14 - 11 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Netenyahu Trampın Suriya vizyonunu “baltalayır” – Bütün yollar Dəməşqə aparır!

İyul 18, 2025
Manşet, Redaktorun Seçimi, Siyasət
A A

İsrail və ABŞ-ın Suriyada fərqli yollarla irəlilədiyi müşahidə edilir. Müttəfiqlər hələlik bölgə siyasəti ilə bağlı açıq toqquşma həddinə gəlməyiblər, ancaq ekspertlərin fikirincə Netenyahunun atdığı addımlar Trampın yeni Suriya vizyonuna zərbə vura bilər.

Avropa.info-nun məlumatına görə, İsrail çərşənbə günü Dəməşqi bombalayıb, müdafiə nazirliyinin bir hissəsini partladıb və prezident sarayının yaxınlığında zərbələr endirib. Tel-Əviv hücumlarını Suriyadakı dürzi azlığını qorumaq cəhdi olaraq təqdim edir. Netenyahu kabineti İsrailin Suriyaya hücumunu 150 min sayı olan dürzilərin çağırışı ilə həyata keçirdiyini iddia edir.

İsraillə yaxın əlaqələri ilə tanınan məşhur suriyalı dürzi Şeyx Hikmət əl-Həcri isə Tel-Əvivi dəstəyə çağırıb. Lakin Suriyanın əksər dürzi liderləri İsrailin müdaxiləsini rədd edirlər.

  ABŞ “bütün yollar Dəməşqə çıxır” deyir, İsrail nə istəyir?

İsrailin özünü Suriyanın cənubundakı bir bölgədə dürziləri qoruyan dominant güc kimi göstərməsi Tramp administrasiyasının baxışı ilə ziddiyyət təşkil edir. ABŞ bu ilin əvvəlində İsrailin Suriyanın şimal-şərqində əlavə qoşun yerləşdirilməsi tələbini rədd edib.

Tramp administrasiyası Suriyadakı hərbi mövcudluğunu azaltmaq və Dəməşqin NATO üzvü Türkiyə, nağd pulla zəngin Qətər və Səudiyyə Ərəbistanı kimi ABŞ müttəfiqləri tərəfindən dəstəklənən mübahisəsiz bir güc mərkəzinə çevrilməsini təmin etmək istəyir. Trampın milyarder dostu, ABŞ-ın Ankaradakı səfiri Tom Barrak ötən həftə bununla bağlı aydın mesajlar verdi.

 Tom Barrak

“Dürzilər, ələvilər, kürdlər dövlət istəyirlər. Ancaq bütün yollar Dəməşqə aparır”, – deyə Barrak Suriyanın ərazi bütövlüyünün qorunacağı mesajını verib.

Ekspertlərin fikirincə, Tramp administrasiyası Suriyada Türkiyə istisna heç bir xarici hərbi qüvvənin olmasında maraqlı deyil. Vaşinqton bu ilin əvvəlində İsrailin Suriyanın içərilərinə doğru irəliləməsinin qarşısının alınması və Ankara ilə Tel-Əviv arasında münaqişəsiz bölgə qurma səylərində başarılı oldu.

Tramp üçün Körfəz investisiyaları və Türkiyənin dəstəyini, Suriya ilə İsrail arasında münasibətlərin normallaşması tamamlayır. May ayında Tramp Riyadda Şaraa ilə keçirdiyi görüşdə Suriya liderindən ərəb ölkələri ilə İsrail arasında imzalanması nəzərdə tutulan İbrahim Anlaşmalarına qoşulmasını istəyib. Tramp bu sazişləri özünün xarici siyasətinin əsas nailiyyətlərindən biri hesab edir.

ABŞ-ın Türkiyədəki səfiri Barrak isə “The New York Times” qəzetinə deyib ki, ABŞ Türkiyənin ən yaxın müttəfiqi olan Azərbaycanda İsrail ilə Suriya hökuməti arasında aparılan danışıqları dəstəkləyib. Məlumatlara görə daha öncə Birləşmiş Ərəb Əmirlikləri də iki ölkə arasında danışıqlara vasitəçilik edib.

Ancaq, Trampın bütün diplomatik səylərindən sonra İsrailin anidən Suriyanı bombalaması danışıqların kövrəkliyinə işarət etməklə yanaşı, Vaşinqton və Tel-Əvivin gündəmlərinin də fərqli olduğunu göstərir. Ekspertlərin fikirincə, İsrailin hücumları Trampın səylərini birbaşa rədd edir. ABŞ və ərəb diplomatları da bildiriblər ki, İsrailin suriyalılarla danışıqlar apararkən Dəməşqi bombalaması ABŞ və Tel-Əviv arasındakı fikir ayrılığını əks etdirir.

Keçmiş İsrail diplomatı Alon Pinkas ingilis mediasına açıqlamasında Dəməşqlə Tel-Əviv arasındakı normallaşma cəhdlərinin absurd olduğunu bildirib. “Netanyahunun nəzərində Suriya dövlətini zəiflətmək istənilən normallaşmadan daha vacibdir”, – deyə keçmiş diplomat qeyd edir.

Amerikalı siyasətçilər Trampın Türkiyə və Səudiyyə Ərəbistanının dəstəyi ilə Şaraa hökumətinə şans tanıdığını, ancaq İsrailin bundan məmnun olmadığını bildirirlər. Respublikaçı konqresmen Joe Wilson çərşənbə günü “İsrailin lazımsız hücumları dərhal dayandırılmalı” olduğunu bildirib. O, bu hücumları “İsrail üçün intihar” adlandırıb.

ABŞ diplomatları Dəməşq və Tel-Əviv arasındakı normallaşma yolunda ilk addımın iki ölkənin sərhədləri boyunca bufer zonası yaradan 1974-cü ildə imzalanmış geri çəkilmə sazişinin bərpası olacağını bildirirlər.

Avropa.info-nun Analitik Qrupu

Əvvəlki Yazı

İvestorlar Trampın Rusiyaya qarşı sərt ikinci dərəcəli sanksiyalar tətbiq etmək hədələrinə inanmırlar

Növbəti Yazı

Respublika Gənclər Kitabxanasında Nizamişünas, professor Xəlil Yusiflinin xatirəsi yad edilib

XƏBƏR LENTİ

Azərbaycanli tələbələr Moldovada saxlanildi -Fotolar

Azərbaycanli tələbələr Moldovada saxlanildi -Fotolar

13 Noyabr 2025 / 13:30
29
Rəşid Behbudovun kürəkəni sabiq nazirə: “Ramiz Mehdiyev ilə…”

Rəşid Behbudovun kürəkəni sabiq nazirə: “Ramiz Mehdiyev ilə…”

13 Noyabr 2025 / 13:19
47
Prezident İlham Əliyev İndoneziya Prezidentini təbrik edib

Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə keçib

13 Noyabr 2025 / 10:39
41
Respublika Gənclər Kitabxanasında 12 noyabr Konstitusiya Günü ilə əlaqədar virtual sərgi hazırlanıb

Respublika Gənclər Kitabxanasında 12 noyabr Konstitusiya Günü ilə əlaqədar virtual sərgi hazırlanıb

12 Noyabr 2025 / 14:33
22
“Nar” zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd etdi – Fotolar

“Nar” zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd etdi – Fotolar

08 Noyabr 2025 / 10:02
10
“Zəfər sənə yaraşır, Azərbaycan!” adlı rəsm sərgisi Zəfər Gününə həsr olunaraq keçirilib

“Zəfər sənə yaraşır, Azərbaycan!” adlı rəsm sərgisi Zəfər Gününə həsr olunaraq keçirilib

08 Noyabr 2025 / 9:55
48
Şuşanın azad olunmasından beş il ötür

Şuşanın azad olunmasından beş il ötür

08 Noyabr 2025 / 0:06
4
Azərbaycan Zəfər Gününü qeyd edir

Azərbaycan Zəfər Gününü qeyd edir

08 Noyabr 2025 / 0:03
5
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Zəfər Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Zəfər Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

07 Noyabr 2025 / 19:21
30
Respublika Gənclər Kitabxanasında 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə silsilə materiallar hazırlanıb

Respublika Gənclər Kitabxanasında 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə silsilə materiallar hazırlanıb

07 Noyabr 2025 / 19:14
32
Zəfər Gününə həsr olunmuş silsilə kitab icmalları keçirilib-Fotolar

Zəfər Gününə həsr olunmuş silsilə kitab icmalları keçirilib-Fotolar

07 Noyabr 2025 / 19:09
38
Bakcell abunəçisi 1 AZN-lə lüks avtomobil sahibi oldu

Bakcell abunəçisi 1 AZN-lə lüks avtomobil sahibi oldu

07 Noyabr 2025 / 16:52
28
“Nar”da növbəti avtomobil qalibi bəlli olacaq – Həyəcan dolu anlar bu axşam

“Nar”da növbəti avtomobil qalibi bəlli olacaq – Həyəcan dolu anlar bu axşam

07 Noyabr 2025 / 14:07
15
“Nar”ın “Çoox Şanslı” lotereyasının ilk avtomobil qalibi sükan arxasında

“Nar”ın “Çoox Şanslı” lotereyasının ilk avtomobil qalibi sükan arxasında

07 Noyabr 2025 / 14:06
10
“Nar”a yeni baş icraçı direktor təyin olundu

“Nar”a yeni baş icraçı direktor təyin olundu

07 Noyabr 2025 / 14:04
37
“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi!

“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi!

07 Noyabr 2025 / 14:01
10
Həyəcan davam edir – sən də “Zeekr 001” qalibi ola bilərsən!

Həyəcan davam edir – sən də “Zeekr 001” qalibi ola bilərsən!

07 Noyabr 2025 / 13:53
14
“Nar” “Çoox Şanslı” lotereyasına start verdi

“Nar” “Çoox Şanslı” lotereyasına start verdi

07 Noyabr 2025 / 13:51
8
Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

07 Noyabr 2025 / 13:48
13
Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!

Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!

07 Noyabr 2025 / 13:45
12
Bakcell süni intellekti ilk avtomobil qalibini seçdi!

Bakcell süni intellekti ilk avtomobil qalibini seçdi!

07 Noyabr 2025 / 13:43
10
Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

07 Noyabr 2025 / 13:40
9
“Bakcell” lotereyasında “Zeekr 001” üçün geri sayım başladı

“Bakcell” lotereyasında “Zeekr 001” üçün geri sayım başladı

07 Noyabr 2025 / 13:34
8
Bakcell-in meqa lotereyasının ilk qalibi bəlli oldu!

Bakcell-in meqa lotereyasının ilk qalibi bəlli oldu!

07 Noyabr 2025 / 13:31
15
“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu – FOTO

“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu – FOTO

07 Noyabr 2025 / 13:29
10
“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu

“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu

07 Noyabr 2025 / 13:26
14
“Bakcell” 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı

“Bakcell” 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı

07 Noyabr 2025 / 13:21
13
“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib – Fotolar

“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib – Fotolar

07 Noyabr 2025 / 13:19
16
“Nar”ın rəhbərliyində dəyişiklik olub

“Nar”ın rəhbərliyində dəyişiklik olub

07 Noyabr 2025 / 13:15
13
“Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

“Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

07 Noyabr 2025 / 13:12
14
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.