Rusiyanın Kamçatka yarımadası sahillərində 8,8 bal gücündə zəlzələ baş verib. Zəlzələdən sonra Rusiya vilayət qubernatoru ilkin məlumata görə, xəsarət alanların olmadığını, lakin uşaq bağçasına ziyan dəydiyini açıqlayıb. Kamçatkada hündürlüyü 3-4 metr olan sunami dalğaları görünüb.
Avropa.info xəbər verir ki, Rusiyanın şərqində, Kamçatka yarımadasının sahillərində 8,8 bal gücündə zəlzələ baş verib .
18,2 kilometr dərinlikdə qeydə alınan zəlzələdən sonra Rusiya, Yaponiya, Meksika , ABŞ-ın Alyaska və Havay ştatları , Sakit okean sahilləri və Sakit okean adaları üçün sunami xəbərdarlığı edilib.
Yerli hakimiyyət orqanlarından alınan məlumata görə, ilkin məlumatlara görə insan itkisi yoxdur, bir çox ərazilər boşaldılıb.
Rusiya vilayətinin qubernatoru ilkin məlumata görə, xəsarət alanların olmadığını, lakin uşaq bağçasına ziyan dəydiyini paylaşıb.
Rusiyanın regional fövqəladə hallar naziri zəlzələdən sonra Kamçatka bölgəsinin bəzi ərazilərində 3-4 metr hündürlüyündə sunami dalğalarının qeydə alındığını bildirib.
Şərqi Yaponiya Dəmir Yolu Kamçatka sahillərində baş verən zəlzələ səbəbindən bəzi reysləri dayandırıb.