa.info xəbər verir ki, Adananın Sarıçam rayonunda son günlərdə baş verən meşə yanğınları ilə əlaqədar pilotsuz uçuş aparatının (PUA) müşahidəsi nəticəsində yaxalanan 3 şübhəli həbs edilib.
Yarımca məhəlləsində tez-tez baş verən yanğınlar səbəbiylə Meşə Region Müdirliyi qrupları ərazidə foto tələ quraraq İHA ilə havadan müşahidəyə başlayıb.
Bayraktar TB2, 25 iyul saat 21:00 radələrində 2 dəqiqə ərzində baş verən yanğını təsbit etdi və qrupları səfərbər etdi.
TRT News-un əldə etdiyi görüntülərdə yanğın aşkar edildikdən sonra şübhəli avtomobilin PUA tərəfindən izləndiyi görünür.
Hadisəni Meşə Region Müdirliyi jandarmaya bildirdikdən sonra şübhəli vasitə dayandırılıb. Vasitədə olan 3 şübhəli jandarma qrupları tərəfindən nəzarətə alındı. Prosesdən sonra şübhəlilər ədliyyəyə sövq edilib, orada “yanğın törətmək” ittihamı ilə tutularaq həbsxanaya göndərilib.