Azərbaycanlı idmançı beynəlxalq yarışda böyük uğura imza atıb.
Avropa.info xəbər verir ki, Türkiyənin İstanbul şəhərində keçirilən Gənclərin Paralimpiya Oyunlarında Parasport Taekvondo Klubunun üzvü, dünya və Avropa çempionu, Əməkdar idman ustası Aynur Məmmədovanın yetirməsi, 16 yaşlı Səmayə Həsənova parataekvondo üzrə qızıl medal qazanıb.
Qeyd edək ki, Səmayə Həsənova 2021-ci ildən parasport taekvondo klubunda məşq edir, 2025-ci ildən milli yığmanın üzvüdür.
Avropa.info