Antalyanın Aksu, Muratpaşa və Manavqat rayonlarında meşə sahələrində baş verən yanğınlarla havadan və qurudan mübarizə aparılır.
Avropa.info xəbər verir ki, Aksuda Kurşunlu məhəlləsində, Muratpaşada Güzeloba məhəlləsində və Manavgatda Güzelyalı məhəlləsində hələ məlum olmayan səbəblərdən meşəlik ərazilərdə yanğınlar baş verib.
Xəbərdarlıqdan sonra yanğının söndürülməsi üçün rayonlara 8 helikopter, 32 su maşını, 2 tikinti maşını, 186 meşə təsərrüfatı işçisi və İl Polis İdarəsinin TOMA-ları göndərilib.
Polis qruplarının verdiyi açıqlamadan sonra, alov yaşayış məntəqələrinə yaxın olduğu üçün Aksu və Muratpaşa rayonlarında evlər boşaldılıb.
Havadan və qurudan mübarizə aparılan yanğınların qarşısının alınması istiqamətində işlər davam etdirilir.