Rusiya Fövqəladə Hallar Nazirliyi Kamçatkada zəlzələdən sonra baş vermiş sunami səbəbindən Severo-Kurilsk şəhərinin bir hissəsinin su altında qaldığını bildirib.
Avropa.info xəbər verir ki, Rusiya Elmlər Akademiyası Geofizika Xidmətinin Kamçatka Şöbəsinin sosial media hesabından edilən açıqlamada, Kamçatkada baş verən zəlzələnin Moskva vaxtı ilə saat 3 radələrində 8,7 bal gücündə olduğu və bunun 1952-ci ildən bu yana bölgədə baş verən ən güclü zəlzələ olduğu bildirilib.
Xəbər verildiyi kimi, Rusiya Elmlər Akademiyasının rəsmiləri 7,5 bal gücündə afterşokların ən azı bir ay davam edəcəyini proqnozlaşdırıblar.
Rusiya Fövqəladə Hallar Nazirliyi zəlzələdən sonra itkilərin olmadığını açıqlayıb.
Kamçatka Sunami Monitorinq və Məsləhət Mərkəzi Severo-Kurilsk bölgəsindəki Paramuşir və Şumşu adalarına dalğanın yaxınlaşdığını açıqlayıb və açıqlamada, “Tsunami dalğası Severo-Kurilsk liman şəhərini və Alaid adlı balıqçılıq müəssisəsini qismən sular altında qoyub. Əhali təxliyə edilib.”
Bəyanatda vəziyyətin nəzarət altında olduğu və bütün zabitlərin işlərini davam etdirdiyi vurğulanıb.
Bu arada qeyd olunub ki, Saxalin vilayətinin hakimiyyət orqanları Severo-Kurilskdə zəlzələnin nəticələrini aradan qaldırmaq üçün səfərbər olur.