15 - 11 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Manşet

Yeni Reallıqlar: Mülahizələr və Geosiyasi Dəyərləndirmə – Azər Hüseynov yazır

İyul 12, 2025
Manşet, Redaktorun Seçimi, Siyasət
A A

Donald Trampın hakimiyyətə gəlməzdən əvvəl irəli sürdüyü vədlərin böyük bir hissəsi reallaşmadı. Bunun səbəbi kimi, bu vədlərin bəzilərinin real siyasi proqramdan çox, populist xarakter daşıması göstərilə bilər. Tramp administrasiyası Rusiya ilə münasibətləri normallaşdırmaq və Ukraynadakı müharibəni sonlandırmaq kimi bir sıra iddialarla çıxış etsə də, praktiki nəticələr əldə olunmadı.

Bunun əksinə olaraq, onun xarici siyasət kursunda əsas diqqət Yaxın Şərqə yönəldi. Tramp dövründə İsrailin regional təhlükəsizliyini gücləndirmək məqsədilə ərəb ölkələri ilə diplomatik təmaslar intensivləşdirildi. Bu siyasət nəticəsində bölgədə mühüm siyasi dəyişikliklər baş verdi. Ən önəmli hadisələrdən biri, Suriyada Bəşər Əsəd hakimiyyətinin süqutu və bölgədə yeni siyasi konfiqurasiyanın formalaşması oldu. Hazırda Suriya öz daxili yenidənqurma prosesinə fokuslanmış, beynəlxalq aləmdə isə yeni imic formalaşdırmaq cəhdində olan bir ölkədir.

Dövlət institutlarının tam formalaşmaması səbəbilə, Suriyanın aktiv xarici siyasət yürütmək imkanları da məhduddur. Bu vəziyyət dolayısı ilə İsrail üçün müəyyən obyektiv təhlükəsizlik tamponu yaradır. Digər tərəfdən, Fələstin məsələsi kritik mərhələyə daxil olmuşdur. Qəzza zolağında İsrailin hərbi əməliyyatları nəticəsində humanitar böhran yaşanmaqda davam edir. Hərçənd İsrail hələlik hərbi-siyasi hədəflərinə tam nail ola bilməyib, bölgədə gərginlik yüksəlməkdədir. Bu kontekstdə HƏMAS müəyyən mərhələdə atəşkəsə gedərsə, əhəmiyyətli hadisə sayıla bilər, lakin bu, ehtiyatlı yanaşmanı arxa plana keçirməməlidir.

Geniş mənada, Qərbin bölgədəki əsas strateji məqsədlərindən biri də Türkiyənin gələcəkdə sivil və siyasi separatçılıqla üz-üzə qalmasını təmin etmək və onun federallaşmasına zəmin hazırlamaq ola bilər. Bu ssenarilər xüsusilə Suriyadakı kürd qurumları vasitəsilə həyata keçirilə bilər və Ankara bu planlara qarşı hazır olmalıdır. Ona görə də, hər nə qədər PKK-nın silahları yandırması önəmlidirsə, o qədər də diqqət çəkir.

Bu məsələlərə uzunmüddətli perspektivdə baxmaq lazımdır. İran–İsrail qarşıdurması fonunda isə görünür ki, Tehranın çoxsaylı sanksiyalara rəğmən, ballistik raket proqramını ciddi şəkildə inkişaf etdirməsi mümkün olmuşdur. İsrailə qarşı endirilən zərbələr, İranın regional hərbi potensialının əhəmiyyətli bir göstəricisidir. Lakin İranın zəif tərəfləri də vardır – xüsusilə radiolokasiya sistemlərinin geriliyi və daxildə dərin kəşfiyyat sızmalarının mövcudluğu. Mossad kimi qurumların İran daxilində apardığı effektiv əməliyyatlar bunu sübut edir.

Bu mürəkkəb konfiqurasiya fonunda Azərbaycan Prezidenti İlham Əliyevin son dövrlərdə region dövlətlərinə etdiyi səfərlər, xüsusilə də Ermənistan rəhbərliyi ilə baş tutan yüksək səviyyəli təmaslar, ölkəmizin regional güc olaraq artan əhəmiyyətini bir daha göstərdi. Azərbaycan rasional və balanslı xarici siyasət yürütməklə həm regional sabitliyi qorumağa, həm də öz milli maraqlarını təmin etməyə çalışır. Azərbaycan həm regional balansı qorumağa çalışır, eyni zamanda dövlət məsuliyyəti ilə hərəkət edərək güclü dövlət imicini qorumaq istəyir. Buna görə də, bir sıra hallarda kəskin reaksiya vermək, digər hallarda isə təmkinli davranmaq yolunu tutur. Digər tərəfdaşları ilə birlikdə Rusiyanın bölgədə zəiflədilməsi kursunu götürür.

Rusiya amilinə gəldikdə isə, bu ölkənin Cənubi Qafqazda zəifləməsi müəyyən imkanlar yaratsa da, bu prosesə yalnız emosional prizmalardan yanaşmaq doğru olmaz. Rusiya tarixən “fors-major” şəraitində belə sürətlə yenidən təşkilatlanma bacarığına malik bir dövlətdir. 1920-ci ildəki süqutdan dərhal sonra yeni sistem quraraq regional işğallara imza atması buna nümunədir. Bu baxımdan, Azərbaycan Rusiya ilə münasibətlərdə soyuqqanlı və rasional yanaşma sərgiləməlidir. Təbii ki, Rusiyada azərbaycanlıların hüquqlarının qorunması siyasəti davam etdirilməli və inkişaf etdirilməlidir. Bunun üçün isə ilk öncə Rusiya Azərbaycan icmasının mənəvi-ruhani vahidliyi və millilik simasının gücləndirilməsi, hüquqi savadlanması və təşkilatlanması, dövlət, media və elmi-təhsil sistemində şəbəkə halına gəlməsi lazımdır. Çünki bəlli həqiqətdir ki, tarixi reallıqlar səbəbi ilə Azərbaycan icması orada tamamilə ortadan qalxa bilməz. Buna görə də daxili milli gücə əsaslanmaq lazımdır. Buna görə bir məqamı da diqqətə almaq lazımdır.

Tarixi təcrübə göstərir ki, Qərb heç zaman tam etibarlı tərəfdaş olduğunu sübut edə bilməmişdir. Buna görə də iqtisadi əməkdaşlıqla məhdudlaşan, milli maraqlara əsaslanan praqmatik yanaşmalar üstünlük təşkil etməlidir. Əsas vəzifə regional güc balansını qorumaq, geosiyasi və demoqrafik imkanlardan maksimum rasional şəkildə faydalanmaqdır. Görünən odur ki, regional və beynəlxalq sistem hələ tam oturuşmuş halda deyil. Hələ çox sınaq variant və mexanizmləri işə düşəcəkdir. Məhz bu səbəbdən də diqqətli, təmkinli olmaq, daxili milli gücü kimlik mərkəzli gücləndirmək lazımdır.

Azər Hüseynov İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq Avropa.info üçün

Əvvəlki Yazı

Tramp İmmiqrasiya və Gömrük Mühafizəsinə “tam səlahiyyət” verir

Növbəti Yazı

Türk Əsrinin qapıları açıldı… – Ərdoğandan 47 illik terroru bitirən tarixi açıqlamalar

XƏBƏR LENTİ

Zaqatala sakini “Nar”dan avtomobil qazandı

Zaqatala sakini “Nar”dan avtomobil qazandı

14 Noyabr 2025 / 1:24
6
Azərbaycanli tələbələr Moldovada saxlanildi -Fotolar

Azərbaycanli tələbələr Moldovada saxlanildi -Fotolar

13 Noyabr 2025 / 13:30
30
Rəşid Behbudovun kürəkəni sabiq nazirə: “Ramiz Mehdiyev ilə…”

Rəşid Behbudovun kürəkəni sabiq nazirə: “Ramiz Mehdiyev ilə…”

13 Noyabr 2025 / 13:19
49
Prezident İlham Əliyev İndoneziya Prezidentini təbrik edib

Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə keçib

13 Noyabr 2025 / 10:39
41
Respublika Gənclər Kitabxanasında 12 noyabr Konstitusiya Günü ilə əlaqədar virtual sərgi hazırlanıb

Respublika Gənclər Kitabxanasında 12 noyabr Konstitusiya Günü ilə əlaqədar virtual sərgi hazırlanıb

12 Noyabr 2025 / 14:33
22
“Nar” zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd etdi – Fotolar

“Nar” zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd etdi – Fotolar

08 Noyabr 2025 / 10:02
10
“Zəfər sənə yaraşır, Azərbaycan!” adlı rəsm sərgisi Zəfər Gününə həsr olunaraq keçirilib

“Zəfər sənə yaraşır, Azərbaycan!” adlı rəsm sərgisi Zəfər Gününə həsr olunaraq keçirilib

08 Noyabr 2025 / 9:55
49
Şuşanın azad olunmasından beş il ötür

Şuşanın azad olunmasından beş il ötür

08 Noyabr 2025 / 0:06
4
Azərbaycan Zəfər Gününü qeyd edir

Azərbaycan Zəfər Gününü qeyd edir

08 Noyabr 2025 / 0:03
5
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Zəfər Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Zəfər Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

07 Noyabr 2025 / 19:21
30
Respublika Gənclər Kitabxanasında 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə silsilə materiallar hazırlanıb

Respublika Gənclər Kitabxanasında 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə silsilə materiallar hazırlanıb

07 Noyabr 2025 / 19:14
32
Zəfər Gününə həsr olunmuş silsilə kitab icmalları keçirilib-Fotolar

Zəfər Gününə həsr olunmuş silsilə kitab icmalları keçirilib-Fotolar

07 Noyabr 2025 / 19:09
38
Bakcell abunəçisi 1 AZN-lə lüks avtomobil sahibi oldu

Bakcell abunəçisi 1 AZN-lə lüks avtomobil sahibi oldu

07 Noyabr 2025 / 16:52
28
“Nar”da növbəti avtomobil qalibi bəlli olacaq – Həyəcan dolu anlar bu axşam

“Nar”da növbəti avtomobil qalibi bəlli olacaq – Həyəcan dolu anlar bu axşam

07 Noyabr 2025 / 14:07
15
“Nar”ın “Çoox Şanslı” lotereyasının ilk avtomobil qalibi sükan arxasında

“Nar”ın “Çoox Şanslı” lotereyasının ilk avtomobil qalibi sükan arxasında

07 Noyabr 2025 / 14:06
10
“Nar”a yeni baş icraçı direktor təyin olundu

“Nar”a yeni baş icraçı direktor təyin olundu

07 Noyabr 2025 / 14:04
37
“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi!

“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi!

07 Noyabr 2025 / 14:01
10
Həyəcan davam edir – sən də “Zeekr 001” qalibi ola bilərsən!

Həyəcan davam edir – sən də “Zeekr 001” qalibi ola bilərsən!

07 Noyabr 2025 / 13:53
14
“Nar” “Çoox Şanslı” lotereyasına start verdi

“Nar” “Çoox Şanslı” lotereyasına start verdi

07 Noyabr 2025 / 13:51
10
Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

07 Noyabr 2025 / 13:48
13
Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!

Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!

07 Noyabr 2025 / 13:45
12
Bakcell süni intellekti ilk avtomobil qalibini seçdi!

Bakcell süni intellekti ilk avtomobil qalibini seçdi!

07 Noyabr 2025 / 13:43
10
Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

07 Noyabr 2025 / 13:40
9
“Bakcell” lotereyasında “Zeekr 001” üçün geri sayım başladı

“Bakcell” lotereyasında “Zeekr 001” üçün geri sayım başladı

07 Noyabr 2025 / 13:34
8
Bakcell-in meqa lotereyasının ilk qalibi bəlli oldu!

Bakcell-in meqa lotereyasının ilk qalibi bəlli oldu!

07 Noyabr 2025 / 13:31
15
“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu – FOTO

“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu – FOTO

07 Noyabr 2025 / 13:29
10
“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu

“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu

07 Noyabr 2025 / 13:26
14
“Bakcell” 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı

“Bakcell” 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı

07 Noyabr 2025 / 13:21
13
“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib – Fotolar

“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib – Fotolar

07 Noyabr 2025 / 13:19
16
“Nar”ın rəhbərliyində dəyişiklik olub

“Nar”ın rəhbərliyində dəyişiklik olub

07 Noyabr 2025 / 13:15
13
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.