15 - 11 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Dünya

İran və İsrail arasında yeni böyük müharibə riskini göstərən dörd önəmli işarət…

İyul 12, 2025
Dünya, Manşet, Redaktorun Seçimi
A A

İran və İsrail arasında birbaşa və dağıdıcı toqquşma ilə nəticələnən 12 günlük iyun müharibəsindən sonra gərginlik yüksək olaraq qalır. Qərb ekspertləri Təl-Əviv və Tehranın müharibəyə qayıtma riski ilə bağlı dörd göstəriciyə diqqət çəkir.

Avropa.info xatırladır ki, münaqişə iyunun 13-də İsrailin İranın nüvə və hərbi obyektlərinə zərbələri ilə başlamışdı. Ardınca Tehran Tel-Əvivi hədəf alan yüzlərlə pilotsuz uçuş aparatları (PUA) və ballistik raketlərlə İsrailə cavab vermişdi. İyunun 22-də isə ABŞ İranın əsas nüvə obyektlərinə hava və raket zərbələri endirib. İran buna cavab olaraq ABŞ-ın Qətərdəki Əl-Udeyddəki aviabazasını vurub.

İyunun 24-də əldə olunmuş atəşkəsə baxmayaraq strateji gərginlik havası hələ də davam edir. Ekspertlər qeyd edir ki, İran-İsrail münaqişəsinin gərginləşməsi Yaxın Şərqdə sabitliyi poza, qlobal enerji və təhlükəsizliyi təhdid edə, ABŞ və Çin kimi böyük dövlətləri birbaşa münaqişəyə sürükləyə bilər. Atəşkəs prinsipial məsələləri həllsiz qoymaqla yeni münaqişəyə yol açır. Mütəxəssislər yeni müharibənin ayaq səslərini göstərən dörd önəmli işarəyə diqqət çəkirlər.

1- Sürətli silahlanma

İsrail tərəfindən zədələnmiş hərbi müdafiəsini bərpa etməyə çalışan İran Çindən yer-hava tipli raket batareyaları alıb. İranın köhnə, əsasən də Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemlərini təkmilləşdirməklə yanaşı Çindən “dost ölkələrə” satılan J-10 çoxməqsədli döyüş təyyarələri almaq istədiyi də gündəmdədir.

Bu arada, İsrail müdafiə naziri İsrael Katz da təsdiqləyib ki, Tel-Əviv Livan üzərində hava patrullarını gücləndirib və cəbhədəki qoşunlarını dəstəkləmək üçün ehtiyat qüvvələr göndərib. Birləşmiş Ştatlar isə İsrailə qabaqcıl döyüş sursatları və raketdən müdafiə sistemləri təqdim edərək, tükənmiş avadanlıqları əvəz etmək üçün Tel-Əvivə silah göndərilməsini sürətləndirib.

2- İranın Nüvə Proqramınındakı qeyri-müəyyənlik

Münaqişə zamanı İranın nüvə obyektlərinə dəymiş böyük ziyana baxmayaraq, əsas obyektlərin məhv edilib-edilmədiyi bəlli deyil.
Tehran bəyan edir ki, uranı zənginləşdirməyə davam edir, nüvə ambisiyalarını qoruyur və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə yoxlamalar üzrə əməkdaşlığı dayandırıb. Tramp administrasiyası ilə İran arasındakı danışıqların gələcəyi isə qeyri-müəyyən olaraq qalır.

3- Tramp və Netanyahunun yaxınlaşması

Daha öncə Tramp və İsrailin baş naziri Benyamin Netanyahu arasında İranla münaqişənin gələcəyi məsələsində fikir ayrılığı yaranmışdı. Bununla belə, son danışıqlar göstərir ki, onların yaxınlaşması Tehranın nüvə ambisiyaları və regional vəkillərinə dəstək bəhanəsi ilə yenidən güclənir.

Netanyahu “İsrail özünü müdafiə etmək üçün bütün lazımi tədbirləri görəcək” deyərək Trampın yanaşmasını açıq şəkildə dəstəkləyib. Onların sıx əməkdaşlığının nümayişi olaraq Netanyahu Trampı Nobel Sülh Mükafatına namizəd göstərərək, Yaxın Şərq təhlükəsizliyi ilə bağlı ortaq cəbhə qurduqlarını vurğulayıb.

4- Tehranın vəkil güclərinin fəaliyyətlərini artırması

Yəməndə İranın dəstəklədiyi husilər son zamanlar İsrailə qarşı hücumlarını intensivləşdirərək, Tel-Əviv yaxınlığındakı əraziləri raketlər və pilotsuz təyyarələrlə hədəfə alıblar. Husilər İsraillə əlaqəsi olduğu iddia edilən iki Yunan gəmisini, “Eternity C” və “Magic Seas”ı Qırmızı dənizdə batırıblar.

Ekspertlər qeyd edirlər ki, Tehran diplomatiyaya ehtiyatla maraq göstərsə də, nüvə və ya raket istehsalını dayandırmaq fikirində deyil. İsrail baş naziri Netenyahu isə ölkəsinin daxili siyasətində hər keçən gün ona qarşı böyüyən etirazları “xarici düşmən” faktoru ilə əzməyə çalışır. Bu səbəbdən də nüvə məsələsini gündəmə gətirərək, Trampı da yeni savaşa daxil etməyə çalışır.

Avropa.info-nun Analitik Qrupu

Əvvəlki Yazı

The Economist: Azərbaycanla Ermənistan arasındakı sülh perspektivi Kremlin Qafazdakı gücünü zəiflədir!

Növbəti Yazı

Suriyanın şimalında ərəb qəbilələri PKK/YPG-yə qarşı üsyana başladı! – ABŞ SDQ-yə üz çevirdi!

XƏBƏR LENTİ

Zaqatala sakini “Nar”dan avtomobil qazandı

Zaqatala sakini “Nar”dan avtomobil qazandı

14 Noyabr 2025 / 1:24
6
Azərbaycanli tələbələr Moldovada saxlanildi -Fotolar

Azərbaycanli tələbələr Moldovada saxlanildi -Fotolar

13 Noyabr 2025 / 13:30
30
Rəşid Behbudovun kürəkəni sabiq nazirə: “Ramiz Mehdiyev ilə…”

Rəşid Behbudovun kürəkəni sabiq nazirə: “Ramiz Mehdiyev ilə…”

13 Noyabr 2025 / 13:19
49
Prezident İlham Əliyev İndoneziya Prezidentini təbrik edib

Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə keçib

13 Noyabr 2025 / 10:39
41
Respublika Gənclər Kitabxanasında 12 noyabr Konstitusiya Günü ilə əlaqədar virtual sərgi hazırlanıb

Respublika Gənclər Kitabxanasında 12 noyabr Konstitusiya Günü ilə əlaqədar virtual sərgi hazırlanıb

12 Noyabr 2025 / 14:33
22
“Nar” zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd etdi – Fotolar

“Nar” zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd etdi – Fotolar

08 Noyabr 2025 / 10:02
10
“Zəfər sənə yaraşır, Azərbaycan!” adlı rəsm sərgisi Zəfər Gününə həsr olunaraq keçirilib

“Zəfər sənə yaraşır, Azərbaycan!” adlı rəsm sərgisi Zəfər Gününə həsr olunaraq keçirilib

08 Noyabr 2025 / 9:55
49
Şuşanın azad olunmasından beş il ötür

Şuşanın azad olunmasından beş il ötür

08 Noyabr 2025 / 0:06
4
Azərbaycan Zəfər Gününü qeyd edir

Azərbaycan Zəfər Gününü qeyd edir

08 Noyabr 2025 / 0:03
5
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Zəfər Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Zəfər Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

07 Noyabr 2025 / 19:21
30
Respublika Gənclər Kitabxanasında 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə silsilə materiallar hazırlanıb

Respublika Gənclər Kitabxanasında 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə silsilə materiallar hazırlanıb

07 Noyabr 2025 / 19:14
32
Zəfər Gününə həsr olunmuş silsilə kitab icmalları keçirilib-Fotolar

Zəfər Gününə həsr olunmuş silsilə kitab icmalları keçirilib-Fotolar

07 Noyabr 2025 / 19:09
38
Bakcell abunəçisi 1 AZN-lə lüks avtomobil sahibi oldu

Bakcell abunəçisi 1 AZN-lə lüks avtomobil sahibi oldu

07 Noyabr 2025 / 16:52
28
“Nar”da növbəti avtomobil qalibi bəlli olacaq – Həyəcan dolu anlar bu axşam

“Nar”da növbəti avtomobil qalibi bəlli olacaq – Həyəcan dolu anlar bu axşam

07 Noyabr 2025 / 14:07
15
“Nar”ın “Çoox Şanslı” lotereyasının ilk avtomobil qalibi sükan arxasında

“Nar”ın “Çoox Şanslı” lotereyasının ilk avtomobil qalibi sükan arxasında

07 Noyabr 2025 / 14:06
10
“Nar”a yeni baş icraçı direktor təyin olundu

“Nar”a yeni baş icraçı direktor təyin olundu

07 Noyabr 2025 / 14:04
37
“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi!

“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi!

07 Noyabr 2025 / 14:01
10
Həyəcan davam edir – sən də “Zeekr 001” qalibi ola bilərsən!

Həyəcan davam edir – sən də “Zeekr 001” qalibi ola bilərsən!

07 Noyabr 2025 / 13:53
14
“Nar” “Çoox Şanslı” lotereyasına start verdi

“Nar” “Çoox Şanslı” lotereyasına start verdi

07 Noyabr 2025 / 13:51
10
Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

07 Noyabr 2025 / 13:48
13
Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!

Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!

07 Noyabr 2025 / 13:45
12
Bakcell süni intellekti ilk avtomobil qalibini seçdi!

Bakcell süni intellekti ilk avtomobil qalibini seçdi!

07 Noyabr 2025 / 13:43
10
Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

07 Noyabr 2025 / 13:40
9
“Bakcell” lotereyasında “Zeekr 001” üçün geri sayım başladı

“Bakcell” lotereyasında “Zeekr 001” üçün geri sayım başladı

07 Noyabr 2025 / 13:34
8
Bakcell-in meqa lotereyasının ilk qalibi bəlli oldu!

Bakcell-in meqa lotereyasının ilk qalibi bəlli oldu!

07 Noyabr 2025 / 13:31
15
“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu – FOTO

“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu – FOTO

07 Noyabr 2025 / 13:29
10
“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu

“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu

07 Noyabr 2025 / 13:26
14
“Bakcell” 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı

“Bakcell” 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı

07 Noyabr 2025 / 13:21
13
“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib – Fotolar

“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib – Fotolar

07 Noyabr 2025 / 13:19
16
“Nar”ın rəhbərliyində dəyişiklik olub

“Nar”ın rəhbərliyində dəyişiklik olub

07 Noyabr 2025 / 13:15
13
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.