Ermənistnın Baş naziri Nikol Paşinyan iyulun 22-də katolikos II Qreginin Eçmiədzindəki iqamətgahına doğru yürüş keçirməyi planlaşdırır.
Avropa.info xəbər verir ki, bu barədə “Hraparak” mənbələrə istinadən məlumat yayıb.
“Mülki Müqavilə Partiyasının tərəfdarlarını və üzvlərini toplayan Paşinyan katolikosun iqamətgahına yürüş keçirmək niyyətindədir. Tarix təsadüfən seçilməyib – Baş nazir iyulun 18-dən 23-dək məzuniyyətdədir. Paşinyan aksiyanın ssenarilərini şəxsən müzakirə edib və onu öz aparat rəhbəri Araik Arutyunyanla razılaşdırıb. Mütəşəkkil qrupların, mülki geyimli polislərin və təhlükəsizlik qüvvələrinin iştirakı ilə din adamlarının mümkün müqavimətinin yatırılacağı gözlənilir”, – mənbə bildirib.