Suveren dövlət olaraq Azərbaycan Respublikasında uşaq hüquqları Konstitusiya, müvaqif qanunvericilik aktları və beynəlxalq normalarla qorunur. Ölkəmizdə 2025-ci il Konstitusiya və Suverenlik ili kimi qeyd olunur, bu da uşaq hüquqlarının təbliğinə xüsusi önəm verir.
Avropa.info xəbər verir ki, bu məqsədlə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və Milli Ədəbiyyatın Təbliği şöbəsi “Uşaqların sosial hüquqları və suverenlik” mövzusunda tövsiyə biblioqrafiyası hazırlayaraq virtual oxucuların istifadəsinə təqdim edib.
Biblioqrafik vəsaitdə uşaq hüquqlarının mahiyyəti, respublikamızda bu hüquqların qorunması sahəsində mövcud vəziyyət, beynəlxalq və yerli rəsmi sənədlər, qanunvericilikdə əks olunmuş müddəalar və bu istiqamətdəki çağırışlar əhatə olunub. Həmçinin 8 adda kitab və 18 adda dövri mətbuat materialının biblioqrafik və tam mətnli təsvirləri sistemləşdirilmiş şəkildə təqdim edilib. Əsas məqsəd uşaqların sosial hüquqlarına dair maarifləndirmə aparmaq, onların hüquqi biliklərini artırmaq və bu sahədə mövcud resursları sistemli şəkildə təqdim etməkdir.
Biblioqrafik mənbə ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/milli-edebiyyat/tovsiye-biblioqrafiyasi/usaqlarin-sosial-huquqlari-v-suverenlik