İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin şimalında yerləşən Nablus şəhərinə basqın edərək şəhərdəki iki xəstəxananı mühasirəyə alıb.
Avropa.info xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA İsrail qüvvələrinin Nablus şəhərinə basqın etdiyini bildirib.
İsrail qüvvələrinin şəhərdəki Rafidya xəstəxanasını mühasirəyə aldıqları, təcili yardım otağının girişlərinin yaxınlığında mövqe tutduqları və səs bombaları atdıqları bildirilib. İsrail qüvvələrinin Ərəb İxtisaslaşdırılmış Xəstəxanasını da mühasirəyə aldığı da bildirilib.
Şahidlər həmçinin bildiriblər ki, İsrail hərbi maşınları Rafidya və Ərəb İxtisaslaşdırılmış Xəstəxanalarına doğru hərəkət edərək Nablus şəhərinə basqın edib və iki xəstəxananı mühasirəyə alıb.