Xalq artisti Arif Babayevin vəziyyəti ağırdır.
Avropa.info xəbər verir ki, bu barədə Mərkəzi Klinikanın İnformasiya Mərkəzi məlumat yayıb
“Xəstə Arif Babayev dünən axşam saatlarında Mərkəzi Klinikaya müraciət edib. Vəziyyəti ciddi ağır olaraq qiymətləndirilir. Hazırda Reanimasiya şöbəsində müalicəsi davam edir”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, 87 yaşlı xanəndə ötən gün Qax Rayon Mərkəzi Xəstəxanasından Bakıya – Mərkəzi Klinikaya təxliyə olunub.