08 - 11 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

“Zəngəzur dəhlizi məsələsi tarixi-siyasi kontekstdə” kitabının təqdimat mərasimi keçirilib – FOTOLAR

İyul 29, 2025
Cəmiyyət
A A

İyulun 28-də C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-hökumət Təşkilatlarına Dəstək Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Zəngəzur dəhlizi. Müasirlik tarixi kontekstdə” layihəsi çərçivəsində “Zəngəzur dəhlizi məsələsi tarixi-siyasi kontekstdə” adlı kitabın təqdimatını keçirib.

Avropa.info bildirir ki, tədbiri giriş sözü ilə açan “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri, kitabın müəllifi tarix elmləri doktoru, dosent Kamran İsmayılov kitab haqqında geniş məlumat verib. O, qeyd edib ki, təqdim olunan monoqrafiyada Azərbaycan Respublikasının əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən Zəngəzur dəhlizinin yaranmasına gətirib çıxarmış tarixi–siyasi şərtlər təhlil olunur. Kitabda Naxçıvan bölgəsində nəqliyyat-kommunikasiya sisteminin, Azərbaycanın tarixi Zəngəzur bölgəsi üzərindən muxtar respublikaya çəkilmiş yol infrastrukturunun tarixi inkişaf mərhələləri işıqlandırılır. Müxtəlif dövrlərdə Zəngəzur və Naxçıvan bölgələri uğrunda geosiyasi mübarizənin tarixi aspektləri təhlil olunur.

Tədbirdə çıxış edən Azərbaycan Pedaqoji Universitetinin kafedra müdiri, fəlsəfə elmlər doktoru, professor Rəfail Əhmədli kitabın aktuallığından danışaraq hazırda Azərbaycan üçün mühüm strateji əhəmiyyət kəsb edən Zəngəzur dəhlizinin tarixi köklərinin araşdırılması baxımından nəşrin mühüm əhəmiyyətini bildirib. Professor R.Əhmədli Zəngəzur dəhlizinin yaranmasının əsas səbəbi kimi bolşeviklər tərəfindən 1920-ci ildə Zəngəzur bölgəsinin Ermənistana verilməsi ilə türk dünyasının parçalanması amilini vurğulayıb.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərov müxtəlif tarixi dövrlərdə Türk dünyasının parçalamaq üçün müxtəlif siyasi güclər tərəfindən həyata keçirilən layihələr arasında Zəngəzur bölgəsinin Azərbaycandan qoparılaraq Ermənistana verilməsinin faciəvi nəticələrinə toxunaraq kitabda bununla bağlı ilkin mənbələrə əsaslana məlumatların öz əksini tapdığını qeyd edib, Zəngəzur dəhlizinin həyata keçirilməsinin türk dövlətlərinin inteqrasiyasına nail olunması baxımından mühüm roluna toxunub.

AMEA Z.Bünyadov adına Şərqşünaslıq Institutunun böyük elmi işçisi Mirzə Ənsərli kitabın elmi və siyasi aspektlərinə toxunaraq Kamran İsmayılovun Zəngəzur və Naxçıvan bölgələrinin tarixinin ən görkəmli araşdırıcılarından olduğunu qeyd edərək, müzakirə olunan kitabın alimin elmi yaradıcılığının mühüm mərhələsi olduğunu göstərib, kitabla geniş ictimaiyyətin yaxından tanış olması üçün kütləvi informasiya vasitələrində, elmi müəssisələrdə müzakirələrinin keçirilməsinin zəruriliyini vurğulayıb.

Müzakirələrdə çıxış edən digər alim və jurnalistlər kitabın “Zəngəzur dəhlizi” probleminin tarixi-siyasi köklərini üzə çıxarmaq üçün mühüm vasitə olduğunu göstəriblər.

Qeyd edək ki, monoqrafiyada XIX əsrin əvvəllərində Zəngəzurun Rusiya tərəfindən işğal edilməsindən sonra bölgədə həyata keçirilmiş inzibati və siyasi dəyişikliklər izlənilir, çarizmin köçürmə siyasətinin bölgə əhalisinin etno-demoqrafik strukturuna təsir öyrənilir, erməni əhalinin say artımını mexaniki amillər hesabına baş verdiyi konkret statistik materiallarla təsdiq edilir. XIX əsrin sonu – XX əsrin əvvəllərində Naxçıvan bölgəsində nəqliyyat- kommunikasiya sisteminin inkişaf etdirilməsi ilə bağlı atılan addımlar dəyərləndirilir.

Tədqiqatda 1918-1920-ci illərdə Naxçıvan və Zəngəzur bölgələri uğrunda gedən geosiyasi mübarizə, bu bölgələrdə etnik münasibətlər, azərbaycanlıların soyqırımı məsələləri geniş araşdırılır. Xüsusən Ermənistan Respublikasının Zəngəzuru ələ keçirmək cəhdləri, Azərbaycan Cümhuriyyəti hökumətinin bu  cəhdlərin qarşısını alınması istiqamətində fəaliyyəti təhlil olunur. Cümhuriyyət hökuməti adı çəkilən hər iki region üzərində suverenliyini təmin etmək üçün hərbi, siyasi səciyyəli addımlarla yanaşı, iqtisadi addımlar da atmışdır. Bu addımlardan ən mühümü Ələt – Culfa dəmir yolunun tikintisinin davam etdirilməsi haqqında qəbul edilmiş qərar idi. Monoqrafiyada bu sahədə hökumətin gördüyü işlər işıqlandırılır.

Azərbaycanın  Sovet Rusiyası tərəfindən işğalının ən acı nəticəsi 1920-21-ci illərdə Zəngəzur bölgəsinin bolşeviklər tərəfindən Ermənistana verilməsi olmuşdur. Monoqrafiyada Azərbaycanın gələcək taleyinə ciddi təsir göstərmiş bu hadisənin baş vermə səbəbləri və nəticələri dərindən araşdırılır.

Kitabda eyni zamanda Naxçıvan MR-nın inkişafında mühüm rol oynamış, muxtar respublikanı Azərbaycan SSR əsas ərazisi ilə bağlamış, siyasi və iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən bir layihənin – Ələt-Culfa dəmir yolunun çəkilişi, başa çatdırılması prosesi işıqlandırılır. Zəngəzur dəhlizinin təkcə Azərbaycan üçün deyil, bütün bölgə, o cümlədən Ermənistan üçün strateji əhəmiyyəti göstərilir.

Sonda bir daha çıxış edən Kamran İsmayılov müzakirələrdə iştirak edən bütün həmkarlarına, təqdimatın keçirilməsi üçün şərait yaratmış C.Cabbarlı adına Respublika Gənclər kitabxanasına təşəkkür edib, monoqrafiyanın hazırlanmasında göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə xüsusi minnətdarlığını bildirib.




Əvvəlki Yazı

Qəzza xəstəxanalarında aclıq hökm sürür: Tibb bacıları huşunu itirirlər

Növbəti Yazı

Azərbaycanlı idmançının böyük UĞURU: Həmyerlimiz İstanbulda qızıl medal qazandı – FOTOLAR

XƏBƏR LENTİ

“Nar” zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd etdi – Fotolar

“Nar” zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd etdi – Fotolar

08 Noyabr 2025 / 10:02
3
“Zəfər sənə yaraşır, Azərbaycan!” adlı rəsm sərgisi Zəfər Gününə həsr olunaraq keçirilib

“Zəfər sənə yaraşır, Azərbaycan!” adlı rəsm sərgisi Zəfər Gününə həsr olunaraq keçirilib

08 Noyabr 2025 / 9:55
33
Şuşanın azad olunmasından beş il ötür

Şuşanın azad olunmasından beş il ötür

08 Noyabr 2025 / 0:06
1
Azərbaycan Zəfər Gününü qeyd edir

Azərbaycan Zəfər Gününü qeyd edir

08 Noyabr 2025 / 0:03
1
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Zəfər Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Zəfər Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

07 Noyabr 2025 / 19:21
26
Respublika Gənclər Kitabxanasında 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə silsilə materiallar hazırlanıb

Respublika Gənclər Kitabxanasında 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə silsilə materiallar hazırlanıb

07 Noyabr 2025 / 19:14
27
Zəfər Gününə həsr olunmuş silsilə kitab icmalları keçirilib-Fotolar

Zəfər Gününə həsr olunmuş silsilə kitab icmalları keçirilib-Fotolar

07 Noyabr 2025 / 19:09
32
Bakcell abunəçisi 1 AZN-lə lüks avtomobil sahibi oldu

Bakcell abunəçisi 1 AZN-lə lüks avtomobil sahibi oldu

07 Noyabr 2025 / 16:52
23
“Nar”da növbəti avtomobil qalibi bəlli olacaq – Həyəcan dolu anlar bu axşam

“Nar”da növbəti avtomobil qalibi bəlli olacaq – Həyəcan dolu anlar bu axşam

07 Noyabr 2025 / 14:07
11
“Nar”ın “Çoox Şanslı” lotereyasının ilk avtomobil qalibi sükan arxasında

“Nar”ın “Çoox Şanslı” lotereyasının ilk avtomobil qalibi sükan arxasında

07 Noyabr 2025 / 14:06
7
“Nar”a yeni baş icraçı direktor təyin olundu

“Nar”a yeni baş icraçı direktor təyin olundu

07 Noyabr 2025 / 14:04
37
“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi!

“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi!

07 Noyabr 2025 / 14:01
10
Həyəcan davam edir – sən də “Zeekr 001” qalibi ola bilərsən!

Həyəcan davam edir – sən də “Zeekr 001” qalibi ola bilərsən!

07 Noyabr 2025 / 13:53
13
“Nar” “Çoox Şanslı” lotereyasına start verdi

“Nar” “Çoox Şanslı” lotereyasına start verdi

07 Noyabr 2025 / 13:51
8
Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

07 Noyabr 2025 / 13:48
12
Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!

Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!

07 Noyabr 2025 / 13:45
11
Bakcell süni intellekti ilk avtomobil qalibini seçdi!

Bakcell süni intellekti ilk avtomobil qalibini seçdi!

07 Noyabr 2025 / 13:43
10
Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

07 Noyabr 2025 / 13:40
9
“Bakcell” lotereyasında “Zeekr 001” üçün geri sayım başladı

“Bakcell” lotereyasında “Zeekr 001” üçün geri sayım başladı

07 Noyabr 2025 / 13:34
7
Bakcell-in meqa lotereyasının ilk qalibi bəlli oldu!

Bakcell-in meqa lotereyasının ilk qalibi bəlli oldu!

07 Noyabr 2025 / 13:31
14
“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu – FOTO

“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu – FOTO

07 Noyabr 2025 / 13:29
9
“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu

“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu

07 Noyabr 2025 / 13:26
14
“Bakcell” 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı

“Bakcell” 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı

07 Noyabr 2025 / 13:21
12
“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib – Fotolar

“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib – Fotolar

07 Noyabr 2025 / 13:19
14
“Nar”ın rəhbərliyində dəyişiklik olub

“Nar”ın rəhbərliyində dəyişiklik olub

07 Noyabr 2025 / 13:15
12
“Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

“Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

07 Noyabr 2025 / 13:12
13
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

07 Noyabr 2025 / 13:07
15
Milli Qürur – Qələbə Bayramı adlı tədbir keçirilib

Milli Qürur – Qələbə Bayramı adlı tədbir keçirilib

06 Noyabr 2025 / 17:22
23
Respublika Gənclər Kitabxanasında “Dahi bəstəkar Üzeyir Hacıbəyli 140” adlı elektron baza istifadəçilərə təqdim edilib

Respublika Gənclər Kitabxanasında “Dahi bəstəkar Üzeyir Hacıbəyli 140” adlı elektron baza istifadəçilərə təqdim edilib

04 Noyabr 2025 / 20:57
10
Respublika Uşaq Kitabxanasında master-klass keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında master-klass keçirilib-Fotolar

01 Noyabr 2025 / 16:24
23
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.