17 - 11 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Dünya

Quzey Kıbrıs Türk Cümhuriyyətində böyük dönüşüm başlayır – 100 milyon dollarlıq nəhəng YATIRIM

İyul 11, 2025
Dünya, Redaktorun Seçimi
A A

Türkiyə ilə Quzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) arasında KKTC-nin fiber optik infrastrukturunun inkişaf etdirilməsi və fiber optik kabellər vasitəsilə təqdim olunan xidmətlərin evlərə və müəssisələrə çatdırılması məqsədilə əməkdaşlıq protokolu imzalanıb.

Avropa.info xəbər verir ki, KKTC-nin rəqəmsal infrastrukturunun fiberə keçidi çərçivəsində təşkil olunan imza mərasimində KKTC Prezidenti Ersin Tatar, Türkiyə Cümhuriyyətinin Vitse-prezidenti Cevdet Yılmaz, KKTC-nin Baş naziri Ünal Üstel və “Türk Telekom”un baş direktoru (CEO) Ümit Önal iştirak ediblər. KKTC-ni sualtı fiber xətləri ilə dünyaya birləşdirən, Türkiyənin rəqəmsal dönüşüm lideri olan “Türk Telekom” KKTC-dəki istifadəçiləri yüksək sürətli fiber internetlə təmin edəcək.

Cevdet Yılmaz öz çıxışında bu layihənin Türkiyə və KKTC arasındakı güclü həmrəyliyin daha bir simvolu olduğunu vurğulayıb.

Yaşıl, rəqəmsal və sosial dönüşümün artıq bütün siyasətlərin mərkəzində olduğunu qeyd edən Yılmaz bu gün suverenliyin məlumat təhlükəsizliyi, texnoloji bacarıq və informasiyaya çıxış imkanı ilə müəyyən olunduğunu bildirib. O, milli rəqəmsal infrastrukturun vacibliyinə diqqət çəkərək, bunun suverenlik və milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsi olduğunu söyləyib.

Türkiyənin bu sahədəki milli təcrübəsinin KKTC-də evlərə və iş yerlərinə yüksək sürətli, fasiləsiz və təhlükəsiz internet xidmətini təmin edəcəyini qeyd edən Cevdet Yılmaz bu gün başlayan prosesin KKTC-nin rəqəmsallaşma yolunda strateji bir addımın başlanğıcı olduğunu bildirib.

E-dövlət xidmətlərinin güclü rəqəmsal infrastruktura bağlı olduğunu deyən Yılmaz rəqəmsal dövlət nə qədər inkişaf edərsə, vətəndaş-dövlət münasibətlərinin bir o qədər sağlam zəminə oturacağını vurğulayıb. O, bu işlərin bir il ərzində tamamlanmasının hədəfləndiyini və bir il sonra KKTC-nin fərqli bir infrastruktur sisteminə sahib olacağını bildirib.

“Türkiyə əsri, KKTC-nin də əsri olacaq” deyən Yılmaz KKTC-yə tətbiq edilən insanlıqdan uzaq embarqolara da etirazını bildirib. “Hansı qapını bağlayırlarsa, bağlasınlar, biz açacaq bir qapı tapacağıq”, – deyə o qeyd edib. Layihənin gənclər üçün əhəmiyyətini vurğulayan Yılmaz onlara dəstək verməyə davam edəcəklərini qeyd edib.

KKTC Prezidenti Ersin Tatar isə çıxışında KKTC-nin müstəqil bir Türk dövləti olaraq dünyada yerini aldığını vurğulayıb.

Tatar imzalanan protokolla KKTC-nin bir dövrü daha geridə qoyaraq irəli getdiyini qeyd edib.

O, çıxışında embarqo və izolasiya şəraitində olan KKTC-yə inanaraq, sərmayə qoyan iş adamlarına təşəkkür edib və protokolun ölkə üçün xeyirli olmasını diləyib.

Tədbirdə çıxış edən KKTC-nin Baş naziri Ünal Üstel isə hökumətə gəldikləri gündən koalisiya tərəfdaşları ilə birlikdə xalqa problemlərin həll ediləcəyi vədini verdiklərini xatırladıb.

Kıbrıs Türk xalqının daha rahat, xoşbəxt və dinc şəraitdə yaşaması üçün uzun müddət gözləyən qanunların bir-bir qəbul edildiyini bildirən Üstel gözləmədə olan layihələrin 3,5 il ərzində tamamlandığını və Türkiyə Cümhuriyyəti ilə imzalanan protokollarla bir çox layihənin həyata keçirildiyini deyib.

Baş nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, Vitse-prezident Cevdet Yılmaza və Türkiyənin Lefkoşadakı səfirinə KKTC xalqı adından təşəkkür edib.

“Bu gün də tarixi bir layihəyə imza atılır. ‘KKTC artıq dünyada informasiya texnologiyaları adası olaraq tanınacaq”, – deyən Üstel bu layihə sayəsində turizm, təhsil, proqram təminatı və bütün sektorların daha müasir, daha vizioner bir formaya qovuşacağını qeyd edib.

Üstel təxminən 100 milyon dollarlıq bu sərmayə ilə ölkənin böyük bir hissəsinə xidmət çatdırılacağını və dünyanın hər yerindən insanların KKTC-nin necə rəqəmsal bir infrastruktura sahib olduğunu görəcəyini bildirib.

“Türk Telekom”un Baş direktoru Ümit Önal isə çıxışında bunları deyib:

“Türk Telekom olaraq güclü fiber infrastrukturumuz və texnologiya biliklərimiz ilə rəqəmsal dönüşümdə öncül rol oynayırıq. Türkiyədə fiber infrastrukturumuzla rəqəmsallaşmanın təməlini necə möhkəmləndirdiksə, indi də Quzey Kıbrıs Türk Cümhuriyyətinin rəqəmsal gələcəyinə töhfə verməkdən qürur duyuruq. KKTC-nin rəqəmsal infrastrukturunun gücləndirilməsini və evlərə, müəssisələrə qədər fiber internet çatdırılmasını həyata keçirəcəyik. Türkiyə Cümhuriyyəti hökuməti və KKTC hökuməti arasında imzalanan və həyata keçəcək bu layihə, infrastruktur sərmayəsindən əlavə, KKTC-nin təhsildən iqtisadiyyata, səhiyyədən dövlət xidmətlərinə qədər bir çox sahədə rəqəmsallaşmasını dəstəkləyəcək bir fiberləşmə kampaniyasıdır. Türk Telekom olaraq texnologiyamızı, məlumat biliklərimizi və güclü infrastruktur təcrübəmizi KKTC-nin rəqəmsal dönüşümünə təqdim etməkdən məmnunuq”.

Əvvəlki Yazı

Ərdoğanın baş müşaviri dünyasını dəyişdi

Növbəti Yazı

İsrail İranın nüvə obyektlərinin tamamilə məhv edilmədiyini bildirir! – Yeni savaş an məsələsi!

XƏBƏR LENTİ

Azərbaycan səfirliyi niyə hədəfə çevrilir? – Rusiya insanlıq əleyhinə cinayətlərini davam etdirir

Azərbaycan səfirliyi niyə hədəfə çevrilir? – Rusiya insanlıq əleyhinə cinayətlərini davam etdirir

15 Noyabr 2025 / 22:54
104
Zaqatala sakini “Nar”dan avtomobil qazandı

Zaqatala sakini “Nar”dan avtomobil qazandı

14 Noyabr 2025 / 1:24
7
Azərbaycanli tələbələr Moldovada saxlanildi -Fotolar

Azərbaycanli tələbələr Moldovada saxlanildi -Fotolar

13 Noyabr 2025 / 13:30
32
Rəşid Behbudovun kürəkəni sabiq nazirə: “Ramiz Mehdiyev ilə…”

Rəşid Behbudovun kürəkəni sabiq nazirə: “Ramiz Mehdiyev ilə…”

13 Noyabr 2025 / 13:19
53
Prezident İlham Əliyev İndoneziya Prezidentini təbrik edib

Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə keçib

13 Noyabr 2025 / 10:39
42
Respublika Gənclər Kitabxanasında 12 noyabr Konstitusiya Günü ilə əlaqədar virtual sərgi hazırlanıb

Respublika Gənclər Kitabxanasında 12 noyabr Konstitusiya Günü ilə əlaqədar virtual sərgi hazırlanıb

12 Noyabr 2025 / 14:33
22
“Nar” zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd etdi – Fotolar

“Nar” zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd etdi – Fotolar

08 Noyabr 2025 / 10:02
10
“Zəfər sənə yaraşır, Azərbaycan!” adlı rəsm sərgisi Zəfər Gününə həsr olunaraq keçirilib

“Zəfər sənə yaraşır, Azərbaycan!” adlı rəsm sərgisi Zəfər Gününə həsr olunaraq keçirilib

08 Noyabr 2025 / 9:55
49
Şuşanın azad olunmasından beş il ötür

Şuşanın azad olunmasından beş il ötür

08 Noyabr 2025 / 0:06
4
Azərbaycan Zəfər Gününü qeyd edir

Azərbaycan Zəfər Gününü qeyd edir

08 Noyabr 2025 / 0:03
5
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Zəfər Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Zəfər Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

07 Noyabr 2025 / 19:21
30
Respublika Gənclər Kitabxanasında 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə silsilə materiallar hazırlanıb

Respublika Gənclər Kitabxanasında 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə silsilə materiallar hazırlanıb

07 Noyabr 2025 / 19:14
32
Zəfər Gününə həsr olunmuş silsilə kitab icmalları keçirilib-Fotolar

Zəfər Gününə həsr olunmuş silsilə kitab icmalları keçirilib-Fotolar

07 Noyabr 2025 / 19:09
38
Bakcell abunəçisi 1 AZN-lə lüks avtomobil sahibi oldu

Bakcell abunəçisi 1 AZN-lə lüks avtomobil sahibi oldu

07 Noyabr 2025 / 16:52
28
“Nar”da növbəti avtomobil qalibi bəlli olacaq – Həyəcan dolu anlar bu axşam

“Nar”da növbəti avtomobil qalibi bəlli olacaq – Həyəcan dolu anlar bu axşam

07 Noyabr 2025 / 14:07
15
“Nar”ın “Çoox Şanslı” lotereyasının ilk avtomobil qalibi sükan arxasında

“Nar”ın “Çoox Şanslı” lotereyasının ilk avtomobil qalibi sükan arxasında

07 Noyabr 2025 / 14:06
10
“Nar”a yeni baş icraçı direktor təyin olundu

“Nar”a yeni baş icraçı direktor təyin olundu

07 Noyabr 2025 / 14:04
37
“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi!

“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi!

07 Noyabr 2025 / 14:01
10
Həyəcan davam edir – sən də “Zeekr 001” qalibi ola bilərsən!

Həyəcan davam edir – sən də “Zeekr 001” qalibi ola bilərsən!

07 Noyabr 2025 / 13:53
14
“Nar” “Çoox Şanslı” lotereyasına start verdi

“Nar” “Çoox Şanslı” lotereyasına start verdi

07 Noyabr 2025 / 13:51
11
Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

07 Noyabr 2025 / 13:48
13
Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!

Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!

07 Noyabr 2025 / 13:45
12
Bakcell süni intellekti ilk avtomobil qalibini seçdi!

Bakcell süni intellekti ilk avtomobil qalibini seçdi!

07 Noyabr 2025 / 13:43
10
Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

07 Noyabr 2025 / 13:40
9
“Bakcell” lotereyasında “Zeekr 001” üçün geri sayım başladı

“Bakcell” lotereyasında “Zeekr 001” üçün geri sayım başladı

07 Noyabr 2025 / 13:34
8
Bakcell-in meqa lotereyasının ilk qalibi bəlli oldu!

Bakcell-in meqa lotereyasının ilk qalibi bəlli oldu!

07 Noyabr 2025 / 13:31
15
“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu – FOTO

“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu – FOTO

07 Noyabr 2025 / 13:29
10
“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu

“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu

07 Noyabr 2025 / 13:26
14
“Bakcell” 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı

“Bakcell” 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı

07 Noyabr 2025 / 13:21
13
“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib – Fotolar

“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib – Fotolar

07 Noyabr 2025 / 13:19
16
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.