Şəkidə 39 yaşlı kişi həmkəndlisini qətlə yetirib.
Avropa.info-nun məlumatına görə, hadisə Baş Göynük kəndi ərazisində baş verib.
Belə ki, 39 yaşlı Paşa Yusibov kəsici alətlə həmkəndlisi, 38 yaşlı Dəyanət Həşimovu qətlə yetirib və 24 yaşlı Bünyad Babazadəyə isə xəsarət yetirib.
Cinayətdə şübhəli bilinən P.Yusibov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.