09 - 02 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Suriya mənbələri İsraillə Bakı görüşünü təsdiqləyir! – Dəməşqlə Tel-Əviv arasında “böyük uçurum” – Kim, nədən vaz keçmir ?

İyul 14, 2025
Manşet, Redaktorun Seçimi, Siyasət
A A

Suriyalı adı açıqlanmayan bir rəsmi Qərb mediasına açıqlamasında Dəməşqli siyasətçilərin Azərbaycanın paytaxtı Bakıya səfəri çərçivəsində İsrail rəsmiləri ilə üç görüş keçirdiklərini təsdiqləyib.

Avropa.info xəbər verir ki, Əsəd rejiminin devrilməsindən sonra İsrail qüvvələrinin Suriyanın cənubuna daxil olma ehtimalının müzakirə olunduğu görüşlərdə Suriya prezidenti Əhməd əl Şaraa iştirak etməyib. Ancaq, Suriya xarici işlər naziri Əsəd Şeybaninin qatıldığı görüşlərdə, İsrail tərəfindən baş nazir Netenyahunun xüsusi təmçilsiçi ilə yanaşı kəşfiyyat bürokratları iştirak edib.

Suriya Prezident Administrasiyasından verilən məlumata görə, Əl-Şaraa iyulun 12-də Bakıda rəsmi səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Azərbaycan Türkiyə vasitəsilə Suriyaya qaz ixracına başlayacağını açıqlayıb.

Adı açıqlanmayan Dəməşq rəsmisinin AFP-yə bildirdiyinə görə, Bakı danışıqlarında İsrailin son 7 ayda işğal etdiyi ərazilər əsas müzakirə mövzusu olub. Dəməşq rəsmi olaraq birbaşa danışıqlar barədə bəyanat yaymasa da, İsraillə dolayı danışıqların aparıldığını etiraf edib. Bu danışıqlar keçən ilin sonlarında Suriyanın hərbi arsenalına yüzlərlə hücumlar təşkil edərək ölkənin cənubunu işğal edən İsraillə artan gərginliyi cilovlamaq məqsədi daşıyır.

Dəməşq İsraillə dolayı danışıqların məqsədini hərbi əməliyyatların dayandırılması və Birləşmiş Millətlər Təşkilatının (BMT) qüvvələrinin nəzarəti altında iki tərəf arasında silahsızlaşdırılmış zonaya nəzarət etmək məqsədi ilə 1974-cü il Müqaviləyə qayıtmaq ilə əlaqələndirir.

İki ölkə arasındakı Bakı danışıqları ilə bağlı ərəb mediasına danışan mənbələr isə mövqelər arasında “böyük uçurum” olduğunu və İsrailin dərin normallaşmaya getmək istəmədiyini bildirir. Dəməşq tərəfi İsrailin son 7 ayda işğal etdiyi ərazilərlə yanaşı, Colan təpələrindən də çəkilməsini tələb edir. İsrail isə Colan təpələri ilə yanaşı, son 7 ayda işğal etdiyi bəzi ərazilərdən, o cümlədən Şeyx dağları və daha 9 bölgədən çıxmaq tələblərini rədd edir.

Eyni mənbələr, İsrailin Suriyanın normallaşmanın “qismən” dərəcədə məhdudlaşdırılması və Bəşər Əsəd rejiminin devrilməsindən sonra işğal etdiyi ərazilərdən çəkilmə ilə məhdudlaşması ilə bağlı mövqeyini rədd etdiyini və bu ərazilərin böyük bir hissəsini saxlamaq müqabilində daha da normallaşmaya çalışdığını bildirib. Mənbələr İsrailin Şeyx dağları və şərq Colan təpələrində işğal etdiyi 9 ərazini saxlamaqda israrlı olduğunu vurğulayıb.

İsrail bir neçə suriyalı tərəfin Qolan təpələrində yəhudi yaşayış məntəqələrinə hücum etmək niyyətində olduğuna dair məlumatlara malik olduğunu iddia edib. O, iddia edib ki, bu məlumat İsrail ordusu tərəfindən son həftələrdə Suriyanın daxili bölgələrində həyata keçirilən həbslər ilə təsdiqlənib və İrana bağlı silahlı birləşmələrin üzvləri Suriyanın cənubunda fəaliyyət göstərən cihadçı qruplarla əməkdaşlıq edərək yaşayış məntəqələrinə hücumlar planlaşdırdıqlarını etiraf ediblər.

İsrail mənbələri isə təsdiqləyirlər ki, Suriya hökuməti hazırda İsraillə “təcavüzün qarşılıqlı dayandırılmasına” zəmanət verən təhlükəsizlik sazişində maraqlıdır. Lakin İsrail, hətta münasibətlərin müəyyən qədər normallaşması ilə bağlı olsa belə, geri çəkilməyi rədd edir. İsrail ordusu Suriya ilə “yeni təhlükəsizlik doktrinası” hazırlayıb və bu doktrinada üç zona nəzərdə tutulur: birincisi İsrail Colan təpələrində böyük hərbi qüvvə və ağır istehkamlar yerləşdirəcək; ikincisi, sərhəd boyu 3-5 kilometr enində təhlükəsizlik zolağının yaradılması, bu zonada silahlı şəxslərin olması qadağandır; üçüncüsü, Dəməşqdən cənuba və cənub-qərbə qədər uzanan hərbsizləşdirilmiş zona.

Bu “təhlükəsizlik zonası” daxilində 9 möhkəmləndirilmiş hərbi baza quran İsrail bu bazaların daimi olmasını israr edir. Suriya tərəfi isə bu tələbləri qəti şəkildə rədd edir.

Avropa.info Analitik Qrupu

Əvvəlki Yazı

İran: BMT sanksiyalarının bərpası mexanizmi işə salınarsa, biz buna cavab verəcəyik

Növbəti Yazı

ABŞ-da qocalar evində baş verən yanğında 9 nəfər ölüb

XƏBƏR LENTİ

“Bütöv Azərbaycanda Gənclik” sərgisi – Gənclərin yaradıcılıq gücü bir arada

“Bütöv Azərbaycanda Gənclik” sərgisi – Gənclərin yaradıcılıq gücü bir arada

07 Fevral 2026 / 13:02
55
Naxçıvanın muxtariyyət statusu ilə bağlı mülahizələr

Naxçıvanın muxtariyyət statusu ilə bağlı mülahizələr

06 Fevral 2026 / 15:53
136
Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!

Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!

06 Fevral 2026 / 11:46
5
Tarixi ədalətin bərpası prezident İlham Əliyevin qətiyyətli mövqeyi və siyasəti nəticəsində mümkün oldu

Tarixi ədalətin bərpası prezident İlham Əliyevin qətiyyətli mövqeyi və siyasəti nəticəsində mümkün oldu

05 Fevral 2026 / 23:04
69
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir – Gənclərin nəzərinə

İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir – Gənclərin nəzərinə

03 Fevral 2026 / 14:06
8
Respublika Uşaq Kitabxanasında  “Sağlam Gənclik – Güclü Gələcək” adlı tədbir keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında “Sağlam Gənclik – Güclü Gələcək” adlı tədbir keçirilib-Fotolar

02 Fevral 2026 / 20:20
95
“Zal qızı Zalxa” tamaşasının premyerası alqışlarla qarşılandı – FOTOLAR

“Zal qızı Zalxa” tamaşasının premyerası alqışlarla qarşılandı – FOTOLAR

01 Fevral 2026 / 17:04
17
Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

01 Fevral 2026 / 16:54
32
Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

30 Yanvar 2026 / 18:44
7
Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

30 Yanvar 2026 / 18:26
6
İranın təhdid ritorikası: Azərbaycan niyə ön plandadır? – ŞƏRH

İranın təhdid ritorikası: Azərbaycan niyə ön plandadır? – ŞƏRH

30 Yanvar 2026 / 18:23
7
Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat alacaq

Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat alacaq

30 Yanvar 2026 / 17:46
9
Prezident səfiri geri çağırdı – FOTO

Prezident sərəncam imzaladı – Bu gənclər mükafatlandırıldı – ADLAR

30 Yanvar 2026 / 16:29
6
Azərbaycan dünyada idman ölkəsi kimi tanınmaqdadır

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqləndi

30 Yanvar 2026 / 16:26
3
“Qarabağ”ın rəqibi müəyyənləşdi

“Qarabağ”ın rəqibi müəyyənləşdi

30 Yanvar 2026 / 15:25
3
Onlara pulsuz mənzil veriləcək – Sadəcə bu sənədlər lazımdır

Bu il Bakıda mənzillərin qiyməti bahalaşacaq? – AÇIQLAMA

30 Yanvar 2026 / 15:12
6
“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

30 Yanvar 2026 / 14:16
4
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

30 Yanvar 2026 / 14:04
6
Nəsimi Nəbizadənin qaçdığı Reabilitasiya Mərkəzinin rəhbəri TUTULDU – YENİLƏNİB

Nəsimi Nəbizadənin qaçdığı Reabilitasiya Mərkəzinin rəhbəri TUTULDU – YENİLƏNİB

30 Yanvar 2026 / 12:55
3
Konstitusiya Məhkəməsi pensiya stajı ilə bağlı QƏRAR VERDİ

Konstitusiya Məhkəməsi pensiya stajı ilə bağlı QƏRAR VERDİ

30 Yanvar 2026 / 11:58
5
Kitab Bağışlama Günü münasibətilə “Bir kitapb, bir sevgi” adlı kitab bağışlama aksiyasına start verilir

Kitab Bağışlama Günü münasibətilə “Bir kitapb, bir sevgi” adlı kitab bağışlama aksiyasına start verilir

28 Yanvar 2026 / 14:51
39
Qubadlı rayonunun icra başçısının ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi – FOTOLAR

Qubadlı rayonunun icra başçısının ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi – FOTOLAR

27 Yanvar 2026 / 19:31
9
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!

Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!

27 Yanvar 2026 / 19:21
6
“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

26 Yanvar 2026 / 17:39
4
“Yeni Üfüq”: gənclər üçün bərabər imkanlar və dayanıqlı gələcək

“Yeni Üfüq”: gənclər üçün bərabər imkanlar və dayanıqlı gələcək

24 Yanvar 2026 / 14:17
49
“Qanla Yazılan Tarix: 20 Yanvar”

“Qanla Yazılan Tarix: 20 Yanvar”

17 Yanvar 2026 / 20:51
43
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

16 Yanvar 2026 / 19:11
9
Ehtiram Mehtiyev: “Prezident İlham Əliyev bu müzakirələrdə qalib lider, regional təhlükəsizliyin təminatçısıdir”

Vaxt gələcək Ermənistan hökuməti Azərbaycan xalqından üzr istəyəcək – Ehtiram Mehtiyev

16 Yanvar 2026 / 16:57
145
Təhsil, yaddaş və şəxsiyyət: Fazil Abasquluzadə nümunəsində Şurnuxu məktəbi

Təhsil, yaddaş və şəxsiyyət: Fazil Abasquluzadə nümunəsində Şurnuxu məktəbi

16 Yanvar 2026 / 16:00
55
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib – FOTO

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib – FOTO

15 Yanvar 2026 / 20:15
8
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.