ABŞ Prezidenti Donald Tramp, İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) bir hücum halında özünü qorumaq üçün “tam səlahiyyət” verildiyini açıqladı.
Avropa.info bildirir ki, Tramp daşqınlardan əziyyət çəkən Texasa səfərindən sonra Truth Social kanalında açıqlama verib.
“Bəssiz” adlandırdığı insanların ICE avtomobillərinə daş atdıqlarına şahid olduğunu ifadə edən Tramp, “Bu yeni avtomobillərə çoxlu ziyan dəyib” dedi.
Tramp belə bir hücuma məruz qalan hüquq-mühafizə orqanlarının əməkdaşlarının dərhal maşınlarından enərək şübhəliləri nəzarətə götürmələri lazım olduğunu ifadə edərək, “Mən ICE-yə tam səlahiyyət verirəm ki, onlar da ictimaiyyəti qoruduqları kimi özlərini də qoruya bilsinlər” dedi.
Təhlükəsizlik işçilərini daşıyan vasitələrin bir daha hücuma məruz qalmasını “heç vaxt” görmək istəmədiyini bildirən Tramp, hüquq-mühafizə orqanlarına “tutmaq və həbs etmək” səlahiyyətinin verildiyini açıqlayıb.
Tramp həyat yoldaşı Melaniya Trampın müşayiəti ilə iyulun 4-də Texasda baş verən daşqınlarda həyatını itirənlərin ailələri ilə görüşərək başsağlığı verib.