09 - 02 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Gündəm

Türk Əsrinin qapıları açıldı… – Ərdoğandan 47 illik terroru bitirən tarixi açıqlamalar

İyul 12, 2025
Gündəm, Manşet, Redaktorun Seçimi
A A

“Dünən terror təşkilatı konkret olaraq tərkisilah ilə bağlı mərasim keçirdi. Dünəndən etibarən 47 illik terror bəlası, İnşallah, sona çatma prosesinə girdi.”

Avropa.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının Kızılcahamamda keçirdiyi toplantısında bildirib.

Ərdoğan iyulun 11-də İraqın şimalında PKK-nın tərkisilah prosesinə başlamasını tarixi gün olaraq dəyərləndirib. Türkiyə Prezidentinin fikirincə, ölkəsi uzun, ağrılı və göz yaşları ilə dolu bir səhifəni bağlamağa başlayıb. “Unutmayaq ki, bu gün yeni bir gündür. Bu gün tarixdə yeni bir səhifə açıldı. Bu gün böyük bir Türkiyənin, güclü bir Türkiyənin, bir Türk Əsrinin qapıları açıldı”, – deyə Ərdoğan bildirib.

1984-cü ildə terror təşkilatının ilk hücumundan bu yana Türkiyənin terrora son qoymaq üçün hər vasitə və üsula əl atdığını ifadə edən Ərdoğan, “Terrorsuz Türkiyə” planının önəmini vurğulayıb.

“Dünyanın hər yerindən nümunələrə baxsaq, terrora son qoymaq üçün silahlı mübarizədən kənar düsturlar çalışılıb. Lakin heç biri uğur qazana bilmədi. Son zamanlar həyata keçirdiyimiz “Terrordan Azad Türkiyə” layihəsi nə danışıqların, nə sövdələşmənin, nə də “ver-al” prosesinin nəticəsi deyil. Ona görə də biz bu gün hər təşəbbüsü daha da diqqətlə izləyirik. Türkiyə Cümhuriyyətinin qürurunu alçaltmağa imkan verməyəcəyik“, – deyə Türkiyə Prezidenti bildirib.

Ərdoğan, MHP sədri Baxçalı və komandasının “Terrorsuz Türkiyə” üçün canlarını, qanlarını, bütün təcrübələrini fəda etdiyini vurğulayaraq, Türkiyənin xeyrinə olmayan heç bir işə qarışmadıqlarını bildirib.

“Bizi Türkiyəyə fayda gətirən hər təşəbbüsün önündə görəcəksiniz. Və Türkiyənin xeyrinə olmayan hər təşəbbüsün önündə, o təşəbbüsün qarşısında bizi görəcəksiniz. Biz nə etdiyimizi dəqiq bilirik. Onların heç kimdən qorxması, narahat olması lazım deyil. Biz nə ediriksə, bunu Türkiyə üçün edirik, biz bunu müstəqilliyimiz üçün edirik”, – deyə Ərdoğan bildirib.

Terrorun son məqsədinin Türkiyəni parçalamaq olmadığını ifadə edən Ərdoğan, “Heç kimin Türkiyəni parçalamağa gücü çatmaz. Amma bizi gecikdirdilər, vaxt itirdik, iqtisadi itkilər verdik, enerjimizi israf etdilər. Ən çox da türk-kürd arasına nifaq salmağa çalışdılar. 41 ildə kim qalib gəldi? Terror baronları, terror sektoru ilə qidalananları qazandı”, deyib.

Ərdoğan keçmişdəki bəzi Türkiyə hökumətlərinin “terrorun kökünü kəsəcəyik” sözü verdiyini, ancaq yanlış addımların atıldığını bildirib.

“Ağ Toros qətliamları, üstü açılmayan qətllər və Diyarbəkir həbsxanasındakı işgəncələr bunların arasında idi. Kəndlər yandırıldı, insanlar bir gecədə köçməyə məcbur oldular, həbsxanada uşaqları ilə kürdcə danışa bilməyən analar bu yaramazlıqlardan yalnız bir neçəsidir. Bu qeyri-qanuni mübarizə üsulları terrora son qoymaq əvəzinə, əksinə, onu qızışdırmış və gücləndirmiş, terror təşkilatının istismarı üçün münbit şərait yaratmışdır”, – deyə Türkiyə Prezidenti qeyd edib.

Ərdoğan “Terrorsuz Türkiyə” projesinin davamı üçün Türkiyə Böyük Millət Məclisində komissiya yaradılacağını və Ədalət və İnkişaf Partiyası, MHP, DEM Partiya nümayəndə heyətləri ilə birlikdə bu prosesi inkişaf etdirəcəklərini qeyd edib.

Avropa.info 

Əvvəlki Yazı

Yeni Reallıqlar: Mülahizələr və Geosiyasi Dəyərləndirmə – Azər Hüseynov yazır

Növbəti Yazı

Qəzza hökuməti: Qəzzada 5 yaşa qədər 650 min uşaq aclıqla üzləşib

XƏBƏR LENTİ

Azərbaycan və Qaraqalpaq teatrları arasında əməkdaşlıq memorandumu imzalandı – FOTOLAR

Azərbaycan və Qaraqalpaq teatrları arasında əməkdaşlıq memorandumu imzalandı – FOTOLAR

09 Fevral 2026 / 13:27
3
Bakı və Sumqayıtda dilimizin qorunmasına yönəlmiş yeni layihəyə start verildi

Bakı və Sumqayıtda dilimizin qorunmasına yönəlmiş yeni layihəyə start verildi

09 Fevral 2026 / 12:57
7
“Bütöv Azərbaycanda Gənclik” sərgisi – Gənclərin yaradıcılıq gücü bir arada

“Bütöv Azərbaycanda Gənclik” sərgisi – Gənclərin yaradıcılıq gücü bir arada

07 Fevral 2026 / 13:02
55
Naxçıvanın muxtariyyət statusu ilə bağlı mülahizələr

Naxçıvanın muxtariyyət statusu ilə bağlı mülahizələr

06 Fevral 2026 / 15:53
140
Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!

Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!

06 Fevral 2026 / 11:46
5
Tarixi ədalətin bərpası prezident İlham Əliyevin qətiyyətli mövqeyi və siyasəti nəticəsində mümkün oldu

Tarixi ədalətin bərpası prezident İlham Əliyevin qətiyyətli mövqeyi və siyasəti nəticəsində mümkün oldu

05 Fevral 2026 / 23:04
95
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir – Gənclərin nəzərinə

İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir – Gənclərin nəzərinə

03 Fevral 2026 / 14:06
8
Respublika Uşaq Kitabxanasında  “Sağlam Gənclik – Güclü Gələcək” adlı tədbir keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında “Sağlam Gənclik – Güclü Gələcək” adlı tədbir keçirilib-Fotolar

02 Fevral 2026 / 20:20
95
“Zal qızı Zalxa” tamaşasının premyerası alqışlarla qarşılandı – FOTOLAR

“Zal qızı Zalxa” tamaşasının premyerası alqışlarla qarşılandı – FOTOLAR

01 Fevral 2026 / 17:04
17
Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

01 Fevral 2026 / 16:54
32
Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

30 Yanvar 2026 / 18:44
7
Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

30 Yanvar 2026 / 18:26
6
İranın təhdid ritorikası: Azərbaycan niyə ön plandadır? – ŞƏRH

İranın təhdid ritorikası: Azərbaycan niyə ön plandadır? – ŞƏRH

30 Yanvar 2026 / 18:23
7
Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat alacaq

Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat alacaq

30 Yanvar 2026 / 17:46
11
Prezident səfiri geri çağırdı – FOTO

Prezident sərəncam imzaladı – Bu gənclər mükafatlandırıldı – ADLAR

30 Yanvar 2026 / 16:29
6
Azərbaycan dünyada idman ölkəsi kimi tanınmaqdadır

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqləndi

30 Yanvar 2026 / 16:26
3
“Qarabağ”ın rəqibi müəyyənləşdi

“Qarabağ”ın rəqibi müəyyənləşdi

30 Yanvar 2026 / 15:25
3
Onlara pulsuz mənzil veriləcək – Sadəcə bu sənədlər lazımdır

Bu il Bakıda mənzillərin qiyməti bahalaşacaq? – AÇIQLAMA

30 Yanvar 2026 / 15:12
6
“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

30 Yanvar 2026 / 14:16
4
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

30 Yanvar 2026 / 14:04
6
Nəsimi Nəbizadənin qaçdığı Reabilitasiya Mərkəzinin rəhbəri TUTULDU – YENİLƏNİB

Nəsimi Nəbizadənin qaçdığı Reabilitasiya Mərkəzinin rəhbəri TUTULDU – YENİLƏNİB

30 Yanvar 2026 / 12:55
3
Konstitusiya Məhkəməsi pensiya stajı ilə bağlı QƏRAR VERDİ

Konstitusiya Məhkəməsi pensiya stajı ilə bağlı QƏRAR VERDİ

30 Yanvar 2026 / 11:58
5
Kitab Bağışlama Günü münasibətilə “Bir kitapb, bir sevgi” adlı kitab bağışlama aksiyasına start verilir

Kitab Bağışlama Günü münasibətilə “Bir kitapb, bir sevgi” adlı kitab bağışlama aksiyasına start verilir

28 Yanvar 2026 / 14:51
39
Qubadlı rayonunun icra başçısının ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi – FOTOLAR

Qubadlı rayonunun icra başçısının ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi – FOTOLAR

27 Yanvar 2026 / 19:31
9
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!

Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!

27 Yanvar 2026 / 19:21
6
“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

26 Yanvar 2026 / 17:39
4
“Yeni Üfüq”: gənclər üçün bərabər imkanlar və dayanıqlı gələcək

“Yeni Üfüq”: gənclər üçün bərabər imkanlar və dayanıqlı gələcək

24 Yanvar 2026 / 14:17
49
“Qanla Yazılan Tarix: 20 Yanvar”

“Qanla Yazılan Tarix: 20 Yanvar”

17 Yanvar 2026 / 20:51
43
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

16 Yanvar 2026 / 19:11
9
Ehtiram Mehtiyev: “Prezident İlham Əliyev bu müzakirələrdə qalib lider, regional təhlükəsizliyin təminatçısıdir”

Vaxt gələcək Ermənistan hökuməti Azərbaycan xalqından üzr istəyəcək – Ehtiram Mehtiyev

16 Yanvar 2026 / 16:57
145
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.