Avropa.info xəbər verir ki, Anadolu Agentliyi (AA) müxbirinin Qəzzadakı səhiyyə mənbələrindən aldığı məlumata görə, İsrail ordusu Qəzza şəhərinin mərkəzi hissəsində Yərmuk bazarı yaxınlığında köçkün dinc sakinlərin yaşadığı çadırı bombalayıb.
Hücum zamanı jurnalist Əbu Herbid və onun üç qohumu həlak olub, Əbu Herbidin həyat yoldaşı və uşaqları isə yaralanıb.
Hökumətin Qəzzadakı Media Ofisindən verilən yazılı açıqlamada İsrailin hücumu nəticəsində jurnalist Adem Əbu Herbid və ailəsinin həyatını itirdiyi bildirilib.
Açıqlamada Əbu Herbidin çox sayda media qurumu ilə çalışmış jurnalist olduğu, 7 oktyabr 2023-cü ildə Qəzza zolağına hücumların başladığı gündən bu yana həyatını itirən jurnalistlərin sayının 232-yə yüksəldiyi qeyd edilib.
Bəyanatda Qəzzada jurnalistlərin sistematik şəkildə öldürülməsi “ən sərt şəkildə” pislənilib və Beynəlxalq Jurnalistlər Federasiyası, Ərəb Jurnalistlər Birliyi və dünya üzrə bütün media qurumlarını Qəzza zolağında fələstinli mətbuat nümayəndələrinə qarşı törədilən sistematik cinayətləri pisləməyə çağırıb.
“Biz İsrail işğalını, ABŞ administrasiyasını və soyqırım cinayətində şərik olan Böyük Britaniya, Almaniya və Fransa kimi ölkələri bu iyrənc və amansız cinayətlərə görə tam məsuliyyət daşıyırıq”, – deyə bəyanatda bildirilir.