Avropa.info-nun məlumatına görə, ABŞ-ın Türkiyədəki səfiri, Suriya üzrə xüsusi təmsilçisi Tom Barrak cümə günü jurnalistlərə bildirib ki, Vaşinqton iki Qafqaz ölkəsi arasında uzun müddətdir dalana dirənmiş diplomatik danışıqların irəliləyişinə nail olmaq məqsədilə Azərbaycan və Ermənistan arasında planlaşdırılan nəqliyyat dəhlizini öz üzərinə götürməyi təklif edib.
Mart ayında Bakı və İrəvan sülh sazişi layihəsi ilə bağlı razılığa gəlsələr də, Azərbaycanı öz torpaqları olan Naxçıvanla, daha sonra isə Türkiyə ilə birləşdirəcək Zəngəzur zəhlizi anlaşılmamazlığı davam edir.
Azərbaycan 32 kilometrlik dəhlizin tamamilə Ermənistanın nəzarətində olmasının gələcəkdə İrəvanın məhdudiyyətsiz gəliş-gedişə zəmanət verə bilməyəcəyindən ehtiyyatlanır. Eyni zamanda, Türkiyə və Azərbaycana ərazi iddialarının olduğu mövcud Ermənistan konstitusiyası da sülh sazişinin imzalanmasına mane olan detallar arasındadır.
“Azərbaycan və Ermənistan 32 kilometrlik yol üçün mübahisə edirlər, lakin bu, əhəmiyyətsiz məsələ deyil”, – deyə Barrak Nyu-Yorkda keçirdiyi brifinqdə jurnalistlərə bildirib.
Tom Barrak
Amerikalı diplomat ölkəsinin dövriyyəyə girdiyini və 32 kilometrlik Zəngəzur dəhlizini icarəyə götürmək istədiyini qeyd edib. “İndi biz işə qarışırıq və deyirik ki, 32 kilometrlik yolu 100 illik ABŞ-a icarəyə verin, hər kəs bu yolu bərabər paylaşsın”, – deyə Barrak Trampın təklifini səsləndirib.
Avropa.info xatırladır ki, Barrakın açıqlamaları Tramp administrasiyasının neytral qarant rolunu oynayacaq ABŞ-ın özəl kommersiya operatoru vasitəsilə dəhlizi idarə etməyi təklif etdiyinin ilk rəsmi təsdiqidir. “Carnegie Endowment”in son hesabatında qeyd olunur ki, plan ABŞ-ın logistika firmasına marşrut boyunca yük daşımalarını idarə etmək və monitorinq etmək, məlumatların bütün tərəflərlə şəffaf şəkildə paylaşılmasını tapşıracaq daha öncə Avropa Birliyi tərəfindən irəli sürülən təklifə əsaslanır.
Hesabatda qeyd edilib ki, təklif Gürcüstanın separatçı regionlarında beynəlxalq nəzarət presedentlərindən istifadə etməklə Bakının güclü, uzunmüddətli təhlükəsizlik zəmanətlərinə dair tələbini ödəmək məqsədi daşıyır.
İngiltərə mediası isə Türkiyə və Azərbaycanın İranın bölgədə nüfuzunun azalması kimi regional dinamika faktorlarından istifadə etmək istədiyini bildirir. Məlumatlara görə, dəhlizi idarə edəcək özəl şirkət ideyası ilk olaraq Türkiyə tərəfindən irəli sürülüb və həm Ermənistan, həm də Azərbaycan tərəfindən dəstəklənib.
Azərbaycanla Azərbaycan arasındakı münaqişə Sovet İttifaqının dağılmasından sonra Ermənistanın Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan Azərbaycan ərazilərini işğal etməsi və soyqırımlar tərətməsi ilə bağlıdır.
2020-ci ilin sonlarında altı həftəlik müharibədən sonra Azərbaycan işğal olunmuş torpaqlarının mühüm bir hissəsini azad edib. 2023-cü ilin sentyabrında qısa müddətli antiterror əməliyyatı ilə rəsmi Bakı Xankəndi də daxil olmaqla Dağlıq Qarabağ bölgəsinin tamamında separatizmi bitirib və 2024-cü il yanvarın 1-də separatçı rejim rəsmən ləğv edilib.
Türkiyənin Ermənistanla normallaşma prosesi Azərbaycan və Ermənistan arasında sülh sazişinin mümkünlüyü ilə sıx bağlıdır. Ankara rəsmiləri müttəfiq Azərbaycanı və Ermənistanıın nəzarətindəki 32 kilometrlik ərazini Türkiyəni birbaşa Orta Asiya ilə birləşdirəcək Orta Dəhlizdə həyati bir halqa kimi görürlər.
Avropa.info-nun Analitik Qrupu