15 - 11 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Dünya

Əsası miladdan öncə qoyulan ilk şəhərin unikal xüsusiyyətləri

İyul 14, 2025
Dünya
A A

Türkiyədə davam edən arxeoloji qazıntılar, bərpa işləri və elmi tədqiqatlar ölkənin tarixi irsini daha dərindən anlamağa imkan yaradır.

Avropa.info xəbər verir ki, bu yaxınlarda aparılmış irimiqyaslı genetik araşdırma göstərib ki, Mərkəzi Türkiyədə yerləşən Neolitik dövrə aid Çatalhöyük məskəni qadın nəsil xəttinə əsaslanan bir cəmiyyət quruluşuna malik olub. Bu nəticə qədim aqrar toplumlarda qadınların nə dərəcədə mərkəzi rola sahib olduğunu aydın şəkildə göstərir.

Tədqiqatlar həmçinin zamanla dəyişən qohumluq münasibətlərini izləyərək sosial normaların əsrlər boyu necə təkamül keçirdiyini üzə çıxarıb. Bu gün Çatalhöyük dünyanın ilk şəhəri kimi tanınır. Burada ətraf kəndlərin birləşərək mərkəzləşmiş bir yaşayış məntəqəsi yaratması şəhər sivilizasiyasının əsasını qoyub – bu da sonradan bütün müasir dünyanın inkişafına təkan verən dönüş nöqtəsi olub.

UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilən və bugünkü Konya vilayətində yerləşən Çatalhöyük unikal xüsusiyyətləri ilə seçilir. Onlardan biri də evlərin altında dəfn ənənəsidir – insanlar birbaşa yaşadıqları məkanın altına basdırılırdı. “Science” jurnalında dərc olunan və 12 il davam edən genişmiqyaslı araşdırma bu dəfnlər əsasında aparılıb. Tədqiqat Türkiyə və 10 başqa ölkədən olan 47 genetik, arxeoloq və bioantropoloqun birgə əməkdaşlığı ilə həyata keçirilib və qohumluq bağları, qadın və kişi rolları barədə maraqlı nəticələr ortaya qoyub.

Tədqiqat çərçivəsində eramızdan əvvəl 8000–5800-cü illər arasında yaşamış 395 fərdin skelet qalıqları analiz olunub və 35 evdə dəfn edilən 131 nəfərin DNT-si uğurla deşifrə edilib. Genetik müqayisələr göstərib ki, Çatalhöyükdə ailə üzvləri arasında ana xətti ata xəttindən daha mühüm bağ rolunu oynayıb. Hər bir evdə qadınların ailənin əsas dayağı olduğu, kişilərin isə daha çox başqa yerə köç etdikləri ehtimal olunur. Qız uşaqlarının məzarlarında oğlanlarla müqayisədə daha çox dəfn əşyalarının olması da bu fərqi təsdiqləyir.

Bu nəticələr sübut edir ki, Avropadakı Neolitik məskənlərdə, hansıların ki mənşəyi Anadoludan gəlir. Rast gəlinən kişi üstünlüklü sosial quruluşlar, əslində erkən aqrar cəmiyyətlər üçün xarakterik deyildi. Yəni qadın mərkəzli cəmiyyətlər o dövr üçün daha təbii model ola bilərdi.

Araşdırma, həmçinin, zaman keçdikcə Çatalhöyükdə qohumluq strukturunun dəyişdiyini də ortaya qoyur. İlk dövrlərdə eyni evdə dəfn olunan şəxslərin genetik baxımdan yaxın olması, bu evlərin bioloji ailə üzvləri tərəfindən istifadə edildiyini göstərir. Lakin sonrakı mərhələlərdə bu əlaqə zəifləyir və bioloji bağlılığın sosial təşkilatlanmadakı rolu arxa plana keçir. Alimlər bu dəyişikliyi mədəni amillərlə, məsələn, övladlığa götürmə və ya uşaq böyütmənin fərqli formalarının geniş yayılması ilə izah edirlər.

Çatalhöyük: Şəhərsalmanın neolitik əcdadı

Çatalhöyük, təxminən 9 min il əvvəl mövcud olmuş bir cəmiyyətə işıq salır. Bu qədim yaşayış məskəni vasitəsilə ziyarətçilər insanlıq tarixinin başlanğıcına səyahət edə bilər, burada aşkar edilən qalıqlar isə həmin dövr cəmiyyətinin nə qədər inkişaf etmiş olduğunu aydın şəkildə göstərir. Çatalhöyüyü fərqləndirən əsas cəhətlər onun geniş ərazisi, uzunömürlü yaşayışı, bir-birinə bitişik və damdan girişli ev klasterləri, habelə divar rəsmləri və relyeflərdir. Bu tapıntılar şəhərsalma, davamlı yaşayış, sosial təşkilatlanma və mədəni ənənələrə dair incə düşünülmüş yanaşmaları əks etdirir.

Ərazidə tapılmış ən simvolik artefaktlardan biri də çoxsaylı qadın fiqurlarından ibarət kolleksiyadır. Bu fiqurlar geniş şəkildə Ana Tanrıça kultunun və matriarxal cəmiyyətin mümkün izləri kimi şərh olunur. Çatalhöyükdə tapılan qadın fiqurları və digər zəngin tapıntıların əhəmiyyətli bir hissəsi bu gün Ankaradakı Anadolu Sivilizasiyaları Muzeyində nümayiş etdirilsə də, məhz bu qədim məskənin özündə gəzmək, insan həyatının ilk izlərinin müşahidə edildiyi yerlərdə addımlamaq xüsusi bir təəssürat yaradır.

Türkiyə isə mədəni irsin qorunmasına sadiq qalaraq 2023-cü ildə Çatalhöyükdə müasir informasiya və ziyarətçi mərkəzinin açılışını edib. Arxeoloji sahənin özündə yerləşən bu mərkəz interaktiv panellər və təsirli multimedia qurğuları ilə Çatalhöyük haqqında hərtərəfli məlumat verir və ziyarətçilərə qədim cəmiyyətin həyatına vizual səyahət imkanı yaradır.

Lakin Çatalhöyük tək deyil, Türkiyədə arxeoloji fəaliyyətlər geniş vüsət alıb. “Gələcək üçün irs” layihəsi çərçivəsində ölkə üzrə qazıntılar və bərpa işləri mövsüm və bölgə fərqi olmadan davam etdirilir. 2024-cü il Türkiyə tərəfindən “Arxeologiyanın Qızıl Dövrü” elan olunub və aparılan arxeoloji işlərin sayı 765-ə çatdırılıb. Bu rəqəmin 2026-cı ilədək 800-ə yüksələcəyi gözlənilir.

Əvvəlki Yazı

ABŞ Zəngəzur dəhlizini 100 illik icarəyə götürmək istəyir… – Bakı və İrəvan Türkiyənin hansı təklifini dəstəkləyib?

Növbəti Yazı

İki dövlətli həll prosesində yeni ADDIMLAR: Nyu-Yorkda sərt mesajlar veriləcək

XƏBƏR LENTİ

Zaqatala sakini “Nar”dan avtomobil qazandı

Zaqatala sakini “Nar”dan avtomobil qazandı

14 Noyabr 2025 / 1:24
6
Azərbaycanli tələbələr Moldovada saxlanildi -Fotolar

Azərbaycanli tələbələr Moldovada saxlanildi -Fotolar

13 Noyabr 2025 / 13:30
30
Rəşid Behbudovun kürəkəni sabiq nazirə: “Ramiz Mehdiyev ilə…”

Rəşid Behbudovun kürəkəni sabiq nazirə: “Ramiz Mehdiyev ilə…”

13 Noyabr 2025 / 13:19
49
Prezident İlham Əliyev İndoneziya Prezidentini təbrik edib

Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə keçib

13 Noyabr 2025 / 10:39
41
Respublika Gənclər Kitabxanasında 12 noyabr Konstitusiya Günü ilə əlaqədar virtual sərgi hazırlanıb

Respublika Gənclər Kitabxanasında 12 noyabr Konstitusiya Günü ilə əlaqədar virtual sərgi hazırlanıb

12 Noyabr 2025 / 14:33
22
“Nar” zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd etdi – Fotolar

“Nar” zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd etdi – Fotolar

08 Noyabr 2025 / 10:02
10
“Zəfər sənə yaraşır, Azərbaycan!” adlı rəsm sərgisi Zəfər Gününə həsr olunaraq keçirilib

“Zəfər sənə yaraşır, Azərbaycan!” adlı rəsm sərgisi Zəfər Gününə həsr olunaraq keçirilib

08 Noyabr 2025 / 9:55
49
Şuşanın azad olunmasından beş il ötür

Şuşanın azad olunmasından beş il ötür

08 Noyabr 2025 / 0:06
4
Azərbaycan Zəfər Gününü qeyd edir

Azərbaycan Zəfər Gününü qeyd edir

08 Noyabr 2025 / 0:03
5
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Zəfər Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Zəfər Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

07 Noyabr 2025 / 19:21
30
Respublika Gənclər Kitabxanasında 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə silsilə materiallar hazırlanıb

Respublika Gənclər Kitabxanasında 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə silsilə materiallar hazırlanıb

07 Noyabr 2025 / 19:14
32
Zəfər Gününə həsr olunmuş silsilə kitab icmalları keçirilib-Fotolar

Zəfər Gününə həsr olunmuş silsilə kitab icmalları keçirilib-Fotolar

07 Noyabr 2025 / 19:09
38
Bakcell abunəçisi 1 AZN-lə lüks avtomobil sahibi oldu

Bakcell abunəçisi 1 AZN-lə lüks avtomobil sahibi oldu

07 Noyabr 2025 / 16:52
28
“Nar”da növbəti avtomobil qalibi bəlli olacaq – Həyəcan dolu anlar bu axşam

“Nar”da növbəti avtomobil qalibi bəlli olacaq – Həyəcan dolu anlar bu axşam

07 Noyabr 2025 / 14:07
15
“Nar”ın “Çoox Şanslı” lotereyasının ilk avtomobil qalibi sükan arxasında

“Nar”ın “Çoox Şanslı” lotereyasının ilk avtomobil qalibi sükan arxasında

07 Noyabr 2025 / 14:06
10
“Nar”a yeni baş icraçı direktor təyin olundu

“Nar”a yeni baş icraçı direktor təyin olundu

07 Noyabr 2025 / 14:04
37
“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi!

“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi!

07 Noyabr 2025 / 14:01
10
Həyəcan davam edir – sən də “Zeekr 001” qalibi ola bilərsən!

Həyəcan davam edir – sən də “Zeekr 001” qalibi ola bilərsən!

07 Noyabr 2025 / 13:53
14
“Nar” “Çoox Şanslı” lotereyasına start verdi

“Nar” “Çoox Şanslı” lotereyasına start verdi

07 Noyabr 2025 / 13:51
10
Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

07 Noyabr 2025 / 13:48
13
Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!

Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!

07 Noyabr 2025 / 13:45
12
Bakcell süni intellekti ilk avtomobil qalibini seçdi!

Bakcell süni intellekti ilk avtomobil qalibini seçdi!

07 Noyabr 2025 / 13:43
10
Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

07 Noyabr 2025 / 13:40
9
“Bakcell” lotereyasında “Zeekr 001” üçün geri sayım başladı

“Bakcell” lotereyasında “Zeekr 001” üçün geri sayım başladı

07 Noyabr 2025 / 13:34
8
Bakcell-in meqa lotereyasının ilk qalibi bəlli oldu!

Bakcell-in meqa lotereyasının ilk qalibi bəlli oldu!

07 Noyabr 2025 / 13:31
15
“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu – FOTO

“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu – FOTO

07 Noyabr 2025 / 13:29
10
“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu

“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu

07 Noyabr 2025 / 13:26
14
“Bakcell” 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı

“Bakcell” 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı

07 Noyabr 2025 / 13:21
13
“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib – Fotolar

“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib – Fotolar

07 Noyabr 2025 / 13:19
16
“Nar”ın rəhbərliyində dəyişiklik olub

“Nar”ın rəhbərliyində dəyişiklik olub

07 Noyabr 2025 / 13:15
13
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.